HADİSƏ

Baş Prokurorluq helikopter qəzası ilə bağlı detalları açıqladı

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə bağlı İstintaq qrupu yaradılıb. Qrupa Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayev rəhbərlik edəcək.
Sputnik
BAKI, 30 noyabr - Sputnik. Hazırda helikopter qəzası ilə bağlı şahidlərin dindirilməsi və hadisə yerinə baxışın keçirilməsi təmin olunur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.
Onun sözlərinə görə, həlak olanların meyitlərinin müayinəsi aparılıb. Hazırda zəruri istintaq tədbirləri həyata keçirilir.
Elçin Məmmədov helikopterin hər hansı kənar müdaxilə nəticəsində qəzaya uğraması barədə ehtimalları istisna edib. Digər ehtimallar üzərində isə işin getdiyini bildirib. O, işin istintaqına ölkənini ən yaxşı müstəntiqlərinin cəlb edildiyini deyib.
Baş prokurorun birinci müavini həlak olanların meyitlərinin daxili və xarici müayinələrinin həyata keçirildiyini qeyd edib.
E.Məmmədov onu da bildirib ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə bağlı İstintaq qrupu Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayevin rəhbərliyi ilə yaradılmaqla onun icraatına verilib.
Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Həmçinin oxuyun:
Qəzaya uğramış helikopterin qara qutusu tədqiq edilir - kənar müdaxilə olmayıb
Helikopter qəzasında həlak olanların nəşi Bakıya gətirilib
İran helikopter qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı verdi
DSX helikopterinin qəzaya uğraması zamanı ölən və yaralananların sayı bəlli oldu - SİYAHI
Prezident İlham Əliyev helikopter qəzası ilə bağlı başsağlığı verib
On dörd nəfərin ölümünə səbəb olan helikopter qəzası ilə bağlı cinayət işi açıldı