BAKI, 18 noyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 19-da ATƏT-in hazırda fəaliyyətdə olan sədri Ann Linde ilə Moskvada Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsini müzakirə edəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Görüşdə ATƏT-in Qarabağ münaqişəsinin həllinə yardımı, eləcə də təşkilatın Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrində vasitəçiliyi ilə bağlı məsələlərə toxunulacağı gözlənilir. Eyni zamanda, 2003-cü ildən rəsmi olaraq ATƏT-in Asiyada əməkdaşlıq üzrə tərəfdaşı hesab olunan və Əfqanıstandakı son böhranın nəticələrindən əziyyət çəkən Mərkəzi Asiya dövlətlərinə yardım göstərilməsində mümkün rolunu nəzərdən keçirəcəklər", – deyə Rusiya XİN-in məlumatında bildirilir.
Bundan başqa, tərəflər Avropanın təhlükəsizliyi sahəsində mövcud vəziyyət və "Avropada adi silahlara nəzarət rejimini canlandırmaq" yollarını müzakirə etmək niyyətindədirlər.
Eləcə də oxuyun: