İDMAN

"Qarabağ" reytinqdə "Qalatasaray"ı qabaqladı

Konfrans Liqasının "Kayrat"la Qazaxıstandakı oyununda 2:1 hesabı ilə qalib gələn "Qarabağ" siyahıda yeddi pillə irəliləyib.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. Avrokubokların qrup mərhələsinin IV turunun son oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.
Sputnik Azərbaycan apasport.az-a istinadən xəbər verir ki, ilk "100-lük"də Azərbaycanın yalnız bir klubu yer alıb.
Konfrans Liqasının "Kayrat"la Qazaxıstandakı oyununda 2:1 hesabı ilə qalib gələn "Qarabağ" siyahıda 57-ci yerə yüksəlib. Bu qələbə ilə xal hesabını 24,000-ə çatdıran Ağdam təmsilçisi 7 pillə irəliləyib. Qurban Qurbanovun yetirmələri "Makkabi" (Təl-Əviv), "Qalatasaray", "Feyenoord", "Alkmaar", "Volfsburq", "Hoffenhaym", "Real Sosyedad", "Lill", "Borussiya" (Mönhenqladbax) kimi komandaları qabaqlayır.
Qeyd edək ki, cədvələ 129,000 xala malik "Bavariya" başçılıq edir.
Eləcə də oxuyun:
* Fotolent: "Qarabağ"ın "Kayrat" üzərində qələbəsi şəkillərdə
* Qurbanov: "Almatının şaxtalı havası "Qarabağ"ı ancaq motivasiya edir"
* "Qarabağ" darmadağınla çempionatın liderliyinə yüksəldi