MƏDƏNİYYƏT

Azərbaycanın unikal teatrı beynəlxalq mükafat aldı

Pandemiya səbəbindən teatr mükafatlandırılma mərasimində iştirak edə bilməsə də, mükafatını Bakıda ala bilib.
Sputnik
BAKI, 30 oktyabr — Sputnik. Rusiya Federasıyasının Sosial-Mədəni Təşəbbüslər Fondu tərəfindən ölkəmizin ilk inklüziv teatrı olan ƏSA Teatrı “İsti Ürək” beynəlxalq mükafatına layiq görülüb.
ƏSA Teatrı Rusiyanın “İsti ürək” mükafatına layiq görülüb
Sputnik Azərbaycan-ın məlumatına görə, Fondun təsis etdiyi mükafat hər il sosial və mədəni sahədə fəaliyyəti ilə seçilən şəxslərə və qurumlara verilir. Azərbaycan ilk dəfədir ki, mükafatlandırılan ölkələr arasındadır.
ƏSA Teatrı Rusiyanın “İsti ürək” mükafatına layiq görülüb
Mükafatlandırılma mərasimi ənənəvi olaraq Moskvada – Qələbə Memorial kompleksində təntənəli şəkildə baş tutur. Pandemiya səbəbindən ƏSA Teatrı mükafatlandırılma mərasimində iştirak edə bilməsə də, ötən gün mükafat Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin direktoru İrek Zinnurov tərəfindən təqdim olunub.
Eləcə də oxuyun:
* Bu dəfə klounlar qadınlardır - Hələ hər şey bitməyib...
* Cəbiş müəllim Barat Şəkinskaya haqqında
* Hər kəs darıxıbmış: Üsyankar varlığın tamaşası bakılı balacaların ürəyincə olub
* ƏSA Teatrında ilk: Vətən müharibəsi qazisi tamaşada rol alacaq