https://sputnik.az/20210912/SA-Teatrnda-ilk-Vtn-mharibsi-qazisi-tamaada-rol-alacaq-427904185.html
ƏSA Teatrında ilk: Vətən müharibəsi qazisi tamaşada rol alacaq
ƏSA Teatrında ilk: Vətən müharibəsi qazisi tamaşada rol alacaq
Sputnik Azərbaycan
Ölkəmizin ilk inklüziv teatrının direktoru bildirir ki, tamaşa film estetikası ilə çəkiləcək. Teatrlar açılandan sonra onun tamaşa versiyasını da tamaşaçılara... 12.09.2021, Sputnik Azərbaycan
2021-09-12T17:06+0400
2021-09-12T17:06+0400
2021-11-17T00:04+0400
xəbərlər
qarabağ
cəmiyyət
mədəniyyət
teatr
qazi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1b/425305289_0:320:3073:2048_1920x0_80_0_0_c86e1929e670da52ead34d158a0e48c3.jpg
BAKI, 12 sentyabr — Sputnik. ƏSA Teatrı Vətən müharibəsi ilə bağlı film-tamaşa hazırlayır. Bu barədə Sputnik Azərbaycan-a danışan ƏSA Teatrının direktoru Nihad Qulamzadənin sözlərinə görə, layihənin qələbəmizin bir illiyi ərəfəsində təqdim olunacağı gözlənilir:Ölkəmizin ilk inklüziv teatrının direktoru bildirir ki, tamaşa film estetikası ilə çəkiləcək. Rejissor əlavə edib ki, teatrlar açılandan sonra onun səhnə versiyasını da tamaşaçılara təqdim olunacaq."Qonşu" adlanan film-tamaşada Vətən müharibəsi qazisi rol alıb:Azərbaycanın və eləcə də Qafqazın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk teatrı olan ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə rejissor və sosial novator Nihad Qulamzadə tərəfindən yaradılıb. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını bərpa etmək və sürətləndirmək, əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə də məşğul olmalarına təşviq etmək və s. bu kimi mütərəqqi məqsədlər ƏSA Teatrının yaranmağına səbəb olub.Qısa zamanda öz üslubu ilə ictimai rəğbət qazana və digər əlilliyi olan şəxslərdə motivasiya yarada bilib. Beş nəfərlik heyətlə fəaliyyətə başlayan ƏSA Teatrı müəyyən zamanlarda otuz nəfərdən çox heyətlə fəaliyyətinə davam edib.Həmçinin oxuyun:Teatr, petisiya və iki növ etirazçı: "İnsanlarda da vicdan olmalıdır"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1b/425305289_0:0:2731:2048_1920x0_80_0_0_2c312a1cb1d233f52c0d1e8b7e39545c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, teatr, qazi, azərbaycan
xəbərlər, teatr, qazi, azərbaycan
ƏSA Teatrında ilk: Vətən müharibəsi qazisi tamaşada rol alacaq
17:06 12.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Ölkəmizin ilk inklüziv teatrının direktoru bildirir ki, tamaşa film estetikası ilə çəkiləcək. Teatrlar açılandan sonra onun tamaşa versiyasını da tamaşaçılara təqdim edəcəklər.
BAKI, 12 sentyabr — Sputnik. ƏSA Teatrı Vətən müharibəsi ilə bağlı film-tamaşa hazırlayır. Bu barədə
Sputnik Azərbaycan-a danışan
ƏSA Teatrının direktoru
Nihad Qulamzadənin sözlərinə görə, layihənin qələbəmizin bir illiyi ərəfəsində təqdim olunacağı gözlənilir:
"Müharibə dönəmdində düşünürdük ki, necə töhvə verək? Biz də ƏSA teatrı olaraq öz yaradıcılığımızda müharibə mövzusuna yer verməli idik. Biz də birbaşa tamaşaçı ilə ünsiyyət qura bilmədiyimizdən məcbur olduq işimizi audio-vizual formada təqdim edək".
Ölkəmizin ilk inklüziv teatrının direktoru bildirir ki, tamaşa film estetikası ilə çəkiləcək. Rejissor əlavə edib ki, teatrlar açılandan sonra onun səhnə versiyasını da tamaşaçılara təqdim olunacaq.
"Qonşu" adlanan film-tamaşada Vətən müharibəsi qazisi rol alıb:
"Burada erməni xislətinin ifşası, eyni zamanda Azərbaycan xalqının mərhəmətinin tərənnümü var. Tamaşanın "Qonşu" adlandırlması birbaşa tamaşanın ideyasına və tarixi münasibətimizlə bağlıdır. Bu tamaşada rol alanlar ƏSA teatrında çalışan, əlilliyi olan və olmayan aktyorlar iştirak edir. Bundan başqa, tamaşada İkinci Qarabağ müharibəsinin qazisi Elvin Şahmərdan də rol alıb. Düşünürəm ki, bu həm yenilik, həm də reallıq olacaq. Çünki həmin aktyor özü də müharibənin canlı şahidi olub, qələbəmizdə onun da payı var".
Azərbaycanın və eləcə də Qafqazın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk teatrı olan ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə rejissor və sosial novator Nihad Qulamzadə tərəfindən yaradılıb. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını bərpa etmək və sürətləndirmək, əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə də məşğul olmalarına təşviq etmək və s. bu kimi mütərəqqi məqsədlər ƏSA Teatrının yaranmağına səbəb olub.
Qısa zamanda öz üslubu ilə ictimai rəğbət qazana və digər əlilliyi olan şəxslərdə motivasiya yarada bilib. Beş nəfərlik heyətlə fəaliyyətə başlayan ƏSA Teatrı müəyyən zamanlarda otuz nəfərdən çox heyətlə fəaliyyətinə davam edib.