SƏHİYYƏ

COVID-19 da dəyişdi: daha iy və dadbilmə itmir

SARS-CoV-2 daha qoxu və dadbilmənin itirilməsinə səbəb olmur.
Sputnik
BAKI, 28 oktyabr - Sputnik. Rusiyalı həkim koronavirus infeksiyasının əlamətlərində dəyişikliklər olduğunu bildirib.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən bildirir ki, Pskov vilayəti infeksion xəstəxanasının baş həkimi Anastasiya Povtoreyko mətbuat konfransı zamanı deyib ki, COVID-19-un dörd dalğası ərzində əlamətlərdə dəyişiklik müşahidə olunur. Belə ki, SARS-CoV-2 daha qoxu və dadbilmənin itirilməsinə səbəb olmur. Xəstəliyin ən aqressiv əlaməti isə temperaturun yüksəlməsi olub.
"Ağciyərlərin kompüter tomoqrafiyası vəziyyətin ağırlığı kriteriyasına daxil deyil. Ağciyərlərin 5-10% zədələnməsi saturasiyanın azalmasına və titrətməyə səbəb ola bilər, amma eyni zamanda 80% zədələndikdə tamamilə normal halın müşahidə olunması da mümkündür", - həkim deyib.
Povtoreyko qeyd edib ki, həkimlər gərək COVID-19-un klinik təsvirinin dəyişməsinə köklənsinlər.
Eləcə də oxuyun:
* Baydeni məcburi vaksinasiyaya görə məhkəməyə verirlər
* "Pfizer-BioNTech" peyvəndi uşaqlara necə vurula bilər?
* Qriplə koronavirus vaksinini birlikdə vurdurmaq olarmı?
* Ginsburq koronavirusdan yüz faiz qorunmanın üsulunu açıqlayıb