BAKI, 27 oktyabr — Sputnik. Gələn ilin dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan fəaliyyət sahələrinə 458 708 021,0 manat ayrılması nəzərdə tutulur.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikasının "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, xərclərin 205 387 395,0 manatı mədəniyyət, incəsənət sahəsində fəaliyyətə, 43 890 288,0 manatı bədən tərbiyəsi və gənclər siyasəti üçün, 155 274 604,0 manatı mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər üçün nəzərdə tutulur.
Eləcə də oxuyun:
* Azərbaycanda devalvasiya gözlənilir? Neftin ağ, manatın qara günləri
* Gəlir və xərclərimiz nə qədər olub - Maliyyə Nazirliyinin operativ məlumatı