SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan bir daha İran-Azərbaycan münasibətləri haqda - Sağlam düşüncə ilə hərəkət etsə...

Türkiyə Prezidenti ötən gün Azərbaycana səfər edib. Zəfər zamanı o, Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran və Azərbaycan arasında yaşanan gərginliyə münasibət bildirib. Bu barədə Sputnik Azərbaycan "TRT Haber"-ə istinadən xəbər verir.
İranın son zamanlar "İsraili bura gətirdiniz" bəhanəsi ilə Azərbaycanı ciddi şəkildə təhdid etməsi mövzusunu şərh edən Türkiyə prezidenti bildirib: "İlham bəylə bu mövzunu müzakirə etdik. İlham bəy qətiyyətli mövqedədir və bu mövqeyindən heç bir güzəştə getmir. Dedi: "Biz İsrailə heç bir güzəşt etmirik. Biz İsraillə hər cür mal mübadiləsi istiqamətində addım ata bilərik. Müxtəlif ölkələrlə necə davranırıqsa, İsraillə də bu cür əlaqələrimiz var və gələcəkdə də bunu davam etdirəcəyik". Ümid edirik ki, İran burada sağlam düşüncə ilə hərəkət etsə, İranla Azərbaycan arasında heç bir problem olmayacaq", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti ötən gün Azərbaycana səfər edib. Zəfər zamanı o, Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib.
Eləcə də oxuyun:
* Gün gələcək, Zəngəzurdan İstanbuladək gedə biləcəyik - Ərdoğan
* Azad edilən bölgələri qısa müddətdə inkişaf etdirmək hər siyasətçinin işi deyil - Ərdoğan
* İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib
* Ərdoğan Azərbaycan Prezidentinə Xarıbülbül təsviri olan saatlar hədiyyə edib
* Ərdoğanın Cənuba mesajı – İrandakı dairələr narahatdır