SƏHİYYƏ

Həkim "pis" xolesterindən xilas olmaq üçün məhsulların adını açıqlayıb

Həkim sadə karbohidratları rasiondan çıxarıb, mürəkkəb olanları saxlamağı məsləhət görüb.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. "Pis" xolesterin səviyyəsini azaltmaq üçün qanda şəkərin səviyyəsini normallaşdırılmaq lazımdır. Bu barədə həkim-diyetoloq Aleksey Kovalkov YouTube kanalında bildirib.
Onun sözlərinə görə, bunun üçün məsələn, kəpəklə zəngin olan kifayət qədər zülal və lifli qidadan istifadə etmək lazımdır. O, öz növbəsində vaxtında yığılmamış, yəni uzun müddət ağacda qalan almalarda əmələ gələn pektinləri də bu siyahıya daxil edib.
"Almalarda olan tünd rəngli ləkələri kəsib, şəkər əlavə etmədən bankaya yığıb dondurmaq, sonra isə yemək  olar. Onların tərkibində çox sayda pektin var", - deyə Kovalkov qeyd edib.
Həkim "sürətli" karbohidratları rasiondan çıxararaq, mürəkkəb olanları saxlamağı məsləhət görüb.
"Karbohidratların miqdarı adambaşına gündə 110-115 qramdan çox olmamalıdır. <...> Əlbəttə ki, hər bir insan üçün fərdi qaydada onun zehni və fiziki yüklərini nəzərə alaraq hesablamaq yaxşı olardı", - deyə həkim izah edib.
Kovalkov yüksək xolesterin səviyyəsinin artması ilə əlaqəli reaktiv iltihaba səbəb olan xroniki problemlərin aradan qaldırılmasını tövsiyə edib: bunlar haymorit, kolit, enterit, qastrit və xəstə dişlərdir.
Eləcə də oxuyun:
* Ev aptekini əvəz edən otaq bitkiləri
* Əhəmiyyət vermədiyimiz simptom ürəkdə problemin siqnalı ola bilər
* Ömrü uzadan və qısaldan... qidalar
* Xolesterin səviyyəsini dərmansız azaltmağın üsulları
* Qızartmalar üçün hansı yağları seçməli: rus alim xəstəlik mənbəyi olan qidaları açıqladı