https://sputnik.az/20210923/Ev-aptekini-vz-edn-otaq-bitkilri-427990702.html
Ev aptekini əvəz edən otaq bitkiləri
Ev aptekini əvəz edən otaq bitkiləri
Sputnik Azərbaycan
Bəzi "naz-qəmzəsiz", həssas qulluq tələb etməyən otaq bitkiləri dərmanları əvəz etməyə qadirdir. Bir azcıq su və günəş işığı "ailə həkimləri"nə bəs edir. 23.09.2021, Sputnik Azərbaycan
2021-09-23T09:02+0400
2021-09-23T09:02+0400
2021-09-23T01:58+0400
xəbərlər
bitki
otaq
dərman
https://cdnn1.img.sputnik.az/img/41197/88/411978842_0:0:3075:1739_1920x0_80_0_0_225dbfeb9f230b45e0d3b1350b178df6.jpg.webp
Sağlam və təbii olan bitkiləri öz əlləri ilə yetişdirmək dəbdədir. Bağ salmağı planlaşdırmasanız da, evə bir neçə dibçək ala bilərsiniz. Evinizi bəzəyəcək, həm də sağlamlığınıza fayda gətirəcək bitkiləri seçməyə dəyər.AloeMüalicəvi xüsusiyyətlərə malik olan ən məşhur dibçək bitkisi, şübhəsiz ki, aloedir. Aloe dözümlü və davamlıdır. Demək olar ki, hər bir şəraitdə özünü rahat hiss edir. Həmçinin bitkinin sizə çox faydası olacaq. Aloe antivirus və antibakterial təsirə malikdir, havanı tozdan yaxşı təmizləyir və texnogen şüaların qarşısını alır. Bundan əlavə, aloenin qalın yarpaqlarında olan lət mədə və qaraciyər xəstəliklərinin müalicəsində də istifadə oluna bilər. Əgər bu bitkini daxilə qəbul etməyə hazır deyilsinizsə, o halda aloe lətini üzə sürtmək olar. Bu üz dərisində qıcıqlanmanı götürəcək və dərinin nəm qalmasına kömək edəcək.KalanxoeBu bitkini "həyat gülü" adlandırırlar. Kalanxoenın yarpaq və köklərində bir sıra faydalı mikroelementlər var. Gülün köklərindən dəmlənmiş çay ürək damarlarını möhkəmləndirir və təzyiqin azalmasına kömək edir. Bitkinin gövdə və budaqlarında çoxlu antioksidantlar var və buna görə də kalanxoe tərkibli preparatlar insan orqanizmində maddələr mübadiləsi və həzm prosesləri ilə bağlı problemləri müalicə etmək üçün təyin olunur. Qədim dövrlərdə kalanxoe yarpaqlarından qanaxmanı dayandırmaq üçün stomatologiya və ginekologiyada istifadə olunurdu.Eləcə də oxuyun:Ömrü uzadan və qısaldan... qidalarXolesterin səviyyəsini dərmansız azaltmağın üsullarıAzərbaycanlı loğman zobu sadə üsullarla yox etməyin qaydalarını açıqladıMeyvələrin insan orqanizminə xeyri
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41197/88/411978842_0:0:3075:1932_1920x0_80_0_0_48b29e022c77b6b195fbe87e3def2282.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, bitki, otaq, dərman
xəbərlər, bitki, otaq, dərman
Ev aptekini əvəz edən otaq bitkiləri
Bəzi "naz-qəmzəsiz", həssas qulluq tələb etməyən otaq bitkiləri dərmanları əvəz etməyə qadirdir. Bir azcıq su və günəş işığı "ailə həkimləri"nə bəs edir.
Sağlam və təbii olan bitkiləri öz əlləri ilə yetişdirmək dəbdədir. Bağ salmağı planlaşdırmasanız da, evə bir neçə dibçək ala bilərsiniz. Evinizi bəzəyəcək, həm də sağlamlığınıza fayda gətirəcək bitkiləri seçməyə dəyər.
Müalicəvi xüsusiyyətlərə malik olan ən məşhur dibçək bitkisi, şübhəsiz ki, aloedir. Aloe dözümlü və davamlıdır. Demək olar ki, hər bir şəraitdə özünü rahat hiss edir. Həmçinin bitkinin sizə çox faydası olacaq. Aloe antivirus və antibakterial təsirə malikdir, havanı tozdan yaxşı təmizləyir və texnogen şüaların qarşısını alır. Bundan əlavə, aloenin qalın yarpaqlarında olan lət mədə və qaraciyər xəstəliklərinin müalicəsində də istifadə oluna bilər. Əgər bu bitkini daxilə qəbul etməyə hazır deyilsinizsə, o halda aloe lətini üzə sürtmək olar. Bu üz dərisində qıcıqlanmanı götürəcək və dərinin nəm qalmasına kömək edəcək.
Bu bitkini "həyat gülü" adlandırırlar. Kalanxoenın yarpaq və köklərində bir sıra faydalı mikroelementlər var. Gülün köklərindən dəmlənmiş çay ürək damarlarını möhkəmləndirir və təzyiqin azalmasına kömək edir. Bitkinin gövdə və budaqlarında çoxlu antioksidantlar var və buna görə də kalanxoe tərkibli preparatlar insan orqanizmində maddələr mübadiləsi və həzm prosesləri ilə bağlı problemləri müalicə etmək üçün təyin olunur. Qədim dövrlərdə kalanxoe yarpaqlarından qanaxmanı dayandırmaq üçün stomatologiya və ginekologiyada istifadə olunurdu.