Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xolesterin səviyyəsini dərmansız azaltmağın üsulları

© Sputnik / Murad OrujovAşura günü Mərkəzi Qan Bankında qan vermə kampaniyası, 19 Avqust 2021-ci il
Aşura günü Mərkəzi Qan Bankında qan vermə kampaniyası, 19 Avqust 2021-ci il - Sputnik Azərbaycan, 1920, 22.08.2021
Abunə olmaq
Dietoloq Keskiner xolesterin səviyyəsini azaldan qida məhsullarının adını açıqlayıb, üstəlik, idmanla məşğul olmağı da tövsiyə edib.
BAKI, 22 avqust – Sputnik. Dietoloq Dürdane Keskiner orqanizmdə xolesterinin səviyyəsini dərmansız necə azaltmağın yollarını bildirib.
Onun sözlərinə görə, xolesterinin iki növü var – yaxşı və pis, bunların isə orqanizmdə ahəngini qorumaq lazımdır.
Sputnik Azərbaycan-ın məlumatına görə, “Sözcü” qəzetinə müsahibəsində dietoloq pis xolesterinin səviyyəsini azaldıb, yaxşının miqdarını artırmaq üçün müntəzəm olaraq idmanla məşğul olmağı, artıq çəki ilə mübarizə aparmağı məsləhət görüb. Bundan başqa, qidalanmada müəyyən qaydalara riayət olunmalıdır.
Məsələn, yağ istifadəsini azaltmaq, həmçinin doymuş yağ əvəzinə doymamış yağdan istifadə etmək gərəkdir. Marqarin və salo kimi bərk yağlardan isə qaçınmaq lazımdır.
Keskiner yağlı ət, kolbasa məhsulları, qızartma, fəst-fud məsləhət görmür, süd məhsullarından isə yağsız olanları tövsiyə edir.
Mütəxəssis deyir ki, gün ərzində çoxlu su və lifli qidalar qəbul olunmalıdır.
Pis xolesterinin miqdarını dərmansız, təbii məhsullar və bitkilərlə azaltmaq mümkündür. Bunun üçün Keskiner aşağıdakı qidaları tövsiyə edir:
  • Arpa kəpəyi, tam buğda çörəyi, paxlalılar (lif)
  • Qoz, fındıq, badam, balıq, kətan toxumu (Omeqa-3)
  • Alma (kvarsetin və pektin)
  • Sarımsaq (allisin)
  • Baş soğan (kvarsetin)
  • Qreypfrut, alma, armud (pektin)
  • Zeytun yağı (doymamış monoyağ turşuları)
  • Yaşıl və qara çay (katexin).
Eləcə də oxuyun:
Sarıkök sayəsində səhhəti yaxşılaşdırmağın beş üsulu
Həkimlər qaraciyər üçün ən faydalı meyvənin adını açıqladılar
Hər gün sadəcə 1 qaşıq bal yeməyin inanılmaz xeyri
Azərbaycanda "cavanlaşan" xəstəlik: birini adrenalin, digərini süstlük aparır
Xəbər lenti
0