SƏHİYYƏ

Ən vacib olan vitaminlər hansılardır?

Həkim əminlikə bildirib ki, hər hansı bir vitaminin olmaması ölüm deməkdir və çoxlu tərəvəz, meyvə, taxıl da daxil olmaqla Aralıq dənizi pəhrizi ən effektivdir.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. İnsan immunitetinin formalaşmasında mühüm rol oynayan bir çox vitaminlər var. Bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov "Rusiya 1" telekanalının efirində bildirib.
Onun fikrincə, artıq çəkisi olmayan, yalnız daim hərəkətdə olan insanlar yaxşı immunitetə malikdirlər. Myasnikov bildirib ki, eyni zamanda vitaminlər sağlamlığın qorunmasına kömək edəcək.
Teleaparıcının fikrincə, immunitetin möhkəmlənməsində ən vacib B, D, A və C vitamin qruplarıdır. Bu mikroelementləri yaşıl tərəvəzlərdə, göyərtilərdə, ət məhsullarında və balıqda tapmaq olar.
Myasnikov bütün vitaminlərin vacib olduğunu vurğulayıb və deyib ki, orqanizmin hər qrupdan olan vitamini almasına çalışmaq lazımdır.
"Hər şey. Təmamilə hər şey. Vitamin nədir? Vitamin bioloji cəhətdən aktiv bir maddədir və onsuz insan bir gün belə yaşaya bilməz", - deyə Myasnikov izah edib.
Həkim əminlikə bildirib ki, hər hansı bir vitaminin olmaması ölüm deməkdir və çoxlu tərəvəz, meyvə, taxıl da daxil olmaqla Aralıq dənizi pəhrizi ən effektivdir.
Həmçinin o, avitaminoz diqanozunun sadəcə mövcud olmadığına və immunitet azaldıqda hipovitaminozun olduğuna diqqət yetirib.
Eləcə də oxuyun:
* İybilmənin geri qayıtması üçün bu vitamini qəbul edin
* Yulaf yeyin - bağırsağınızı sevindirin
* Ev aptekini əvəz edən otaq bitkiləri
* Əhəmiyyət vermədiyimiz simptom ürəkdə problemin siqnalı ola bilər
* Ömrü uzadan və qısaldan... qidalar
* Xolesterin səviyyəsini dərmansız azaltmağın üsulları
* Qızartmalar üçün hansı yağları seçməli: rus alim xəstəlik mənbəyi olan qidaları açıqladı
* Pandemiya dövründə pəhriz saxlamaq düzgündürmü?