NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti bu ilin rekordunu təzələdi

Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 20-də (86,76) qeydə alınıb.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 0,37 ABŞ dolları və ya 0,43% artaraq 87,13 dollar təşkil edib.
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,43 dollar azalaraq 85,39 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,91 dollar artaraq 83,87 dollar olub.
NEFT-QAZ
"Lukoil" Azərbaycana bərpa olunan enerji sahəsində nə təklif edəcək
Xatırladaq ki, COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 dollara enmişdi. Sonradan qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı tədricən bərpa olunmağa, qiymətlər artmağa başlayıb.
Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 20-də (86,76) qeydə alınıb.
Dünyada yaşanan enerji böhranı neft qiymətlərinin artmasında əsas səbəb kimi göstərilib. Həmçinin OPEC+ alyansının neft hasilatını sürətləndirməmək haqqında qərarı da qiymət artımında rol oynayıb.
Eləcə də oxuyun:
* İlk dəfə açıqlandı – Azərbaycan və Türkiyə qaza dair yeni saziş imzalayıb
* ABŞ-ın inadı neftin qiymətini yenə qaldırır
* Bakı Avropaya qaz tədarükünün coğrafiyasını genişləndirməyi planlaşdırır - İlham Əliyev
* Azərbaycan OPEC + ölkələrinin neft hasilatını artırmaq barədə qərarını dəstəklədi