https://sputnik.az/20211004/azerbaycan-opec--olkelerinin-neft-hasilatini-artirmaq-barede-qerarini-destekledi-433881059.html
Azərbaycan OPEC + ölkələrinin neft hasilatını artırmaq barədə qərarını dəstəklədi
Azərbaycan OPEC + ölkələrinin neft hasilatını artırmaq barədə qərarını dəstəklədi
Sputnik Azərbaycan
Qurumun proqnozuna görə, əgər 2021-2022-ci ilin qış mövsümü çox soyuq keçərsə, təbii qazın qiymətinin rekord həddə çatması elektrik enerjisinin istehsalında... 04.10.2021, Sputnik Azərbaycan
2021-10-04T19:53+0400
2021-10-04T19:53+0400
2021-10-04T19:53+0400
neft-qaz
opec
neft hasilatı
https://cdnn1.img.sputnik.az/img/42368/74/423687400_0:17:1201:692_1920x0_80_0_0_eb956e75470cd5cccfcc879406d60c8d.jpg
BAKI, 4 oktyabr — Sputnik. OPEC + Monitorinq Komitəsi alyansa əvvəlki neft hasilatı planını – saxlamağı tövsiyə edib. "OPEC + komitəsi hər ay sutkalıq hasilatı 400 min barelə qədər artırmağı məsləhət görür", – deyə "Bloomberg" agentliyi yazıb.Qeyd edək ki, koronavirus pnademiyası səbəbindən neftə tələbat aşağı düşdüyündən, OPEC + alyansı keçən ilin may ayında ümumi hasilatı sutkada 9,7 milyon barelə kimi məhdudlaşdırmışdı. Vəziyyət sabitləşəndən sonra müqavilələrə düzəliş edildi. 2021-ci ilin avqust ayından etibarən alyans hər ay neft hasilatını sutkada 400 min barel artırmağı və beləliklə, 2022-ci ilin sentyabr ayının sonuna kimi neft hasilatını azaltmaq barədə öhdəliklərindən tədricən geri çəkilməyi nəzərdə tuturdu.Azərbaycan neft hasilatının artırılmasını dəstəklədiAzərbaycan OPEC-ə üzv olan və olmayan ölkələrin nazirlərinin 21-ci iclasında neft hasilatının sutkalıq 400 min barel artırılması barədə qəbul edilmiş qərarını dəstəkləyib. Bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatında bildirilir.Məlumatda o da qeyd olunur ki, "Əməkdaşlıq haqqında" yeni bəyannamə noyabr ayında Azərbaycanda sutkalıq neft hasilatını daha 7000 barel artırmaqla 647 min barelə çatdırmağı nəzərdə tutur.Təbii qaz çatışmazlığı neft məhsullarına tələbi stimullaşdıra bilərƏgər 2021-2022-ci ilin qış mövsümü çox soyuq keçərsə, təbii qazın qiymətinin rekord həddə çatması elektrik enerjisinin istehsalında alternativ yanacaq növü kimi neftdən istifadəni artıra bilər. Bu proqnoz OPEC+ ölkələrinin texniki komitəsinin monitorinq komitəsi nazirlərinin iclası üçün hazırladığı hesabatda yer alıb.Qeyd edək ki, sentyabrın ortalarından etibarən Avropada 1000 kubmetr "mavi yanacağın" dəyəri 800 dolları keçərək tarixi maksimuma çatıb. Bundan sonra "köhnə qitə"də təbii qazın qiyməti davamlı şəkildə artmağa başlayıb. Oktyabrın 4-də isə ilk dəfə bu rəqəm 1200 dolları keçib.Mütəxəssislərin sözlərinə görə, Avropada qazın qiymətinin qalxmasına, əsasən, hava şəraiti, sıxlaşdırılmış təbii qazın tədarükünün azalması və istilik mövsümü ərəfəsində anbarlardakı qaz çatışmazlığı səbəb olub. Bununla belə, qiymət artımında "spekulyativ" amillər də öz rolunu oynayıb.OPEC + 2022-ci il üçün də tələbat proqnozunu artırır2022 -ci ildə neftə tələbat gündəlik 4,2 milyon barel artacaq ki, bu da əvvəlkindən təxmindən 0,9 milyon barel çoxdur. Bu, OPEC + texniki komitəsinin hesabatından irəli gəlir.2022-ci ildə qlobal neft tələbatı 2021-ci ildəki 96,7 milyon bareli keçərək 100,8 milyon barelə çata bilər. Bu göstəricinin artmasında vaksinasiya kampaniyasının rolu böyük ola bilər. Son məlumatlara görə, hazırda dünya əhalisinin 33%-i koronavirusa qarşı peyvənd olunub.Bununla yanaşı, hesabata əsasən, neft tədarükü bir az artırılacaq. Sənəddə deyilir ki, bu il "qara qızıl" bazarı gündəlik 1,1 milyon barel həcmində kəsir vəziyyətində idisə, 2022 -ci ildə təklifin gündəlik 1,4 milyon barel çox olacağı gözlənilir. Eyni zamanda, neft ehtiyatları 496 milyon barel arta bilər, 2021-ci ildə isə 405 milyon barel azalmışdı.2022-ci ildə neft ehtiyatları son beş illik ortaq göstəricidən 68 milyon barel çox olacaq, 2021-ci ildə isə bu rəqəm 106 milyon barel aşağı idi.Azərbaycan avqustda neft hasilatını azaldıbAzərbaycan Respublikası Energetika Nazirliyinin hesabatına görə, 2021-ci ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı (kondensat daxil olmaqla) 711,6 min barel təşkil edib. İstehsal olunan həcmdən 596,1 min bareli xam neftin, 115,5 min bareli isə kondensatın payına düşür.Xatırladaq ki, 2021-ci ilin iyul ayında Azərbaycanda gündəlik kondensatlı neft hasilatı 717 min barel təşkil edib. Bunun 606 min bareli xam neftin, 111 min barrel isə kondensatın payına düşmüşdü."OPEC +" neft sövdələşmələrinin mövcud parametrlərini qoruyub saxlamaq və noyabr ayında hasilatı gündəlik 400 min barel artırmaq qərarına gəldiyini təsdiqləyib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə alyansın 4 oktyabrda baş tutan iclasının nəticəsi əsasında qəbul edilmiş yekun sənəddə bildirilir.Bir qədər əvvəl alyansın belə bir qərar qəbul etdiyi barədə məlumat verilmişdi."Neft bazarındakı mövcud fundamental faktorları və gələcək inkişaf proqnozlarını nəzərə alaraq, OPEC və quruma üzv olmayan ölkələr "OPEC+" ölkələri nazirlərinin 19 -cu iclasında qəbul edilmiş aylıq hasilat düzəlişləri planını təsdiqləyib. Eləcə də noyabr ayında neft hasilatını gündəlik 0,4 milyon barel artırmaq barədə qərar qəbul olunub", - deyə sənəddə qeyd olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42368/74/423687400_0:0:1035:776_1920x0_80_0_0_3995819f2eb136fba0951203729e7594.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
opec, neft hasilatı
Azərbaycan OPEC + ölkələrinin neft hasilatını artırmaq barədə qərarını dəstəklədi
Qurumun proqnozuna görə, əgər 2021-2022-ci ilin qış mövsümü çox soyuq keçərsə, təbii qazın qiymətinin rekord həddə çatması elektrik enerjisinin istehsalında alternativ yanacaq növü kimi neftdən istifadəni artıra bilər.
BAKI, 4 oktyabr — Sputnik. OPEC + Monitorinq Komitəsi alyansa əvvəlki neft hasilatı planını – saxlamağı tövsiyə edib. "OPEC + komitəsi hər ay sutkalıq hasilatı 400 min barelə qədər artırmağı məsləhət görür", – deyə "Bloomberg" agentliyi yazıb.
Qeyd edək ki, koronavirus pnademiyası səbəbindən neftə tələbat aşağı düşdüyündən, OPEC + alyansı keçən ilin may ayında ümumi hasilatı sutkada 9,7 milyon barelə kimi məhdudlaşdırmışdı. Vəziyyət sabitləşəndən sonra müqavilələrə düzəliş edildi. 2021-ci ilin avqust ayından etibarən alyans hər ay neft hasilatını sutkada 400 min barel artırmağı və beləliklə, 2022-ci ilin sentyabr ayının sonuna kimi neft hasilatını azaltmaq barədə öhdəliklərindən tədricən geri çəkilməyi nəzərdə tuturdu.
Azərbaycan neft hasilatının artırılmasını dəstəklədi
Azərbaycan OPEC-ə üzv olan və olmayan ölkələrin nazirlərinin 21-ci iclasında neft hasilatının sutkalıq 400 min barel artırılması barədə qəbul edilmiş qərarını dəstəkləyib. Bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatında bildirilir.
Məlumatda o da qeyd olunur ki, "Əməkdaşlıq haqqında" yeni bəyannamə noyabr ayında Azərbaycanda sutkalıq neft hasilatını daha 7000 barel artırmaqla 647 min barelə çatdırmağı nəzərdə tutur.
Təbii qaz çatışmazlığı neft məhsullarına tələbi stimullaşdıra bilər
Əgər 2021-2022-ci ilin qış mövsümü çox soyuq keçərsə, təbii qazın qiymətinin rekord həddə çatması elektrik enerjisinin istehsalında alternativ yanacaq növü kimi neftdən istifadəni artıra bilər. Bu proqnoz OPEC+ ölkələrinin texniki komitəsinin monitorinq komitəsi nazirlərinin iclası üçün hazırladığı hesabatda yer alıb.
"Vurğulamaq istərdik ki, qarşıdakı qışın həmişəkindən daha soyuq olacağı təqdirdə bazardakı qaz çatışmazlığı istilik və enerji istehsalında alternativ yanacağa, o cümlədən neft məhsullarına olan tələbatı bir az da artıra bilər", – deyə sənəddə bildirilir.
Qeyd edək ki, sentyabrın ortalarından etibarən Avropada 1000 kubmetr "mavi yanacağın" dəyəri 800 dolları keçərək tarixi maksimuma çatıb. Bundan sonra "köhnə qitə"də təbii qazın qiyməti davamlı şəkildə artmağa başlayıb. Oktyabrın 4-də isə ilk dəfə bu rəqəm 1200 dolları keçib.
Mütəxəssislərin sözlərinə görə, Avropada qazın qiymətinin qalxmasına, əsasən, hava şəraiti, sıxlaşdırılmış təbii qazın tədarükünün azalması və istilik mövsümü ərəfəsində anbarlardakı qaz çatışmazlığı səbəb olub. Bununla belə, qiymət artımında "spekulyativ" amillər də öz rolunu oynayıb.
OPEC + 2022-ci il üçün də tələbat proqnozunu artırır
2022 -ci ildə neftə tələbat gündəlik 4,2 milyon barel artacaq ki, bu da əvvəlkindən təxmindən 0,9 milyon barel çoxdur. Bu, OPEC + texniki komitəsinin hesabatından irəli gəlir.
2022-ci ildə qlobal neft tələbatı 2021-ci ildəki 96,7 milyon bareli keçərək 100,8 milyon barelə çata bilər. Bu göstəricinin artmasında vaksinasiya kampaniyasının rolu böyük ola bilər. Son məlumatlara görə, hazırda dünya əhalisinin 33%-i koronavirusa qarşı peyvənd olunub.
Bununla yanaşı, hesabata əsasən, neft tədarükü bir az artırılacaq. Sənəddə deyilir ki, bu il "qara qızıl" bazarı gündəlik 1,1 milyon barel həcmində kəsir vəziyyətində idisə, 2022 -ci ildə təklifin gündəlik 1,4 milyon barel çox olacağı gözlənilir. Eyni zamanda, neft ehtiyatları 496 milyon barel arta bilər, 2021-ci ildə isə 405 milyon barel azalmışdı.
2022-ci ildə neft ehtiyatları son beş illik ortaq göstəricidən 68 milyon barel çox olacaq, 2021-ci ildə isə bu rəqəm 106 milyon barel aşağı idi.
Azərbaycan avqustda neft hasilatını azaldıb
Azərbaycan Respublikası Energetika Nazirliyinin hesabatına görə, 2021-ci ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı (kondensat daxil olmaqla) 711,6 min barel təşkil edib. İstehsal olunan həcmdən 596,1 min bareli xam neftin, 115,5 min bareli isə kondensatın payına düşür.
Xatırladaq ki, 2021-ci ilin iyul ayında Azərbaycanda gündəlik kondensatlı neft hasilatı 717 min barel təşkil edib. Bunun 606 min bareli xam neftin, 111 min barrel isə kondensatın payına düşmüşdü.
"OPEC +" neft sövdələşmələrinin mövcud parametrlərini qoruyub saxlamaq və noyabr ayında hasilatı gündəlik 400 min barel artırmaq qərarına gəldiyini təsdiqləyib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə alyansın 4 oktyabrda baş tutan iclasının nəticəsi əsasında qəbul edilmiş yekun sənəddə bildirilir.
Bir qədər əvvəl alyansın belə bir qərar qəbul etdiyi barədə məlumat verilmişdi.
"Neft bazarındakı mövcud fundamental faktorları və gələcək inkişaf proqnozlarını nəzərə alaraq, OPEC və quruma üzv olmayan ölkələr "OPEC+" ölkələri nazirlərinin 19 -cu iclasında qəbul edilmiş aylıq hasilat düzəlişləri planını təsdiqləyib. Eləcə də noyabr ayında neft hasilatını gündəlik 0,4 milyon barel artırmaq barədə qərar qəbul olunub", - deyə sənəddə qeyd olunur.