NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

ABŞ-ın inadı neftin qiymətini yenə qaldırır

© AP Photo / Jae C. HongNeft buruqları, arxiv şəkli
Neft buruqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Abunə olmaq
BAKI, 7 oktyabr - Sputnik. Amerika hökuməti hələlik daxili bazarda yanacağın qiymətinin sabitləşdirilməsi üçün strateji neft ehtiyatından məhsul intervensiyasını istifadə etmək, yaxud da neftin ixracına məhdudiyyət qoymaq istəmir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bloomberg-in jurnalisti Xavyer Blas Twitter-də yazıb.
"ABŞ-ın Energetika Nazirliyi indi bəyan edir ki, "hal-hazırda" neftin strateji ehtiyatlarından istifadəni nəzərdən keçirmir, eləcə də neft ixracına qadağa qoyulmasına çalışmayacaq", - o bildirib.
Bundan öncə ABŞ-ın Energetika naziri Cennifer Qranholm bildirmişdi ki, ölkədə benzinin qiymətinin kəskin artmasından qaçınmaq üçün milli strateji neft ehtiyatlarından istifadə olunmasını istisna etmir. O, eləcə də xam neftin ixracına qadağa qoyula biləcəyini demişdi.
ABŞ prezidenti Co Bayden isə Neft İxracatçıları Ölkələrinin Təşkilatına və tərəfdarlarına müraciət edərək benzinin bahalaşmasına cavab tədbirləri kimi neft hasilatını artırmalarını istəmişdi. Buna cavab olaraq isə amerikalı senatorlar prezidentə məktub göndərərək administrasiyanın əvvəldən ABŞ-ın neft-qaz sektorunu məhdudlaşdıran siyasət yürütdüyünü və onun inkişafını təhdid etdiyini xatırladıblar.
Eləcə də sənəddə bildirilib ki, ABŞ-da daxili təklif kifayət qədər yüksəkdir və hasilatın artırılması üçün kifayət qədər ehtiyatlar var, yəni bu alətlərlə benzinin qiymətlərini salmaq mümkündür.
Xəbər lenti
0