BAKI, 26 avqust — Sputnik. Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai və Milli Barışıq üzrə Şuranın rəhbəri Abdulla Abdulla öz xoşları ilə Kabildədirlər.
Sputnik Azərbaycan bildirir ki, bunu RİA Novosti-yə Taliban* hərəkatının siyasi bürosunun rəsmi nümayəndəsi Mohammad Naim deyib.
Qeyd edək ki, bundan öncə CNN adları çəkilən şəxslər barədə xəbər yayıb ki, onlar Kabildə ev dustaqlığındadırlar.
"Bu məlumatlar yalandır. Bilmirəm, bunlar nəyi nəzərdə tuturlar. O şəxslərin barəsində məhdudlaşdırma tədbirləri görülməsi barədə deyilənlər boş sözlərdir", - Naim deyib.
Naim qeyd edib ki, sabiq prezidentlə Milli Barışıq Şurasının rəhbərinin təhlükəsizliyi, digər əfqanlar kimi, "İslam əmirliyinin" (taliblər özlərini belə adlandırırlar) səlhiyyətindədir.
----------
16:16
Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai və Milli Barışıq üzrə Şuranın rəhbəri Abdulla Abdulla Kabildə ev həbsindədirlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı CNN telekanlı öz mənbəsinə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, bazar ertəsi taliblər sabiq prezident Kərzainin mühafizəsindən silahları və avtomobilləri müsadirə ediblər. Cərşənbə günü isə Taliban* hərəkatı Abdullanın evində axtarış aparıb və onu mühafizədən və avtomobillərdən məhrum edib.
Qeyd edək ki, Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
* Taliban Rusiyada qadağan olunmuş terror təşkilatıdır.
Eləcə də oxuyun:
Tarix təkrarlanır: Azərbaycan əfqan qaçqınlarını qəbul etməlidirmi
Taliban Əşrəf Qəniyə amnistiya təklif etdi
Əfqanıstanın idarəetmə forması bəlli oldu
Taliblər təxliyəyə qadağa qoyur, türk əsgərini istəmirlər, Aİ isə Əfqanıstana qadağa qoyur
Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıblar