Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bir qəpik pensiya kapitalı olan şəxs də yaşa görə pensiya ala bilər

© iStock.com / Inside Creative HouseYaşlı insanlar, arxiv
Yaşlı insanlar, arxiv - Sputnik Azərbaycan, 1920, 27.01.2025
Abunə olmaq
Ekspert diqqətə çatdırıb ki, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə edilir.
BAKI, 27 yanvar — Sputnik. Azərbaycanda əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 280 manatdan 320 manata çatdırılacaq. Fevral ayından etibarən ölkədə ən aşağı pensiya 320 manat olacaq. Bu il üçün yaşayış minimumu ölkə üzrə 285 manatdır və əmək pensiyasının minimum məbləği bundan yuxarıdır. Bunu iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib.
O bildirib ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, yaşa görə pensiyaya çıxmaq üçün ya ən az 25 il sığorta stajı olmalı, ya da lazım olan məbləğdə pensiya kapitalı toplanmalıdır:

"Əgər pensiya kapitalının məbləği tələb olunan minimum həddən azdırsa, o halda staja baxılır. Minimum pensiya məbləğinin artırılması yaşa görə pensiyaya çıxmaq üçün tələb edilən minimum pensiya kapitalının da artmasına gətirib çıxardacaq. Hazırda minimum pensiya 280 manat olduğundan, minimum pensiya kapitalına dair tələb 40320 manatdır. Bundan sonra isə minimum pensiya kapitalına dair tələb 46080 manat olacaq. Yəni pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı 5760 manat artacaq. Əgər şəxs pensiya yaşına çatıbsa, topladığı pensiya kapitalı minimum pensiya kapıtalından çoxdursa, artıq staja baxılmır və o pensiyaya çıxır. Yox, əgər şəxsin topladığı pensiya kapitalı tələb olunan minimum həddən aşağıdırsa, o zaman 25 il sığorta stajına baxılır. Yəni həmin şəxsin 25 il sığorta stajı varsa, onun yenə pensiya hüququ yaranır. Başqa sözlə, yaşa görə əmək pensiyasına çıxmaq üçün ya 25 il sığorta stajı ya da minimum pensiya kapitalı olmalıdır".

© Photo : Social media page of Khalid Kerimliİqtisadçı-ekspert Xalid Kərimli
İqtisadçı-ekspert Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 23.01.2025
İqtisadçı-ekspert Xalid Kərimli
Hökumət tərəfindən humanist qaydalar müəyyən olunub, 25 il staj hədiyyə edilir
Ekspert diqqətə çatdırıb ki, bununla belə, pensiya sistemində humanist yanaşma tətbiq olunmaqla, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə edilir və əmək pensiyası hüququ verilir:
"2006-2018-ci illər arasında hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatmış şəxsə 25 il sığorta stajı hədiyyə edilir. Bu, 2019-cu ilin əvvəlindən tətbiq edilir. Bu ona görədir ki, hər kəsin pensiyaya çıxmaq hüququ olsun. Hökumət tərəfindən humanist qaydalar müəyyən olunub, vətəndaşa 25 il staj hədiyyə edilir. Qarşıdakı illərdə də vətəndaşların pensiyaya çıxması çətin olmayacaq, çünki staj onlara hədiyyə edilir. Başqa sözlə, 2019-2025-ci illərdə pensiya yaşına çatmış şəxslərə yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq. Məsələn, fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan şəxsə 2026-cı ildə artıq 25 il yox, 24 il, 2027-ci ildə 23 il staj hesablanacaq və lazım olan minimum 25 illik stajın qalan hissəsi isə pensiya yaşına çatmış şəxsdən tələb olunacaq".
Nazir: Dövlətə 1 qəpik sosial sığorta ödəyən hər bir kəs pensiya sisteminə girə bilir
Xatırladaq ki, keçən ilin sonlarında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxış edərək bildirib ki, bu gün 2018-ci ilə qədər dövlətə bir qəpik sosial sığorta ödəyən hər bir kəs pensiya sisteminə girə bilir:

"25 il sığorta stajı ona hədiyyə edilir və pensiya alır. Amma insan heç vaxt işləməyibsə, heç vaxt sosial sığorta ödəməyibsə, onda onların pensiya sisteminə cəlb edilməsi hansı təcrübəyə, hansı məntiqə əsaslana bilər? Onda biz təşviq edəcəyik ki, heç kim sosial sığorta ödəməsin. Əgər vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, artıq biz ona pensiya kapitalı amnistiyası təqdim etmiş oluruq".

© Sputnik / Murad OrujovƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan, 1920, 26.01.2025
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
Qeyd edək ki, qanunvericiliyə əsasən, pensiya yaşına çatmış şəxslərin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var. Sığorta stajı amnistiyasının qüvvədə olması imkan verir ki, minimum pensiya kapitalı toplamadan sadəcə 2018-ci ilədək hətta kiçik pensiya kapitalına malik olmaqla minimum pensiyanı almaq mümkün olsun.
Pensiyaların təyinatı elektronlaşdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Nazirliyin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda bu hüququn müraciət olunmadan və sənəd təqdim edilmədən avtomatik reallaşdırılmasını təmin edir.
Azərbaycan qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Pensiyaçı qadın, arxiv - Sputnik Azərbaycan, 1920, 10.01.2025
İQTİSADİYYAT
Pensiya artımları niyə yanvarda deyil, fevral ayında ödəniləcək?
Xəbər lenti
0