https://sputnik.az/20250126/azerbaycana-en-cox-turist-rusiyadan-gelir---statstka-470171350.html
Azərbaycana ən çox turist Rusiyadan gəlir - STATİSTİKA
Azərbaycana ən çox turist Rusiyadan gəlir - STATİSTİKA
Sputnik Azərbaycan
Keçən il xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 15,5 faiz artaraq 2,1 milyon nəfər olub. 26.01.2025, Sputnik Azərbaycan
2025-01-26T11:08+0400
2025-01-26T11:08+0400
2025-01-26T11:12+0400
turizm
i̇qti̇sadi̇yyat
rusiya
azərbaycan
dövlət turizm agentliyi
dövlət statistika komitəsi
https://cdnn1.img.sputnik.az/img/41365/72/413657219_0:0:3520:1979_1920x0_80_0_0_cc4c4c2bf26657eeeb355eee69b93baf.jpg.webp
BAKI, 26 yanvar — Sputnik. Keçən il Azərbaycana 196 ölkədən 2,6 milyon nəfər əcnəbi gəlib. Bu, əvvəlki illə müqayisədə 25,9 faiz çoxdur. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, gələnlərin 27,8 faizi Rusiya, 16,2 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,0 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,1 faizi Pakistan, hər birindən 1,8 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan, 1,7 faizi Çin, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 1,1 faizi İsrail, hər birindən 1,0 faiz olmaqla Belarus və Böyük Britaniya, 12,1 faizi digər ölkələrin vətəndaşları olub. Qeyd edilib ki, 2023-cü illə müqayisədə Hindistandan gələnlərin sayı 2,1 dəfə, İspaniyadan - 2,0 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, Çindən - 1,9 dəfə, Qırğızıstandan - 49,6 faiz, Qazaxıstandan - 48,6 faiz, Pakistandan - 46,7 faiz, Filippindən - 44,3 faiz, Omandan - 41,6 faiz, İordaniyadan - 39,7 faiz, Polşadan - 37,0 faiz, ABŞ-dan - 35,1 faiz, İtaliyadan - 35,1 faiz, Almaniyadan - 27,4 faiz, İrandan - 27,2 faiz, Niderlanddan - 27,1 faiz, Türkmənistandan - 27,0 faiz, Tacikistandan - 21,7 faiz, Səudiyyə Ərəbistanından - 21,6 faiz, Yəməndən - 21,0 faiz, Fransadan - 20,0 faiz, Böyük Britaniyadan - 19,2 faiz, Misirdən - 17,2 faiz, Rusiya Federasiyasından - 17,0 faiz, Özbəkistandan - 17,0 faiz, Ukraynadan - 15,6 faiz, Türkiyədən - 12,7 faiz, Moldovadan - 11,8 faiz artıb. Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı artıb 2023-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 15,5 faiz artaraq 2,1 milyon nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 32,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 11,6 faiz, Gürcüstana gedənlərin sayı 11,5 faiz, Türkiyəyə gedənlərin sayı 8,5 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 41,0 faizi Türkiyəyə, 20,7 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,7 faizi İrana, 20,9 faizi digər ölkələrə səfər edib. "Turistlər tarixi abidələrlə daha yaxından maraqlanır" Xatırladaq ki, Dövlət Turizm Agentliyinin məlumatına görə, ölkəmizin kifayət qədər mədəni turizm potensialı var. Azərbaycana üz tutan turistlər ölkədə mövcud olan bütün turizm məhsullarından istifadə etmək arzusundadırlar. Buraya sağlamlıq, dağ, mətbəx, mədəni turizmlər və digər səyahət növləri daxildir. Tarixi abidələri və qoruqları görməyə gedən turist qrupları ölkə tarixi ilə yaxından tanış olur, mədəniyyətimiz barədə bilgilər əldə edirlər. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20250111/2024-cu-il-rusiyaya-turist-axininin-sayina-gore-rekord-ildir---cernisenko-469882535.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41365/72/413657219_63:0:3195:2349_1920x0_80_0_0_0645baa93ec13ed5b3b6620989f09fd6.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
turizm, rusiya, azərbaycan, dövlət turizm agentliyi, dövlət statistika komitəsi
turizm, rusiya, azərbaycan, dövlət turizm agentliyi, dövlət statistika komitəsi
BAKI, 26 yanvar — Sputnik. Keçən il Azərbaycana 196 ölkədən 2,6 milyon nəfər əcnəbi gəlib. Bu, əvvəlki illə müqayisədə 25,9 faiz çoxdur. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, gələnlərin 27,8 faizi Rusiya, 16,2 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,0 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,1 faizi Pakistan, hər birindən 1,8 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan, 1,7 faizi Çin, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 1,1 faizi İsrail, hər birindən 1,0 faiz olmaqla Belarus və Böyük Britaniya, 12,1 faizi digər ölkələrin vətəndaşları olub.
Qeyd edilib ki, 2023-cü illə müqayisədə Hindistandan gələnlərin sayı 2,1 dəfə, İspaniyadan - 2,0 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, Çindən - 1,9 dəfə, Qırğızıstandan - 49,6 faiz, Qazaxıstandan - 48,6 faiz, Pakistandan - 46,7 faiz, Filippindən - 44,3 faiz, Omandan - 41,6 faiz, İordaniyadan - 39,7 faiz, Polşadan - 37,0 faiz, ABŞ-dan - 35,1 faiz, İtaliyadan - 35,1 faiz, Almaniyadan - 27,4 faiz, İrandan - 27,2 faiz, Niderlanddan - 27,1 faiz, Türkmənistandan - 27,0 faiz, Tacikistandan - 21,7 faiz, Səudiyyə Ərəbistanından - 21,6 faiz, Yəməndən - 21,0 faiz, Fransadan - 20,0 faiz, Böyük Britaniyadan - 19,2 faiz, Misirdən - 17,2 faiz, Rusiya Federasiyasından - 17,0 faiz, Özbəkistandan - 17,0 faiz, Ukraynadan - 15,6 faiz, Türkiyədən - 12,7 faiz, Moldovadan - 11,8 faiz artıb.
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı artıb
2023-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 15,5 faiz artaraq 2,1 milyon nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 32,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 11,6 faiz, Gürcüstana gedənlərin sayı 11,5 faiz, Türkiyəyə gedənlərin sayı 8,5 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 41,0 faizi Türkiyəyə, 20,7 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,7 faizi İrana, 20,9 faizi digər ölkələrə səfər edib.
"Turistlər tarixi abidələrlə daha yaxından maraqlanır"
Xatırladaq ki, Dövlət Turizm Agentliyinin məlumatına görə, ölkəmizin kifayət qədər mədəni turizm potensialı var. Azərbaycana üz tutan turistlər ölkədə mövcud olan bütün turizm məhsullarından istifadə etmək arzusundadırlar. Buraya sağlamlıq, dağ, mətbəx, mədəni turizmlər və digər səyahət növləri daxildir. Tarixi abidələri və qoruqları görməyə gedən turist qrupları ölkə tarixi ilə yaxından tanış olur, mədəniyyətimiz barədə bilgilər əldə edirlər.
"Müşahidələr göstərir ki, turistlər tarixi abidələrlə daha yaxından maraqlanırlar. Bakı, Şəki, Qəbələ və işğaldan azad edilmiş rayonlarımızda mövcud abidələri mədəni turizm marşrutları kimi gələn turistlərə düzgün təqdim etməklə, ölkəmizin tarixini, mədəniyyətini təbliğ edilir. Ölkəmizdəki abidələrdən turizm məqsədi üçün lazımi səviyyədə istifadə edilməsi də daha çox turist axınına səbəb ola bilər", - məlumatda qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.