https://sputnik.az/20250111/2024-cu-il-rusiyaya-turist-axininin-sayina-gore-rekord-ildir---cernisenko-469882535.html
2024-cü il Rusiyaya turist axınının sayına görə rekord ildir - Çernışenko
2024-cü il Rusiyaya turist axınının sayına görə rekord ildir - Çernışenko
Sputnik Azərbaycan
Rusiyaya xaricdən turist axınının artması qeydə alınıb. 11.01.2025, Sputnik Azərbaycan
2025-01-11T15:00+0400
2025-01-11T15:00+0400
2025-01-11T16:19+0400
rusiya
rusiya
turist
moskva
kurort
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/10/435217721_0:0:2995:1685_1920x0_80_0_0_f00144c1f22fe9c513d5e45e22c8bdbb.jpg
BAKI, 11 yanvar — Sputnik. Ötən ilin yanvar-noyabr aylarında Rusiyaya turist axını 2023-cü ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 11% artaraq 79,2 milyon səfər təşkil edib. Turist səfərlərinin sayı isə təxminən 92 milyon olacaq ki, bu da bütün statistik müşahidələr tarixində rekord göstərici olacaq. Bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Çernışenkonun aparatında məlumat verilib. Baş nazirin müavini Rusiyada xaricdən turist axınının artmasının qeydə alındığını, bu tendensiyanın Uzaq Şərqdə xüsusilə nəzərə çarpdığını da açıqlayıb. Mütləq göstəricilər üzrə ənənəvi olaraq Moskva (11,1 milyon turist səfəri), Krasnodar diyarı (9,4 milyon) və Sankt-Peterburq (5,8 milyon) liderdir. İlk onluğa Moskva vilayəti, Krım, Tatarıstan, Sverdlovsk vilayəti, Tümen vilayəti, Rostov vilayəti, Stavropol vilayəti də daxildir. Bu yaxınlarda Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) və Rusiya Turizm Sənayesi İttifaqı 2025-ci il üçün turizmin 15 əsas tendensiyasını sadalayıb. Onların arasında əsas olanlar aydın görünür: artıq müşahidə edilən tətilin qiyməti yalnız artacaq, lakin rusiyalılar buna baxmayaraq daha çox səyahət edəcəklər. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib ki, 2024-cü ildə biz daxili turizmin inkişafında iki mühüm tendensiyanı qeyd edirik: birincisi, bu, yeni turizm mərkəzlərinin artmasıdır, xüsusən də Sibirdə. Biz burada azrtıq turist səyahətlərində 16%-dən çox artım müşahidə edirik. İkincisi, bu, xarici turistlər tərəfindən Rusiyaya marağın əhəmiyyətli dərəcədə artmasıdır. Biz cəlbedici səyahət şəraiti yaratmağa davam edəcəyik ki, mümkün qədər çox insan ölkəmizin gözəlliyini və müxtəlifliyini kəşf etsin. Qeyd olunur ki, daxili turizmin artan populyarlığı bütün ölkə daxilində dağ-xizək kurortlarının inkişafına da təkan verir. Hazırda Rusiyada qış mövsümü tam sürətlə davam edir. Perm diyarında, Samara vilayətində, Tver vilayətində və Xabarovsk diyarında yeni magistral yollar və qaldırıcı mexanizmlər açılıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/10/435217721_195:0:2926:2048_1920x0_80_0_0_cb5966a3cd996e36e48e05291e7ce75b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, turist, moskva, kurort
rusiya, turist, moskva, kurort
2024-cü il Rusiyaya turist axınının sayına görə rekord ildir - Çernışenko
15:00 11.01.2025 (Yenilənib: 16:19 11.01.2025) Rusiyaya xaricdən turist axınının artması qeydə alınıb.
BAKI, 11 yanvar — Sputnik. Ötən ilin yanvar-noyabr aylarında Rusiyaya turist axını 2023-cü ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 11% artaraq 79,2 milyon səfər təşkil edib. Turist səfərlərinin sayı isə təxminən 92 milyon olacaq ki, bu da bütün statistik müşahidələr tarixində rekord göstərici olacaq.
Bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Çernışenkonun aparatında məlumat verilib.
"2024-cü ilin 11 ayı ərzində turistlər ölkə üzrə 80 milyona yaxın səyahət edib ki, bu da Rusiya ətrafında səyahətlərə yüksək marağın olduğunu göstərir. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 11% çoxdur. Proqnozlara əsasən, ötən ilin yekunlarına görə, turist səfərlərinin sayı təxminən 92 milyon olacaq və bu göstəricinin statistik müşahidələri tarixində rekord həddə çatacaq (23 il ərzində)", - Çernışenko bildirib.
Baş nazirin müavini Rusiyada xaricdən turist axınının artmasının qeydə alındığını, bu tendensiyanın Uzaq Şərqdə xüsusilə nəzərə çarpdığını da açıqlayıb. Mütləq göstəricilər üzrə ənənəvi olaraq Moskva (11,1 milyon turist səfəri), Krasnodar diyarı (9,4 milyon) və Sankt-Peterburq (5,8 milyon) liderdir. İlk onluğa Moskva vilayəti, Krım, Tatarıstan, Sverdlovsk vilayəti, Tümen vilayəti, Rostov vilayəti, Stavropol vilayəti də daxildir.
"Belə bir artım bizi Rusiya Prezidenti Vladimir Putinin qarşıya qoyduğu məqsədə nail olmağa yaxınlaşdırır: 2030-cu ilə qədər ölkənin ümumi daxili məhsulunda (ÜDM) turizmin 5%-lik payına və 140 milyon turist səfərinə nail olmaqdır", - Çernışenko qeyd edib.
Bu yaxınlarda Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) və Rusiya Turizm Sənayesi İttifaqı 2025-ci il üçün turizmin 15 əsas tendensiyasını sadalayıb. Onların arasında əsas olanlar aydın görünür: artıq müşahidə edilən tətilin qiyməti yalnız artacaq, lakin rusiyalılar buna baxmayaraq daha çox səyahət edəcəklər.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib ki, 2024-cü ildə biz daxili turizmin inkişafında iki mühüm tendensiyanı qeyd edirik: birincisi, bu, yeni turizm mərkəzlərinin artmasıdır, xüsusən də Sibirdə. Biz burada azrtıq turist səyahətlərində 16%-dən çox artım müşahidə edirik. İkincisi, bu, xarici turistlər tərəfindən Rusiyaya marağın əhəmiyyətli dərəcədə artmasıdır. Biz cəlbedici səyahət şəraiti yaratmağa davam edəcəyik ki, mümkün qədər çox insan ölkəmizin gözəlliyini və müxtəlifliyini kəşf etsin.
Qeyd olunur ki, daxili turizmin artan populyarlığı bütün ölkə daxilində dağ-xizək kurortlarının inkişafına da təkan verir. Hazırda Rusiyada qış mövsümü tam sürətlə davam edir. Perm diyarında, Samara vilayətində, Tver vilayətində və Xabarovsk diyarında yeni magistral yollar və qaldırıcı mexanizmlər açılıb.
"Həmçinin bu il Şimali Osetiyada "Mamison" kurortunun açılması gözlənilir. Bundan əlavə, mövcud kurortların genişləndirilməsi və yenidən qurulması işləri də aparılır. Məsələn, güzəştli kreditləşdirmə proqramı çərçivəsində yeddi xizək kurortu modernləşdirilir və iki yenisi tikiləcək: Kamçatkada "Tri vulkana" və Yamal-Nen Muxtar Mahalında "Ray-İz" tikiləcək", - məlumatda deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.