https://sputnik.az/20250121/azerbaycanda-baliq-bazarlari-yaradilacaq---stehsal-ve-ixrac-artacaq-470057657.html
Azərbaycanda balıq bazarları yaradılacaq - İstehsal və ixrac artacaq
Azərbaycanda balıq bazarları yaradılacaq - İstehsal və ixrac artacaq
Sputnik Azərbaycan
Ölkədə Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb. Deputat bildirib ki, yeni qurumun yaradılmasında məqsəd istehsalın genişləndirilməsinə və ixracın... 21.01.2025, Sputnik Azərbaycan
2025-01-21T09:18+0400
2025-01-21T09:18+0400
2025-01-21T09:18+0400
balıq
iqtisadiyyat
bazar
azərbaycan
su
təsərrüfat
ekspert
dəniz
fond
satış
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441100182_0:104:2000:1229_1920x0_80_0_0_d5587cff3216afb1ab63828283d3535d.jpg.webp
BAKI, 21 yanvar — Sputnik. Dövlət başçısının Fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxs yaradılıb. Sənədə əsasən, məqsəd ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsi, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq resurslarının formalaşdırılması, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsidir. Mərkəzin nizamnamə fondu 1 milyon manatdır Mərkəz balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Mərkəzin nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşacaq. İqtisadçılar nə deyirlər? Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda qeyri-neft sektorunda balıqçılıq prioritet istiqamətdir:"Ona görə də yeni qurumun yaradılması bu sahədə istehsalın və ixracın artmasına imkan yaradacaq. Bu da balıqçılıq sənayesinin inkişafı baxımından vacib hesab olunur", - deputat əlavə edib. İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, yeni qurumun yaradılması müsbət ideyadır:Balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək Qeyd edək ki, Fərmana əsasən, Nazirlər Kabineti balıqçılığın kənd təsərrüfatı məhsullarının istehsalı və emalına aid edilməsi, habelə bu sahədə dövlət dəstəyi mexanizmlərinin tətbiqi, akvakultura təsərrüfatlarının qurulması üçün uyğun torpaq sahələri və su obyektləri, habelə balıqçılıq sahəsində normativ hüquqi aktların, o cümlədən akvakultura təsərrüfatlarının uçotu və fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir. Kənd Təsərrüfatı Nazirliyi Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra akvakultura təsərrüfatlarının, habelə balıq və digər su bioresurslarının ovu ilə məşğul olan balıqçılıq subyektlərinin "Elektron kənd təsərrüfatı" informasiya sistemində qeydiyyatının aparılması, sahə üzrə sahibkarların məlumatlandırılması, habelə "balıqçılıq" altsisteminin formalaşdırılması ilə bağlı tədbirlər görməlidir. Akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndiriləcək Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə balıqçılıq təsərrüfatların uçotunun aparılması məqsədilə, ölkədə faktiki fəaliyyət göstərən və uçotda olmayan akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndirilməklə monitorinqlərinin aparılması ilə bağlı tədbirlər görəcək. İxtisaslaşmış balıq bazarları təşkil ediləcək Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkil edilməsi nəzərdə tutulur. Fərmanla "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə əsasən, nazirlik şəhərlərdə və Xəzər dənizi sahillərində (Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin sahilboyu 20–50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etməli, ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanlarını ilə razılaşdırmaqla müəyyən etməlidir. Vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondu yaradılacaq Azərbaycanda vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılması nəzərdə tutulur. Fərmanla "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə görə, qurum daxili su obyektlərindən səmərəli istifadə etməklə, artırılması və yetişdirilməsi nəzərdə tutulan vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılmasına və qorunub saxlanılmasına dair təkliflər hazırlamalıdır. Bundan başqa, nazirlik balıqçılıq haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması və yetişdirilməsi nəzərdə tutulan nərə cinsli, keçici, yarımkeçici balıqların törədicilərinin tədarükü məqsədilə balıq və digər su bioresurslarının ov vətəgələrinin yaradılması barədə təkliflər hazırlamalıdır. Həmçinin nazirlik balıqartırma müəssisələrində balıqçılıq haqqında texniki normativ-hüquqi aktlara uyğun olaraq törədici balıqların, balıq körpələrinin və inkubasiya edilən kürülərin inventarlaşdırılmasını aparacaq, balıq və digər su bioresursları körpələrinin su obyektlərinə buraxılışı aktı tərtib edəcək. Nazir: "Statistik göstəricilər də ölkəmizdə balıq istehlakı ənənəsinin qənaətbəxş olmadığını göstərir" Xatırladaq ki, bir müddət öncə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya"nın 8-ci sessiyasında çıxışı zamanı bildirib ki, son illər ölkəmizdə aqrar sahənin prioritet elan edilməsi balıqçılıq sahəsində də islahatların aparılmasını zəruri edir:"Balıq və balıq məhsulları qida zəncirində əhəmiyyətli yer tutur. Balıq əti ilə təminat ölkədə ümumi tələbatın böyük faizini təşkil etməsə də, tərkibində olan zəruri qida elementləri baxımından insan orqanizmi üçün vacib hesab edilir. Statistik göstəricilər də ölkəmizdə balıq istehlakı ənənəsinin qənaətbəxş olmadığını göstərir. Belə ki, Azərbaycanda heyvan mənşəli zülalın qəbulunda adambaşına düşən balıq məhsullarının payı yalnız 2%, dünya üzrə orta göstərici isə 17% təşkil edir. Ölkədə adambaşına düşən orta illik balıq və balıq məhsulları istehlakı 2008-ci ilədək 4 kiloqrama yaxın olub. Son illərdə bu göstərici artaraq 2014-cü ildə təxminən 7,2 kiloqrama, 2021-cı ildə isə 7,4 kiloqrama çatıb. Dünya üzrə bu göstərici 20,5 kiloqram, Avropada isə 24 kiloqram təşkil edir". "Son illərdə akvakultura sahəsinin inkişafı üçün hüquqi baza təkmilləşdirilir" Nazir vurğulayıb ki, dünyada baş verən geosiyasi hadisələr, iqlim dəyişmələrinin mənfi təsirləri, eləcə də əhalinin təbii artımı qida tələbatının qarşılanmasını təhdid altında qoyur, o zaman geniş istehsal imkanları olan akvakultura sahəsinin inkişaf etdirilməsinə ciddi zərurət yaranır:Nazir: "Balıq məhsullarının istehsalı daxili tələbatı tam ödəmək üçün yetərli deyil" Nazir bildirib ki, eyni zamanda, balıqçılığın inkişafı ilə bağlı bir sıra infrastruktur problemləri mövcuddur:"Hazırda ölkədə istehsal olunan balıq mənşəli məhsullarla özünütəminetmə səviyyəsi aşağıdır və yerli istehsal daxili tələbatı tam ödəmək üçün yetərli deyildir. Bu da ölkədə akvakulturanın zəif inkişaf etməsindən irəli gəlir. Ölkədə balıqçılıq sahəsi əsasən ekstensiv üsulla inkişaf etdirilib, daha çox nohurçuluqda çəkikimi balıq növlərinin yetişdirilməsinə və təbii yemləməyə üstünlük verilib. Təsərrüfat fəaliyyətinin hazırda ekstensiv üsullarla aparılması balıq istehsalında məhsuldarlığın aşağı düşməsinə və istehsal edilən balıq məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir edir. Balıq məhsulları istehsalının keyfiyyət göstəricilərinin və həcminin qənaətbəxş olmaması emal sənayesini kifayət qədər xammalla təmin etməyə imkan vermir, bu da balıq və balıq məhsulları idxalının artmasına səbəb olur. Aşağı məhsuldarlığa malik balıq növləri yem təminatı baxımından da təsərrüfatlar üçün əlverişli deyildir. Bütün bunlar təbii və süni su hövzələrinin və torpaqların səmərəsiz istifadəsinə, kənd təsərrüfatı təyinatlı torpaqların balıq nohurçuluğu üçün istifadəsi və dövriyyədən çıxarılmasına, balıq və balıq məhsullarının qiymətinin yüksək olmasına, idxal həcminin artmasına və ixrac imkanlarının azalmasına səbəb olur". "Daxili su hövzələrində balıq məhsullarının məhsuldarlığını artırmaq mümkündür" "Bundan əlavə, şirin su və kənd təsərrüfatı istehsalı üçün torpaq ehtiyatlarımızın məhdud olduğu nəzərə alındıqda, balıqyetişdirmə fəaliyyətinin genişləndirilməsi yeni innovativ biotexnologiyaların, o cümlədən qapalı su təchizatı sistemlərinin tətbiqi və dəniz akvakulturasının inkişafı daha çox diqqət tələb edir. Daxili su hövzələrində balıqartırma-meliorativ tədbirlərinin həyata keçirilməsi nəticəsində balıq məhsullarının məhsuldarlığını artırmaq mümkündür. Ölkəmizdə akvakulturanın inkişafı istiqamətində beynəlxalq təcrübələr nəzərə almaqla müasir tələblərə cavab verən sənaye üsulu ilə sağlam və dayanıqlı balıqçılıq təsərrüfatlarının artırılmasını, balıqçılığın idarəetmə strukturunun təkmilləşdirilməsini, akvakultura ilə məşğul olmaq istəyən sahibkarlar üçün prosedurların sadələşdirilməsini vacib hesab edirik. Qeyd olunan məsələlərdə nəaliyyətin əldə edilməsi üçün aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və maraqlı tərəflərlə birgə qarşılıqlı sıx fəaliyyət göstərməliyik", - deyə nazir əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240110/azerbaycanda-baliq-ve-baliq-mehsullari-ucuzlasa-biler-461821682.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441100182_112:0:1889:1333_1920x0_80_0_0_0b93b2fc4b7800433bc3980f17d6b8b1.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
balıq, bazar, azərbaycan, su, təsərrüfat, ekspert, dəniz, fond, satış, kənd təsərrüfatı nazirliyi
balıq, bazar, azərbaycan, su, təsərrüfat, ekspert, dəniz, fond, satış, kənd təsərrüfatı nazirliyi
Azərbaycanda balıq bazarları yaradılacaq - İstehsal və ixrac artacaq
Ölkədə Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb. Deputat bildirib ki, yeni qurumun yaradılmasında məqsəd istehsalın genişləndirilməsinə və ixracın artırılmasına nail olmaqdır. Bu istiqamətdə Qarabağ və Şərqi Zəngəzurun böyük potensialı var.
BAKI, 21 yanvar — Sputnik. Dövlət başçısının Fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxs yaradılıb. Sənədə əsasən, məqsəd ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsi, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq resurslarının formalaşdırılması, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsidir.
Mərkəzin nizamnamə fondu 1 milyon manatdır
Mərkəz balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Mərkəzin nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşacaq.
İqtisadçılar nə deyirlər?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda qeyri-neft sektorunda balıqçılıq prioritet istiqamətdir:
"Azərbaycanın bu sahədə kifayət qədər geniş imkanları var. Xəzər dənizinin və ölkə daxilində çay və göllərin olması Azərbaycanda balıqçılığın inkişafı üçün yeni imkanlar yaradıb. Yeni qurumun yaradılmasında məqsəd istehsalın genişləndirilməsinə və ixracın artırılmasına nail olmaqdır. Bu istiqamətdə Qarabağ və Şərqi Zəngəzurun böyük potensialı var. Məhz həmin ərazilərdə balıqçılığın inkişafı iqtisadiyyatın əsas istiqamətlərindən biri kimi baxılır. Bu addım istehsalın və ixracın artması, idxalın azadılması baxımından vacibdir".
"Ona görə də yeni qurumun yaradılması bu sahədə istehsalın və ixracın artmasına imkan yaradacaq. Bu da balıqçılıq sənayesinin inkişafı baxımından vacib hesab olunur", - deputat əlavə edib.
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, yeni qurumun yaradılması müsbət ideyadır:
"Balıqçılığın inkişaf etdirilməsinin gündəmə gəlməsi müsbət addımdır. Çünki ölkədə bu sahədə uğurlu təcrübələr olub. Bu addım idxalın əvəzedilməsi, məhsul bolluğu və məşğulluğun təmin edilməsi baxımından müsbətdir. Əgər yeni yaradılan qurumun fəaliyyəti nəticəsində məhsul bolluğu olarsa, bu, balıq məhsullarının qiymətinə təsir edəcək və ədalətli qiymətin formalaşmasına gətirib çıxarda bilər".
Balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
Qeyd edək ki, Fərmana əsasən, Nazirlər Kabineti balıqçılığın kənd təsərrüfatı məhsullarının istehsalı və emalına aid edilməsi, habelə bu sahədə dövlət dəstəyi mexanizmlərinin tətbiqi, akvakultura təsərrüfatlarının qurulması üçün uyğun torpaq sahələri və su obyektləri, habelə balıqçılıq sahəsində normativ hüquqi aktların, o cümlədən akvakultura təsərrüfatlarının uçotu və fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Kənd Təsərrüfatı Nazirliyi Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra akvakultura təsərrüfatlarının, habelə balıq və digər su bioresurslarının ovu ilə məşğul olan balıqçılıq subyektlərinin "Elektron kənd təsərrüfatı" informasiya sistemində qeydiyyatının aparılması, sahə üzrə sahibkarların məlumatlandırılması, habelə "balıqçılıq" altsisteminin formalaşdırılması ilə bağlı tədbirlər görməlidir.
Akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndiriləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə balıqçılıq təsərrüfatların uçotunun aparılması məqsədilə, ölkədə faktiki fəaliyyət göstərən və uçotda olmayan akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndirilməklə monitorinqlərinin aparılması ilə bağlı tədbirlər görəcək.
İxtisaslaşmış balıq bazarları təşkil ediləcək
Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkil edilməsi nəzərdə tutulur. Fərmanla "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə əsasən, nazirlik şəhərlərdə və Xəzər dənizi sahillərində (Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin sahilboyu 20–50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etməli, ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanlarını ilə razılaşdırmaqla müəyyən etməlidir.
Vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondu yaradılacaq
Azərbaycanda vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılması nəzərdə tutulur. Fərmanla "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə görə, qurum daxili su obyektlərindən səmərəli istifadə etməklə, artırılması və yetişdirilməsi nəzərdə tutulan vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılmasına və qorunub saxlanılmasına dair təkliflər hazırlamalıdır. Bundan başqa, nazirlik balıqçılıq haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması və yetişdirilməsi nəzərdə tutulan nərə cinsli, keçici, yarımkeçici balıqların törədicilərinin tədarükü məqsədilə balıq və digər su bioresurslarının ov vətəgələrinin yaradılması barədə təkliflər hazırlamalıdır. Həmçinin nazirlik balıqartırma müəssisələrində balıqçılıq haqqında texniki normativ-hüquqi aktlara uyğun olaraq törədici balıqların, balıq körpələrinin və inkubasiya edilən kürülərin inventarlaşdırılmasını aparacaq, balıq və digər su bioresursları körpələrinin su obyektlərinə buraxılışı aktı tərtib edəcək.
Nazir: "Statistik göstəricilər də ölkəmizdə balıq istehlakı ənənəsinin qənaətbəxş olmadığını göstərir"
Xatırladaq ki, bir müddət öncə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya"nın 8-ci sessiyasında çıxışı zamanı bildirib ki, son illər ölkəmizdə aqrar sahənin prioritet elan edilməsi balıqçılıq sahəsində də islahatların aparılmasını zəruri edir:
"Balıq və balıq məhsulları qida zəncirində əhəmiyyətli yer tutur. Balıq əti ilə təminat ölkədə ümumi tələbatın böyük faizini təşkil etməsə də, tərkibində olan zəruri qida elementləri baxımından insan orqanizmi üçün vacib hesab edilir. Statistik göstəricilər də ölkəmizdə balıq istehlakı ənənəsinin qənaətbəxş olmadığını göstərir. Belə ki, Azərbaycanda heyvan mənşəli zülalın qəbulunda adambaşına düşən balıq məhsullarının payı yalnız 2%, dünya üzrə orta göstərici isə 17% təşkil edir. Ölkədə adambaşına düşən orta illik balıq və balıq məhsulları istehlakı 2008-ci ilədək 4 kiloqrama yaxın olub. Son illərdə bu göstərici artaraq 2014-cü ildə təxminən 7,2 kiloqrama, 2021-cı ildə isə 7,4 kiloqrama çatıb. Dünya üzrə bu göstərici 20,5 kiloqram, Avropada isə 24 kiloqram təşkil edir".
"Son illərdə akvakultura sahəsinin inkişafı üçün hüquqi baza təkmilləşdirilir"
Nazir vurğulayıb ki, dünyada baş verən geosiyasi hadisələr, iqlim dəyişmələrinin mənfi təsirləri, eləcə də əhalinin təbii artımı qida tələbatının qarşılanmasını təhdid altında qoyur, o zaman geniş istehsal imkanları olan akvakultura sahəsinin inkişaf etdirilməsinə ciddi zərurət yaranır:
"Son illərdə akvakultura sahəsinin inkişafı üçün hüquqi baza təkmilləşdirilir. "Balıqçılıq haqqında" qanuna edilmiş əlavə və dəyişikliklər, "Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə", "Balıqçılıq subyektinin uçotunun aparılması Qaydaları" və digər bu kimi vacib əhəmiyyətli qərarlar qəbul edilib".
Nazir: "Balıq məhsullarının istehsalı daxili tələbatı tam ödəmək üçün yetərli deyil"
Nazir bildirib ki, eyni zamanda, balıqçılığın inkişafı ilə bağlı bir sıra infrastruktur problemləri mövcuddur:
"Hazırda ölkədə istehsal olunan balıq mənşəli məhsullarla özünütəminetmə səviyyəsi aşağıdır və yerli istehsal daxili tələbatı tam ödəmək üçün yetərli deyildir. Bu da ölkədə akvakulturanın zəif inkişaf etməsindən irəli gəlir. Ölkədə balıqçılıq sahəsi əsasən ekstensiv üsulla inkişaf etdirilib, daha çox nohurçuluqda çəkikimi balıq növlərinin yetişdirilməsinə və təbii yemləməyə üstünlük verilib. Təsərrüfat fəaliyyətinin hazırda ekstensiv üsullarla aparılması balıq istehsalında məhsuldarlığın aşağı düşməsinə və istehsal edilən balıq məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir edir. Balıq məhsulları istehsalının keyfiyyət göstəricilərinin və həcminin qənaətbəxş olmaması emal sənayesini kifayət qədər xammalla təmin etməyə imkan vermir, bu da balıq və balıq məhsulları idxalının artmasına səbəb olur. Aşağı məhsuldarlığa malik balıq növləri yem təminatı baxımından da təsərrüfatlar üçün əlverişli deyildir. Bütün bunlar təbii və süni su hövzələrinin və torpaqların səmərəsiz istifadəsinə, kənd təsərrüfatı təyinatlı torpaqların balıq nohurçuluğu üçün istifadəsi və dövriyyədən çıxarılmasına, balıq və balıq məhsullarının qiymətinin yüksək olmasına, idxal həcminin artmasına və ixrac imkanlarının azalmasına səbəb olur".
"Daxili su hövzələrində balıq məhsullarının məhsuldarlığını artırmaq mümkündür"
"Bundan əlavə, şirin su və kənd təsərrüfatı istehsalı üçün torpaq ehtiyatlarımızın məhdud olduğu nəzərə alındıqda, balıqyetişdirmə fəaliyyətinin genişləndirilməsi yeni innovativ biotexnologiyaların, o cümlədən qapalı su təchizatı sistemlərinin tətbiqi və dəniz akvakulturasının inkişafı daha çox diqqət tələb edir. Daxili su hövzələrində balıqartırma-meliorativ tədbirlərinin həyata keçirilməsi nəticəsində balıq məhsullarının məhsuldarlığını artırmaq mümkündür. Ölkəmizdə akvakulturanın inkişafı istiqamətində beynəlxalq təcrübələr nəzərə almaqla müasir tələblərə cavab verən sənaye üsulu ilə sağlam və dayanıqlı balıqçılıq təsərrüfatlarının artırılmasını, balıqçılığın idarəetmə strukturunun təkmilləşdirilməsini, akvakultura ilə məşğul olmaq istəyən sahibkarlar üçün prosedurların sadələşdirilməsini vacib hesab edirik. Qeyd olunan məsələlərdə nəaliyyətin əldə edilməsi üçün aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və maraqlı tərəflərlə birgə qarşılıqlı sıx fəaliyyət göstərməliyik", - deyə nazir əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.