CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir "plastik cərrah"ın saxtakarlığı üzə çıxdı - xalq artisti hərəkətə keçdi

© Sputnik / Murad OrujovFlora Kərimova
Flora Kərimova - Sputnik Azərbaycan, 1920, 15.01.2025
Abunə olmaq
Xalq artisti Flora Kərimova bu saxtakarlığı üzə çıxarmaq üçün Türkiyədə vəkil tutaraq, hüquqi mübarizəyə başlayıb.
BAKI, 15 yanvar — Sputnik. Türkiyənin Baş Prokurorluğu xalq artisti Flora Kərimovanın iddiasını icraata götürüb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə tanınmış jurnalist Qənirə Ataşova sosial media hesabında paylaşım edib.
Onun yazdığına görə, Azərbaycanın canlı əfsanəsi Flora Kərimova ixtisasca nevroloq olan, lakin plastik cərrah sertifikatı almış Sevinc Heydərova ilə bağlı hüquqi mübarizəsini uzun müddətdir davam etdirir. Flora Kərimova həm bir sənətkar, həm də bir həkim olaraq, Sevinc Heydərovanın plastik cərrah sertifikatını necə əldə etdiyini araşdırmağa başlayıb və bu yol Türkiyəyə uzanıb. Araşdırmalar zamanı məlum olub ki, Sevinc Heydərovaya Türkiyədə cərrahiyyə kursu keçdiyinə dair sənədlər professor Mehmet Bozqurd tərəfindən təqdim edilib. Məhz bu sənədlər əsasında Sevinc Heydərovanın Azərbaycan Səhiyyə Nazirliyini aldadaraq, sertifikat aldığı iddia olunur.
Flora Kərimova bu saxtakarlığı üzə çıxarmaq üçün Türkiyədə vəkil tutaraq, hüquqi mübarizəyə başlayıb. Artıq Türkiyə məhkəməsi Flora Kərimovanın iddiasını qəbul edib.
"Türkiyə hüquq sistemi ədaləti ilə tanınır və orada şəxsi əlaqələr və tanışlıqlar hüquqi proseslərə təsir etmir. Xatırlayırsınızsa, professor Mehmet Bozqurd mənə verdiyi açıqlamada sənədlərdəki imzanın ona aid olmadığını və imzanın Sevinc Heydərova tərəfindən saxtalaşdırıldığını bildirmişdi. Bu açıqlamadan sonra Sevinc xanım maraqlı bir bəyanat vermişdi. Guya mən Mehmet Bozqurdu qorxutmuşam. Vallah, Amerikadan Türkiyəyə əlimi uzadıb bir professoru qorxutmaq gücündə olduğumu bilsəydim, bəlkə Hollivudda filmlərə də çəkilərdim. Flora Kərimovanın vəkili Elcan Həsənli məsələnin araşdırılması üçün Türkiyədə olub. Onları dinləyək, çünki bu hekayə bitməyib" - Ataşovanın paylaşımında bildirilir.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova "İnternational Medical Centre" klinikası və Heydərova Sevinc Abisalam qızını yenidən məhkəməyə verib. Ancaq 10 ay ərzində hakim məhkəməni yekunlaşdıra bilməyib və Flora xanımın iddiası ilə bağlı iş məhkəmə-tibbi ekspertizasına göndərilib. Sevinc Heydərova sosial şəbəkə hesablarında özünü plastik cərrah kimi tanıdıb və 2021-ci ildə Flora xanımın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq xalq artisti bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. Flora xanımın mətbuata verdiyi açıqlamalara görə, Sevinc Heydərova həkimliyə başlayanda əvvəl endokrinoloq, nevroloq, lap sonda isə plastik cərrah kimi fəaliyyətini davam etdirib.
Xatırladaq ki, Amerikada yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda saxta diplomlarla fəaliyyət göstərən 40-dan çox plastik cərrahın siyahısını ictimaiyyətə açıqlayıb. Bundan sonra həmin həkimlərin diplomlarının olmadığı, tibb işçilərinin reyesterində adlarının tapılmadığı nazirlik tərəfindən rəsmi təsdiqlənib.
Əməliyyat - Sputnik Azərbaycan, 1920, 14.01.2025
SƏHİYYƏ
Nazirlikdən plastik cərrahlara növbəti xəbərdarlıq
Xəbər lenti
0