https://sputnik.az/20250114/nazirlikden-plastik-cerrahlara-novbeti-xeberdarliq-469974237.html
Nazirlikdən plastik cərrahlara növbəti xəbərdarlıq
Nazirlikdən plastik cərrahlara növbəti xəbərdarlıq
Sputnik Azərbaycan
Plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini yanvarın 31-ə kimi Səhiyyə... 14.01.2025, Sputnik Azərbaycan
2025-01-14T13:23+0400
2025-01-14T13:23+0400
2025-01-14T16:16+0400
səhiyyə
plastik cərrah
müraciət
səhiyyə nazirliyi
daxili işlər nazirliyi
baş prokurorluq
https://cdnn1.img.sputnik.az/img/41167/34/411673478_0:0:3069:1726_1920x0_80_0_0_971fb2b2fd5efe77c5998474aad02b57.jpg
BAKI, 14 yanvar — Sputnik. "Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb". Bu barədə Səhiyyə Nazirliyinin plastik cərrahlara müraciətində bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) yanvarın 31-ə kimi Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20250114/burun-emeliyyatlarinda-olum-riski---nezrinin-olumune-ne-sebeb-olub-469968577.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41167/34/411673478_340:0:3069:2047_1920x0_80_0_0_564f0e8d89d7de32d167c4011a2d6359.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
plastik cərrah, müraciət, səhiyyə nazirliyi, daxili işlər nazirliyi, baş prokurorluq
plastik cərrah, müraciət, səhiyyə nazirliyi, daxili işlər nazirliyi, baş prokurorluq
Nazirlikdən plastik cərrahlara növbəti xəbərdarlıq
13:23 14.01.2025 (Yenilənib: 16:16 14.01.2025) Plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini yanvarın 31-ə kimi Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
BAKI, 14 yanvar — Sputnik. "Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb".
Bu barədə Səhiyyə Nazirliyinin plastik cərrahlara müraciətində bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) yanvarın 31-ə kimi Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
"Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq", - müraciətdə vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.