DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qrenlandiyanın alınmasına dair danışıqlara icazə barədə qanun Konqresə təqdim edilib

© AP Photo / Alex BrandonDonald Tramp, arxiv
Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 14.01.2025
Abunə olmaq
Danimarka ilə razılaşma əldə olunarsa, Tramp beş gün ərzində ərazinin alınması ilə bağlı bütün sənədləri Konqresə təqdim etməlidir.
BAKI, 14 yanvar — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa Danimarkadan Qrenlandiyanın alınması ilə bağlı danışıqlara başlamağa icazə verən qanun layihəsi ABŞ Konqresinə təqdim edilib. Bu barədə "RİA Novosti" xəbər verib.
© AP Photo / Felipe DanaQrenlandiya
Гренландия, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.01.2025
Qrenlandiya
Sənədi baxılmaq üçün aşağı palatanın respublikaçı üzvü Endi Oqls təqdim edib.

"Prezidentə Qrenlandiyanı əldə etmək məqsədilə Danimarka ilə danışıqlara cəhd etmək səlahiyyəti verilsin", - qanun layihəsində belə deyilir.

Qəbul edilərsə, icazə yanvarın 20-də, Trampın andiçmə mərasimindən sonra rəsmi olaraq prezident olmağa hazırlaşdığı vaxt qüvvəyə minəcək. Danimarka ilə razılaşma əldə olunarsa, Tramp beş gün ərzində ərazinin alınması ilə bağlı bütün sənədləri Konqresə təqdim etməlidir.
Müəllif Tramp tərəfdarlarının əsas şüarı olan "ABŞ-ı yenidən möhtəşəm et" şüarından ilhamlanan qanun layihəsini "Qrenlandiyanı yenidən möhtəşəm et" adlandırıb.
Yanvarın əvvəlində Tramp deyib ki, Qrenlandiya Çin və Rusiyaya qarşı çıxmaq üçün ABŞ-a qoşulmalıdır. Danimarka daxilində geniş muxtariyyətə malik adanı əldə etmək ideyasını o, hələ 2019-cu ildə, ilk prezidentlik dövründə səsləndirmişdi. O zaman da, hazırda olduğu kimi, Qrenlandiya və Danimarka hakimiyyəti bu təklifi qeyri-ciddi adlandıraraq rədd etmişdi. Bundan əlavə, Tramp Kanadanın 51-ci ştat kimi ABŞ-a daxil edilməsi təşəbbüsünü fəal şəkildə irəli sürür.
Qeyd edək ki, Qrenlandiya 1953-cü ilə qədər Danimarkanın koloniyası olub. O, hazırda da krallığın bir hissəsi olaraq qalır, lakin 2009-cu ildə özünüidarəetmə və daxili siyasətdə müstəqil seçim imkanı ilə muxtariyyət alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qrenlandiyada evlər, arxiv - Sputnik Azərbaycan, 1920, 11.01.2025
DÜNYA XƏBƏRLƏRİ
Qrenlandiyada hələ adanın müstəqilliyi ilə bağlı referendum keçirmək planlaşdırılmır
Xəbər lenti
0