https://sputnik.az/20250111/qrenlandiyada-hele-adanin-musteqilliyi-ile-bagli-referendum-kecirmek-planlasdirilmir-469940191.html
Qrenlandiyada hələ adanın müstəqilliyi ilə bağlı referendum keçirmək planlaşdırılmır
Qrenlandiyada hələ adanın müstəqilliyi ilə bağlı referendum keçirmək planlaşdırılmır
Sputnik Azərbaycan
ABŞ-ın yeni seçilmiş prezidenti Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verməkdən imtina edib. 11.01.2025, Sputnik Azərbaycan
2025-01-11T17:48+0400
2025-01-11T17:48+0400
2025-01-11T21:57+0400
dünya xəbərləri
qrenlandiya
müstəqillik
referendum
danimarka
https://cdnn1.img.sputnik.az/img/42092/49/420924981_0:98:1977:1210_1920x0_80_0_0_a06fcf37591cd3f35a7e6f52adbb359f.jpg
BAKI, 11 yanvar - Sputnik. Qrenlandiya hakimiyyətinin adanın Danimarkadan müstəqilliyi ilə bağlı referendumun nə vaxt keçiriləcəyi ilə bağlı hələlik konkret planları yoxdur. Bu barədə RİA Novosti Danimarkanın DR teleradio şirkətinə istinadən xəbər yayıb.Qrenlandiyanın baş naziri Mute Egede cümə günü deyib ki, adanın Danimarkadan asılı olması səbəbindən xarici siyasətdə müstəqillik yoxdur.Bununla belə, DR məlumatına görə, bir çox yüksək vəzifəli Qrenlandiya siyasətçiləri adanın Danimarkadan ayrılaraq müstəqil ölkə olmasını istəyirlər.ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 7-də bildirib ki, Qrenlandiya Birləşmiş Ştatların tərkibinə daxil olmalıdır. Tramp Qrenlandiyanın Çin və Rusiya da daxil olmaqla, milli təhlükəsizlik və “azad dünyanın” qorunması üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.Qrenlandiyanın baş naziri Mute Egede isə öz növbəsində adanın satılmadığını və heç vaxt satılmayacağını bildirib. Eyni zamanda Tramp Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verməkdən imtina edib.2024-cü ilin sonunda Tramp ABŞ-ın Qrenlandiyaya sahib olmasını “mütləq zərurət” adlandırıb.O, ABŞ-ın İsveçdəki keçmiş səfiri və sahibkar Ken Hoverini ABŞ-ın Danimarkadakı yeni səfiri təyin etmək qərarını bu cür şərh edib.Qrenlandiya 1953-cü ilə qədər Danimarka koloniyası olub. Ada krallığın bir hissəsi olaraq qalır, lakin 2009-cu ildə özünü idarə etmək və daxili siyasətdə müstəqil seçim etmək imkanı ilə muxtariyyət qazanıb.Hələ 2019-cu ildə Trampın Qrenlandiyanı almağı düşünməsi ilə bağlı bir sıra media xəbərləri yayılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42092/49/420924981_117:0:1860:1307_1920x0_80_0_0_ea7c36de9e63d1fabab09e66089df098.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qrenlandiya, müstəqillik, referendum, danimarka
qrenlandiya, müstəqillik, referendum, danimarka
Qrenlandiyada hələ adanın müstəqilliyi ilə bağlı referendum keçirmək planlaşdırılmır
17:48 11.01.2025 (Yenilənib: 21:57 11.01.2025) ABŞ-ın yeni seçilmiş prezidenti Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verməkdən imtina edib.
BAKI, 11 yanvar - Sputnik. Qrenlandiya hakimiyyətinin adanın Danimarkadan müstəqilliyi ilə bağlı referendumun nə vaxt keçiriləcəyi ilə bağlı hələlik konkret planları yoxdur. Bu barədə RİA Novosti Danimarkanın DR teleradio şirkətinə istinadən xəbər yayıb.
Qrenlandiyanın baş naziri Mute Egede cümə günü deyib ki, adanın Danimarkadan asılı olması səbəbindən xarici siyasətdə müstəqillik yoxdur.
“Qrenlandiya parlamentində müstəqillik tərəfdarı olan dörd partiyadan heç birinin müstəqilliyə nail olmaq üçün ilkin şərt olan referendumu keçirmək istədikləri vaxtla bağlı konkret planları yoxdur”, - məlumatda deyilir.
Bununla belə, DR məlumatına görə, bir çox yüksək vəzifəli Qrenlandiya siyasətçiləri adanın Danimarkadan ayrılaraq müstəqil ölkə olmasını istəyirlər.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 7-də bildirib ki, Qrenlandiya Birləşmiş Ştatların tərkibinə daxil olmalıdır.
Tramp Qrenlandiyanın Çin və Rusiya da daxil olmaqla, milli təhlükəsizlik və “azad dünyanın” qorunması üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qrenlandiyanın baş naziri Mute Egede isə öz növbəsində adanın satılmadığını və heç vaxt satılmayacağını bildirib. Eyni zamanda Tramp Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verməkdən imtina edib.
2024-cü ilin sonunda Tramp ABŞ-ın Qrenlandiyaya sahib olmasını “mütləq zərurət” adlandırıb.
O, ABŞ-ın İsveçdəki keçmiş səfiri və sahibkar Ken Hoverini ABŞ-ın Danimarkadakı yeni səfiri təyin etmək qərarını bu cür şərh edib.
Qrenlandiya 1953-cü ilə qədər Danimarka koloniyası olub. Ada krallığın bir hissəsi olaraq qalır, lakin 2009-cu ildə özünü idarə etmək və daxili siyasətdə müstəqil seçim etmək imkanı ilə muxtariyyət qazanıb.
Hələ 2019-cu ildə Trampın Qrenlandiyanı almağı düşünməsi ilə bağlı bir sıra media xəbərləri yayılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.