https://sputnik.az/20250109/abs-cine-hucum-etdi-469889228.html
ABŞ Çinə hücum etdi
ABŞ Çinə hücum etdi
Sputnik Azərbaycan
ABŞ-ın Çinə qarşı apardığı iqtisadi müharibə daha çox özünə ziyan vurduğundan, bu prosesin qaynar fazaya keçməsini istisna etmək olmaz. 09.01.2025, Sputnik Azərbaycan
2025-01-09T08:37+0400
2025-01-09T08:37+0400
2025-01-09T08:37+0400
abş
yazarlar
çin
pekin
asiya
pentaqon
yaponiya
müharibə
https://cdnn1.img.sputnik.az/img/07e5/02/06/426161208_0:160:3072:1888_1920x0_80_0_0_308b443d512be8c22017943b206eb15a.jpg
ABŞ-ın maliyyə naziri Janet Yellen Çini Ukraynadakı silahlı münaqişədə Rusiyaya kömək etməyin "əhəmiyyətli nəticələri" ilə hədələyib. Bu, onun Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifen ilə video zəngi zamanı baş verib. Maraqlıdır: Vaşinqton Ukraynaya onlarla, yüz milyardlarla doııar miqdarında köməklik etməklə, münaqişənin alovuna müntəzəm olaraq benzin tökür. Çinin Rusiyaya etdiyi bütün "kömək" isə Pekinin Amerikanın sanksiyalar rejimini dəstəkləməməsi və Moskva ilə neft və qaz kimi tamamilə dinc mallar üzrə uğurla ticarətini davam etdirməsidir. Buna naxmayaraq, vaşinqtonlu qadın Çini "cəzalandırmaqla" hədələyir. Bir qədər tərmütanasiblik yaranır, deyilmi? Çin xarici işlər naziri amerikalı tərəfdaşların bu siyasətini tənqid edir və nəzəri olaraq müdaxilə edə biləcək və ABŞ-ın bu qədər açıq şəkildə proteksionizmlə məşğul olmasını qadağan edə biləcək ÜTT təcrübəsinə müraciət edir. Ancaq ÜTT vəziyyətə qarışmır. Nəticə sürreal bir mənzərədir: dünyanın ikinci (Alıcılıq Qabiliyyəti Paritetinə görə (AQP) isə birinci) iqtisadiyyatı birinci (AQP-yə görə ikinci) iqtisadiyyatın dəhşətli sanksiyaları altındadır. Amerikalılar Çini tamamilə bütün yüksək texnologiyalı sənaye sahələrində sıxışdırıblar - onlar Çinin elektrik avtomobillərinə rüsumlar və tariflər qoyurlar, onların ən qabaqcıl çiplərinin Çinə idxalına qadağa qoyurlar və Çin BigTech-ini öz bazarlarına buraxmırlar. Bununla kifayətlənməyib, öz vassallarını da bu hərəkata qoşulmağa vadar edirlər. Onlar da ağlayırlar, özlərini iynələyir, amma sanksiyalara qoşulurlar. Bütün bu proteksionist tədbirlər tamamilə qanunsuzdur, lakin ÜTT, BVF və digər mötəbər beynəlxalq təşkilatlar prosesi biganəliklə izləyirlər. Onlardan kömək gözləməyin mənasız olduğunu Rusiyada yaxşı bilirlər. Maraqlıdır ki, Rusiyaya qarşı ticarət müharibəsinə başlamaq üçün Xüsusi Hərbi Əməliyyat bəhanəsi gətirildiyi halda, amerikalıların Çinlə ticarət müharibəsi üçün bəhanəyə belə ehtiyac duyulmadı. Sübut olunmamış haker hücumları, "Rusiyaya yardım", eləcə də Tencent kimi şirkətlərin Çin müdafiə sənayesi ilə əlaqəsi haqqında uydurmalar qəti şəkildə inindırıcı görünmür. Bu sadəcə şiddətli rəqabətin göstəricisidir. Janet Yellen Çindən nə istəyir? "Çin bu qədər istehsal etməyi dayandırmalıdır", - bu, hərfi sitatdır. Xüsusilə yüksək texnologiya sektorunda amerika şirkətləri ilə rəqabəti dayandırmalıdır. Yuanın məzənnəsi həddindən artıq bahalaşmalı və onun məhsulları rəqabət qabiliyyətini itirməlidir. Çin süni intellekt, superkompüterlər, kosmos və hərbi sahədə çempionluğu unutmalı və xəyalına belə gətirməməlidir. Çin iqtisadiyyatı, soya lobyasından cins şalvarlara, çipdən kartof çipslərinə qədər Amerika malları üçün bazar saxlamaq məqsədi ilə ayaqda durmalıdır. Amma heç bir şəraitdə amerikalıları ötmək olmaz. Təəccüb doğuracaq hekayədir. Amerikalılar əsas rəqiblərinə açıq şəkildə deyirlər ki, get başını divara döyərək özünü öldür. Bu cür həyasızlıq haradan qaynaqlanır? Amma Amerikada 1980-ci illərdə Yaponiya iqtisadiyyatının necə çökdüyünü yaxşı xatırlayırlar. O zaman sürətlə inkişaf edən Yaponiya yüksək texnologiyalar sahəsində liderliyi ələ keçirmişdi. Onun istehsal etdiyi elektronika, avtomobillər və gəmilər bütün dünyanı zəbt etmişdi. Amerika şirkətləri rəqabətə dözə bilmədilər. Amerikalı yazıçı-fantastlar yaponların dünya üzərində hakimiyyəti necə ələ keçirdikləri haqqında elmi fantastik romanları yazdı. Lakin 1985-ci ildə amerikalılar yaponları və almanları Plaza sazişini imzalamağa məcbur etdilər: dollar devalvasiyaya uğradı, alman markası və yapon yeni möhkəmləndi. Nəticə ixracın çöküşü oldu - istehsalçılar rəqabətə tab gətirə bilmədilər. Bu, Yaponiyada uzun sürən böhrana gətirib çıxardı, ölkə borc içində batdı və tənəzzülə doğru sürüşdü. Yeri gəlmişkən, kreslodakı maliyyə analitiklərimiz üçün bir qeyd - onların bu qədər arzuladıqları "güclü rubl" heç bir halda iqtisadiyyat üçün panacea deyil. Bəzi hallarda güclü valyuta iqtisadiyyatı tamamilə çökdürə bilər. Bəs yapon rəhbərliyini bu iqtisadi intihara necə inandırdılar? Eyni ilə, almanlar kimi: hər iki ölkədə çoxlu sayda Amerika hərbi bazaları var və onların rəhbərliyi tamamilə Vaşinqtonun nəzarətindədir. Bu gün Çinlə eyni hiyləni həyata keçirmək mümkün olmayacaq: hərbi baxımdan ÇXR tamamilə özünü təmin edir, onun rəhbərliyi tam suverendir. Ona görə də amerikalılar Çinə nə qədər təzyiq etsələr, bir o qədər gülünc görünürlər. Bütün bu təhdidlər, sanksiyalar, mühazirələr, ölkə iqtisadiyyatındakı "problemlər" haqqında davamlı ağılar inamla irəliləyən Çin karvanına doğru ac itin hürməsini xatırladır. Plaza Müqaviləsi dövründə Asiya ölkələrinin əksəriyyəti acınacaqlı vəziyyətdə idi - əksər yerlərdə dəhşətli yoxsulluq, ABŞ və ya SSRİ-dən ümidsiz asılılıq, korrupsiya, daxili qeyri-sabitlik. Hazırda bu bölgə dünyada ən sürətlə inkişaf edən regiondur. İqtisadiyyatın sürətli inkişafı, savadlı və vətənpərvər orta təbəqə, yeni texnologiyaların sürətli inkişafı - Vyetnamın ucqar kəndindəki istənilən əriştəxanada sizə bir kasa fo ilə yanaşı pulsuz yüksəksürətli internet təqdim olunacaq. Üstəlik 5G ilə. Bütün tarixi çətinliklərə baxmayaraq, Çin Asiya iqtisadiyyatının ümumi artım tendensiyasında olmaqla, bütün qonşuları ilə uğurla əməkdaşlıq edir. Elə dünən iqtisadiyyatı inkişaf edən böyük dövlət olan İndoneziya BRİKS-in tamhüquqlu üzvü oldu. Beləliklə, amerikalılar qöyərənədək Pekini hədələyə bilərlər, amma onların bütün sanksiyaları son nəticədə öz istehsalçılarına zərər verəcək. Həmin çip istehsalçıları Çinə satışına qadağa qoyulduqdan sonra gəlirlərinin 25%-35% itirdilər. Pekin Vaşinqtonun iqtisadi təcavüzünə dərhal cavab verə bilməz. Çinlilərin dərhal amerika istiqrazlarını atacaqları və dolları çökdürəcəkləri fikri sadəlövhlükdür. Çünki belə olan halda onlar öz iqtisadiyyatlarını məhv etmək riski ilə üzləşə biərlər. Lakin Çin iqtisadi artımını qoruyub saxladığı halda tədricən amerikalı rəqibini darmadağın edə bilər. Canet Yellen bu vəziyyətdə nə etməlidir? Pentaqona zəng edəcəyi istisna olunmur. Axı tarixi təcrübə göstərir ki, belə böyüklükdə ticarət müharibələri qaçılmaz olaraq real müharibələrə çevrilir. Amerikalıların bunu etməyə qərar verib-verməyəcəyi açıq sualdır. Amma son vaxtlar onlar getdikcə daha çox Ukraynada olduğu kimi, "tövlə yanırsa, qoy elə daxma da yansın" prinsipi ilə yaşayırlar. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/06/426161208_171:0:2902:2048_1920x0_80_0_0_9f1d0d6d5a25f5f77425863f0151e2eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
abş, çin, pekin, asiya, pentaqon, yaponiya, müharibə
abş, çin, pekin, asiya, pentaqon, yaponiya, müharibə
ABŞ Çinə hücum etdi
ABŞ-ın Çinə qarşı apardığı iqtisadi müharibə daha çox özünə ziyan vurduğundan, bu prosesin qaynar fazaya keçməsini istisna etmək olmaz.
ABŞ-ın maliyyə naziri Janet Yellen Çini Ukraynadakı silahlı münaqişədə Rusiyaya kömək etməyin "əhəmiyyətli nəticələri" ilə hədələyib. Bu, onun Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifen ilə video zəngi zamanı baş verib.
Maraqlıdır: Vaşinqton Ukraynaya onlarla, yüz milyardlarla doııar miqdarında köməklik etməklə, münaqişənin alovuna müntəzəm olaraq benzin tökür. Çinin Rusiyaya etdiyi bütün "kömək" isə Pekinin Amerikanın sanksiyalar rejimini dəstəkləməməsi və Moskva ilə neft və qaz kimi tamamilə dinc mallar üzrə uğurla ticarətini davam etdirməsidir. Buna naxmayaraq, vaşinqtonlu qadın Çini "cəzalandırmaqla" hədələyir. Bir qədər tərmütanasiblik yaranır, deyilmi?
Çin xarici işlər naziri amerikalı tərəfdaşların bu siyasətini tənqid edir və nəzəri olaraq müdaxilə edə biləcək və ABŞ-ın bu qədər açıq şəkildə proteksionizmlə məşğul olmasını qadağan edə biləcək ÜTT təcrübəsinə müraciət edir. Ancaq ÜTT vəziyyətə qarışmır.
Nəticə sürreal bir mənzərədir: dünyanın ikinci (Alıcılıq Qabiliyyəti Paritetinə görə (AQP) isə birinci) iqtisadiyyatı birinci (AQP-yə görə ikinci) iqtisadiyyatın dəhşətli sanksiyaları altındadır.
Amerikalılar Çini tamamilə bütün yüksək texnologiyalı sənaye sahələrində sıxışdırıblar - onlar Çinin elektrik avtomobillərinə rüsumlar və tariflər qoyurlar, onların ən qabaqcıl çiplərinin Çinə idxalına qadağa qoyurlar və Çin BigTech-ini öz bazarlarına buraxmırlar. Bununla kifayətlənməyib, öz vassallarını da bu hərəkata qoşulmağa vadar edirlər. Onlar da ağlayırlar, özlərini iynələyir, amma sanksiyalara qoşulurlar.
Bütün bu proteksionist tədbirlər tamamilə qanunsuzdur, lakin ÜTT, BVF və digər mötəbər beynəlxalq təşkilatlar prosesi biganəliklə izləyirlər. Onlardan kömək gözləməyin mənasız olduğunu Rusiyada yaxşı bilirlər.
Maraqlıdır ki, Rusiyaya qarşı ticarət müharibəsinə başlamaq üçün Xüsusi Hərbi Əməliyyat bəhanəsi gətirildiyi halda, amerikalıların Çinlə ticarət müharibəsi üçün bəhanəyə belə ehtiyac duyulmadı. Sübut olunmamış haker hücumları, "Rusiyaya yardım", eləcə də Tencent kimi şirkətlərin Çin müdafiə sənayesi ilə əlaqəsi haqqında uydurmalar qəti şəkildə inindırıcı görünmür. Bu sadəcə şiddətli rəqabətin göstəricisidir.
Janet Yellen Çindən nə istəyir? "Çin bu qədər istehsal etməyi dayandırmalıdır", - bu, hərfi sitatdır. Xüsusilə yüksək texnologiya sektorunda amerika şirkətləri ilə rəqabəti dayandırmalıdır. Yuanın məzənnəsi həddindən artıq bahalaşmalı və onun məhsulları rəqabət qabiliyyətini itirməlidir. Çin süni intellekt, superkompüterlər, kosmos və hərbi sahədə çempionluğu unutmalı və xəyalına belə gətirməməlidir.
Çin iqtisadiyyatı, soya lobyasından cins şalvarlara, çipdən kartof çipslərinə qədər Amerika malları üçün bazar saxlamaq məqsədi ilə ayaqda durmalıdır. Amma heç bir şəraitdə amerikalıları ötmək olmaz.
Təəccüb doğuracaq hekayədir. Amerikalılar əsas rəqiblərinə açıq şəkildə deyirlər ki, get başını divara döyərək özünü öldür. Bu cür həyasızlıq haradan qaynaqlanır?
Amma Amerikada 1980-ci illərdə Yaponiya iqtisadiyyatının necə çökdüyünü yaxşı xatırlayırlar. O zaman sürətlə inkişaf edən Yaponiya yüksək texnologiyalar sahəsində liderliyi ələ keçirmişdi. Onun istehsal etdiyi elektronika, avtomobillər və gəmilər bütün dünyanı zəbt etmişdi. Amerika şirkətləri rəqabətə dözə bilmədilər. Amerikalı yazıçı-fantastlar yaponların dünya üzərində hakimiyyəti necə ələ keçirdikləri haqqında elmi fantastik romanları yazdı.
Lakin 1985-ci ildə amerikalılar yaponları və almanları Plaza sazişini imzalamağa məcbur etdilər: dollar devalvasiyaya uğradı, alman markası və yapon yeni möhkəmləndi. Nəticə ixracın çöküşü oldu - istehsalçılar rəqabətə tab gətirə bilmədilər. Bu, Yaponiyada uzun sürən böhrana gətirib çıxardı, ölkə borc içində batdı və tənəzzülə doğru sürüşdü.
Yeri gəlmişkən, kreslodakı maliyyə analitiklərimiz üçün bir qeyd - onların bu qədər arzuladıqları "güclü rubl" heç bir halda iqtisadiyyat üçün panacea deyil. Bəzi hallarda güclü valyuta iqtisadiyyatı tamamilə çökdürə bilər.
Bəs yapon rəhbərliyini bu iqtisadi intihara necə inandırdılar? Eyni ilə, almanlar kimi: hər iki ölkədə çoxlu sayda Amerika hərbi bazaları var və onların rəhbərliyi tamamilə Vaşinqtonun nəzarətindədir.
Bu gün Çinlə eyni hiyləni həyata keçirmək mümkün olmayacaq: hərbi baxımdan ÇXR tamamilə özünü təmin edir, onun rəhbərliyi tam suverendir. Ona görə də amerikalılar Çinə nə qədər təzyiq etsələr, bir o qədər gülünc görünürlər. Bütün bu təhdidlər, sanksiyalar, mühazirələr, ölkə iqtisadiyyatındakı "problemlər" haqqında davamlı ağılar inamla irəliləyən Çin karvanına doğru ac itin hürməsini xatırladır.
Plaza Müqaviləsi dövründə Asiya ölkələrinin əksəriyyəti acınacaqlı vəziyyətdə idi - əksər yerlərdə dəhşətli yoxsulluq, ABŞ və ya SSRİ-dən ümidsiz asılılıq, korrupsiya, daxili qeyri-sabitlik.
Hazırda bu bölgə dünyada ən sürətlə inkişaf edən regiondur. İqtisadiyyatın sürətli inkişafı, savadlı və vətənpərvər orta təbəqə, yeni texnologiyaların sürətli inkişafı - Vyetnamın ucqar kəndindəki istənilən əriştəxanada sizə bir kasa fo ilə yanaşı pulsuz yüksəksürətli internet təqdim olunacaq. Üstəlik 5G ilə.
Bütün tarixi çətinliklərə baxmayaraq, Çin Asiya iqtisadiyyatının ümumi artım tendensiyasında olmaqla, bütün qonşuları ilə uğurla əməkdaşlıq edir. Elə dünən iqtisadiyyatı inkişaf edən böyük dövlət olan İndoneziya BRİKS-in tamhüquqlu üzvü oldu.
Beləliklə, amerikalılar qöyərənədək Pekini hədələyə bilərlər, amma onların bütün sanksiyaları son nəticədə öz istehsalçılarına zərər verəcək. Həmin çip istehsalçıları Çinə satışına qadağa qoyulduqdan sonra gəlirlərinin 25%-35% itirdilər.
Pekin Vaşinqtonun iqtisadi təcavüzünə dərhal cavab verə bilməz. Çinlilərin dərhal amerika istiqrazlarını atacaqları və dolları çökdürəcəkləri fikri sadəlövhlükdür. Çünki belə olan halda onlar öz iqtisadiyyatlarını məhv etmək riski ilə üzləşə biərlər. Lakin Çin iqtisadi artımını qoruyub saxladığı halda tədricən amerikalı rəqibini darmadağın edə bilər.
Canet Yellen bu vəziyyətdə nə etməlidir? Pentaqona zəng edəcəyi istisna olunmur. Axı tarixi təcrübə göstərir ki, belə böyüklükdə ticarət müharibələri qaçılmaz olaraq real müharibələrə çevrilir. Amerikalıların bunu etməyə qərar verib-verməyəcəyi açıq sualdır. Amma son vaxtlar onlar getdikcə daha çox Ukraynada olduğu kimi, "tövlə yanırsa, qoy elə daxma da yansın" prinsipi ilə yaşayırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.