Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çövkən üzrə “Super Kubok”un qalibi bəlli olub

© Photo : Azerbaijan Equestrian Federation Çövkən üzrə “Super Kubok”un final oyunu
 Çövkən üzrə “Super Kubok”un final oyunu  - Sputnik Azərbaycan, 1920, 05.01.2025
Abunə olmaq
Qalib komandaya “Super Kubok”u Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.
BAKI, 5 yanvar - Sputnik. Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı (ARAF) ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən üzrə “Super Kubok”un final oyunu keçirilib.
ARAF-dan Azərtac-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir təntənəli bağlanış mərasimi ilə davam edib.
© Photo : Azerbaijan Equestrian Federation Çövkən üzrə “Super Kubok”un final oyunu
 Çövkən üzrə “Super Kubok”un final oyunu  - Sputnik Azərbaycan, 1920, 05.01.2025
Çövkən üzrə “Super Kubok”un final oyunu
Bağlanış mərasimində Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı, tanınmış sənətçilər müxtəlif musiqi və rəqs nümunələri ilə çıxış ediblər.
“Super Kubok” uğrunda qarşılaşmada Peşəkar Çövkən Liqasının qalibi “Sərhədçi” komandası ilə çövkən üzrə “Prezident Kuboku”nun qalibi “Elit” komandası mübarizə aparıb. Gərgin və dinamik oyunun sonunda “Sərhədçi” komandası 1-0 hesabı ilə qalib gələrək “Super Kubok”un sahibi olub.
© Photo : Azerbaijan Equestrian Federation Çövkən üzrə “Super Kubok”un final oyunu
 Çövkən üzrə “Super Kubok”un final oyunu  - Sputnik Azərbaycan, 1920, 05.01.2025
Çövkən üzrə “Super Kubok”un final oyunu
Qalib komandaya “Super Kubok”u Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0