ABŞ-nin casus maniyası yeni səviyyəyə çatıb
10:45 05.01.2025 (Yenilənib: 13:21 05.01.2025)
© Getty Images / Smederevacgetty
© Getty Images / Smederevac
Abunə olmaq
ABŞ-ın təhlükəsizlik sistemindəki böhran özünü aşkar birüzə verməkdədir. Sahənin mütəxəssisləri isə problemləri aradan qaldırmaq əvəzinə, onları "malalamağa" çalışırlar.
Evgeni Krutikov, Nadir Şəfiyev
Bu yaxınlarda ABŞ Hərbi Hava Qüvvələrinin iki əsas strateji bazasından biri olan Andersen bazası yerləşən Sakit okeandakı Guam adasında, gələcəkdə hərbi bazanı çinlilərdən qorumalı olacaq yeni raket əleyhinə radar sınaqdan keçirilib. Sınaq buraxılışı ərəfəsində Amerika hakimiyyəti sözün əsl mənasında adanı çinlilərdən təmizləmə əməliyyatı keçirib. Bütün mütəşəkkil turist qrupları sınaqlar bitənə qədər heç bir ittiham irəli sürülmədən göz altına alınıb. Təbii ki, bu qəribə əməliyyatı ABŞ-dakı ümumi casus maniyasına, xüsusən də ÇXR və ümumilikdə çinlilərə qarşı münasibətlə əlaqələndirmək olar. Ancaq Çin əleyhinə isteriya məsələsi hakim ideologiya və cəmiyyətin kollektiv sağlamlığı məsələsidir. Praktiki baxımdan bu cür "profilaktik əks-kəşfiyyat" tədbirlərinin effektivliyi məsələsi daha vacibdir. Bütün etnik şübhəliləri tutmaq ABŞ-ı xarici kəşfiyyatın hər hansı bir yerə nüfuz etməsi təhlükəsindən xilas edəcəkmi?
Bu yaxınlarda ABŞ Hərbi Hava Qüvvələrinin iki əsas strateji bazasından biri olan Andersen bazası yerləşən Sakit okeandakı Guam adasında, gələcəkdə hərbi bazanı çinlilərdən qorumalı olacaq yeni raket əleyhinə radar sınaqdan keçirilib. Sınaq buraxılışı ərəfəsində Amerika hakimiyyəti sözün əsl mənasında adanı çinlilərdən təmizləmə əməliyyatı keçirib. Bütün mütəşəkkil turist qrupları sınaqlar bitənə qədər heç bir ittiham irəli sürülmədən göz altına alınıb. Təbii ki, bu qəribə əməliyyatı ABŞ-dakı ümumi casus maniyasına, xüsusən də ÇXR və ümumilikdə çinlilərə qarşı münasibətlə əlaqələndirmək olar. Ancaq Çin əleyhinə isteriya məsələsi hakim ideologiya və cəmiyyətin kollektiv sağlamlığı məsələsidir. Praktiki baxımdan bu cür "profilaktik əks-kəşfiyyat" tədbirlərinin effektivliyi məsələsi daha vacibdir. Bütün etnik şübhəliləri tutmaq ABŞ-ı xarici kəşfiyyatın hər hansı bir yerə nüfuz etməsi təhlükəsindən xilas edəcəkmi?
Quam ABŞ ordusunun strukturunda çox mühüm ərazidir. Orada bütün dünyada əməliyyatlar aparmaq üçün istifadə olunan nüvə silahı daşıyıcıları olan strateji bombardmançılar yerləşir. B-2 təyyarələri İraq, Əfqanıstan, Suriya və Yuqoslaviyanı bombalamaq üçün Quamdan havaya qalxıb. Onlar raket buraxılış nöqtəsinə qədər dünyanın yarısını uçmağa ərinmirlər. Lakin hazırda Quam 2020-ci ildən sınaq məqsədilə üzərindən uçan Çin ballistik raketlərinin yeni modellərinin hücum zonasındadır. Şimali Koreya da Quamı hədəfləri sırasına daxil edib. Buna cavab olaraq, adanın hərbi obyektlərinin raketdən müdafiəsini gücləndirmək üçün Pentaqon Quamın yeni raketdən müdafiə sistemləri ilə əhatə edəcək bir proqram hazırlayıb. Artıq bir neçə ildir ki, onlar mütəmadi olaraq orada gizli nəyi isə sınaqdan keçirirlər. Və bu, ABŞ-da və xüsusilə Quamda başa düşüldüyü tərzdə məxfilik və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini tələb edir.
Adada tarixən çoxlu çinli yaşayır. Onlar əsasən əsas Çin ərazisi ilə deyil, Tayvanla əlaqədədir. Quam hətta əvvəllər diplomatik qalmaqalların qarşısını almaq üçün Birləşmiş Ştatlar və Tayvan arasında tranzit məntəqəsi rolunu oynayırdı. Bununla yanaşı, Quam həm də çinlilərin və yaponların kütləvi halda ziyarət etdiyi bir kurortdur.
Yeni radar və raketin sınaqdan keçirilməsi ərəfəsində Quam Gömrük və Karantin Departamenti eyni gəmi ilə eyni zamanda turizm məkanı olan Saipan adasından yaponlarla birgə gələn yeddi çinlini saxlayıb. Onlardan dördü hərbi obyektin yaxınlığında olmaqda ittiham olunub. Daha üç nəfər heç bir ittiham olmadan kamerada saxlanılıb.
Onların həbsdən yayınmaq şansı yox idi: Quam adasının yarısında bu və ya digər hərbi obyekt yerləşir. Təkcə uçuş-enmə zolaqlarının uzunluğu az qala on kilometrə çatır. Hərbi obyektlər bəzən turist mövqelərinə çevrilir. Adanın limanında beş nüvə sualtı qayığı eyni vaxtda dalğalar üzərində yellənir. Belə bir fonda şəkil çəkdirməyin misli yoxdur.
© AP Photo / Hubert Delany III/ U.S. ArmyABŞ hərbçiləri
ABŞ hərbçiləri
© AP Photo / Hubert Delany III/ U.S. Army
ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin Quamda elə bir yeri və ya hərbi qurğusu yoxdur ki, onun bütün bucaqlardan, o cümlədən peyklərdən fotoşəkilləri çəkilməsin və bütün maraqlı ölkələrin mütəxəssisləri tərəfindən öyrənilməsin. Və heç bir yerli sakin və ya qonaq gələn turist yeni raket əleyhinə radardan istifadə prosesini adi gözlə fiziki olaraq görə bilməz. Buna baxmayaraq, Amerika Müharibənin Tədqiqi İnstitutu (ABŞ hərbi-sənaye kompleksinin ən böyük korporasiyaları tərəfindən maliyyələşdirilən çox xüsusi təşkilat) bütün bu hekayədən sonra iddia edir ki, Quamdakı "Amerikanın hərbi obyektlərinə, xüsusən də raketlərin buraxıla biləcəyi yerlərə qarşı casusluq, ÇXR-i potensial olaraq dəyərli texniki məlumatlarla təmin edə bilər".
Hazırda demək olar ki, "ayaqüstü casusluq" artıq keçmişdə qalıb. Deyirlər ki, bu, amerikalıların SSRİ-də hansısa Qapalı İnzibati Əraziyə yaxınlaşmaq üçün çox səy göstərdiyi Soyuq müharibənin qalığıdır. Həmin vaxt "rus mujikinə" xas paltarın geyilməsi və parik taxılması ilə obyektlərin ətrafına keçmək cəhdləri adi hal idi. Hazırki texnologiya dövründə bütün bu "romantika" heç kimə lazım deyil və sadəcə kəşfiyyatı bir peşə kimi gözdən salır. Hətta 1990-cı illərdə yeni texnoloji imkanlardan eyforiyaya qapananlar cəsus kəşfiyyatının tam əhəmiyyətsiz işə çevrildiyini söyləyirdi. Nəticədə "insanlarla işləməkdən" imtina və texnologiyaya hədsiz ehtiras sonralar Mərkəzi Kəşfiyyat İdarəsinə baha başa gəldi.
Buna baxmayaraq, Amerika kəşfiyyatının özü də "ayaq casusluğu"nun guya primitiv üsullarından tamamilə imtina etməyib və faktiki olaraq Rusiya Federasiyası ərazisində onlardan istifadə edir. Məsələn, 2019-cu ilin oktyabrında Amerika səfirliyinin üç əməkdaşı Arxangelsk-Nenoksa qatarından düşürülüb. Bu, Severodvinskin 40 kilometrliyindəki tundra meşəliyində yerləşən Rusiya Hərbi Dəniz Qüvvələrinin dövlət Mərkəzi dəniz sınağı poliqonunun yerləşdiyi ərazidir. 2019-cu ilin avqustunda orada dəniz sınaq platformasında partlayış baş verib və nəticədə Rosatom-un beş əməkdaşı həlak olub. Amerikalı diplomatlar isə bildiriblər ki, onlar hətta yerli sakinlərin belə yalnız xüsusi buraxılışlarla daxil ola bildiyi təlim poliqonunun qapalı zonasına deyil, sadəcə Arxangelskə səfər edirdilər. Güya bura azdıqlarına görə gəliblər.
Onları üzərində axtarışın aparılmasına diplomatik statusları mane olsa da, yanlarında fon radiasiyasını ölçən cihazlar və ya başqa yüksək texnologiyalı cihazların olduğu ehtimal edilir. Quamda amerikalılar çox güman ki, çinlilərin belə sadə açıq şəkildə sınaqlar haqqında bəzi məlumatları əldə edə biləcəyini düşünürdülər. Amma saxlanılanların və həbs edilənlərin üzərində heç bir cihaz tapılmayıb.
Quam kimi obyektlərdən etibarlı məlumat əldə etməyin yeganə etibarlı yolu, peyk müşahidəsi ilə yanaşı, yalnız casus kəşfiyyatı olaraq qalır. Kobud desək, peyk müşahidəsi, hətta real vaxt rejimində (ÇXR-in hələ belə imkanı yoxdur) yalnız şəkil təqdim edir ki, sonra o uzun müddət ərzində mütəxəssislər tərəfindən təhlil edilməlidir. Bundan əlavə, obyekt ətrafında saxta qurğular quraşdırıla bilər ki, bu da bütün şəkilləri əhəmiyyətsiz edər. Bu, radarın və ya raketin texniki və ya texnoloji xüsusiyyətlərinə çıxışı təmin etmir. Həssas mövzularda etibarlı məlumat yalnız bazaya və ya sınaqlara birbaşa aidiyyatı olan şəxsdən alına bilər. Üstəlik, bu, mütləq alim, dizayner və ya yüksək səviyyəli zabit olmalı deyil. Katibə, dəniz mühafizəçisi, sıravi personal üzvü, sürücü və ya anbar müdiri də bu işin öhdəsindən gələ bilər.
Digər tərəfdən, bütün bu potensial "verbovka" hədəfləri tətillərini ABŞ-ın qitədəki ərazilərinə nisbətən Quamdan nəzərəçarpacaq dərəcədə yaxın və daha ucuz olan Cənub-Şərqi Asiya ölkələrində keçirir. Bunlara ənənəvi olaraq kəşfiyyat fəaliyyəti həyata keçirilən nəhəng Çin diasporları olan Tayland və Vyetnam aiddir. Bəs belə olan halda "piyada" kəşfiyyatçıları birbaşa Quama göndərməklə, çox əsəbi Amerika cəmiyyətini Çin milliyyətindən olan insanlara qarşı qızışdırmağın nə mənası var?
Amerikalıların həddən artıq sığortalanması daxili çaxnaşma əlamətidir. Antiçin casus maniyası çoxdan adi bir hadisəyə çevrilib. Quamda isə sadə həvəskar cəhd özünü göstərdi. Oxşar prinsip SSRİ-də dövlət sirrinin mühafizəsi və qorunmasının bütün sistemini qurmaq üçün istifadə olunurdu. O zaman heç bir siçanın, o cümlədən yarasaların icazə olmadan obyektlərə girə bilməyəcəyinə inanılırdı. İndi Amerika əks-kəşfiyyat orqanları hətta etnik çinlilərin raket və radar sınaqları zonası ilə təmasda olması ehtimalını belə istisna etmək qərarına gəliblər. Ancaq başqa millətlərdən olan turistlər, hətta yaponlar da Quamda saxlanmadılar, yəni casus maniyası ksenofobiyaya çevrildi.
Çox güman ki, əslində Çin tərəfi Quamda casusluq etmək cəhdi göstərməyib. Çinlilər axmaq deyil, peşəkarcasına işləyirlər və mənasız bir əməliyyata, üstəlik uğursuzluq riski yüksək olan halda, resursları sərf etməzlər. Lakin Amerika tərəfi öz əks-kəşfiyyat sisteminin zəifliyini dəqiq nümayiş etdirdi, bu da öz növbəsində stereotiplərə söykənir: birincisi, onlar öz köhnəlmiş kəşfiyyat metodlarını çinlilərə aid etdilər; ikincisi, Çin kəşfiyyatının əqli və peşəkar keyfiyyətlərini düzgün qiymətləndirmədilər. Və bu, təkcə etnik casusluq maniyası yayılmış cəmiyyətin deyil, ABŞ dövlət təhlükəsizlik sisteminin özünün böhranıdır. Bu isə gözlənilməyən halda onların öz başında "çatlaya bilər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.