Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

AZAL-ın vitse-prezidenti: "Günahkarlar tapılacaq və cəzalandırılacaq"

© Photo : Administration of the Mangystau Region via APAzərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması
Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması - Sputnik Azərbaycan, 1920, 29.12.2024
Abunə olmaq
Onun sözlərinə görə, təyyarəyə kənar müdaxilə olunub.
BAKI, 29 dekabr - Sputnik. Azərbaycan pilotları yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirərək, təyyarəni təhlükəsiz şəkildə idarə edib.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.
"Bu hadisə, həmçinin, Azərbaycanın pilot hazırlığının və aviasiya təhlükəsizliyinin yüksək standartlara uyğunluğunu göstərir. Ölkəmizdə formalaşmış bu ənənələr illərdir qorunur və inkişaf etdirilir", - o deyib.
Onun sözlərinə görə, təyyarəyə kənar müdaxilə olunub: "Günahkar da tapılacaq və cəzalandırılacaq. Hadisənin bütün detalları araşdırıldıqdan sonra nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək".
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir - Sputnik Azərbaycan, 1920, 29.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Təyyarə qəzasında həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda dəfn edilib
Xəbər lenti
0