Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Tokayev təyyarə qəzası ilə bağlı Putinlə telefonla danışıb

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Республики Казахстан Касым-Жомарт Токаев
Президент РФ Владимир Путин и президент Республики Казахстан Касым-Жомарт Токаев  - Sputnik Azərbaycan, 1920, 28.12.2024
Abunə olmaq
Prezidentlər aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində hərtərəfli və şəffaf istintaqın təmin edilməsinin vacibliyini vurğulayıblar.
BAKI, 28 dekabr - Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə “Report” xəbər verir.
Dövlət başçıları Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində Qazaxıstan və Rusiya vətəndaşlarının faciəli şəkildə həlak olması ilə əlaqədar bir-birinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıblar.
Tokayev və Putin qəzanın səbəblərini müəyyən etmək üçün tərəflərin gördüyü işləri müzakirə ediblər. Tokayev bildirib ki, Qazaxıstanın Hökumət Komissiyası Azərbaycan, Rusiya və Braziliyadan olan mütəxəssislərin iştirakı ilə araşdırma aparır.
Prezidentlər aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində hərtərəfli və şəffaf istintaqın təmin edilməsinin vacibliyini vurğulayıblar.
İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir - Sputnik Azərbaycan, 1920, 28.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
AZAL-ın təyyarəsi Rusiya hava məkanında kənar müdaxiləyə məruz qalıb -İlham Əliyev
Xəbər lenti
0