https://sputnik.az/20241228/azal-in-teyyaresi-rusiya-hava-mekaninda-kenar-mudaxileye-meruz-qalib--lham-eliyev--469735218.html
AZAL-ın təyyarəsi Rusiya hava məkanında kənar müdaxiləyə məruz qalıb -İlham Əliyev
AZAL-ın təyyarəsi Rusiya hava məkanında kənar müdaxiləyə məruz qalıb -İlham Əliyev
Sputnik Azərbaycan
Prezident təyyarənin gövdəsində çoxsaylı dəliklərin olduğunu, hələ havada olarkən sərnişin və heyət üzvlərinin göyərtəni dəlib içəri keçən yad hissəciklərlə... 28.12.2024, Sputnik Azərbaycan
2024-12-28T17:44+0400
2024-12-28T17:44+0400
2024-12-28T17:44+0400
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
prezident ilham əliyev
"embraer 190" təyyarəsi
“embraer” şirkəti
putin
vladimir putin
azal
təyyarə qəzası
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532686_0:73:1960:1176_1920x0_80_0_0_747df1a85e1cf5cdf483439db95d9e35.jpg
BAKI, 28 dekabr - Sputnik. Prezident İlham Əliyev rusiyalı həmkarına “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını deyib.Bu barədə dövlət başçısı dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib.Dövlət başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib.Xatırladaq ki, qəza zamanı təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
https://sputnik.az/20241229/vladimir-putin-lham-eliyevden-uzr-istedi-469733037.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532686_148:0:1813:1249_1920x0_80_0_0_c6e77ff391491b518fd7deb18e1d040d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, "embraer 190" təyyarəsi, “embraer” şirkəti, putin, vladimir putin, azal, təyyarə qəzası
prezident ilham əliyev, "embraer 190" təyyarəsi, “embraer” şirkəti, putin, vladimir putin, azal, təyyarə qəzası
AZAL-ın təyyarəsi Rusiya hava məkanında kənar müdaxiləyə məruz qalıb -İlham Əliyev
Prezident təyyarənin gövdəsində çoxsaylı dəliklərin olduğunu, hələ havada olarkən sərnişin və heyət üzvlərinin göyərtəni dəlib içəri keçən yad hissəciklərlə yaralandığını, sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin kənar müdaxilə faktını təsbit etdiyini deyib.
BAKI, 28 dekabr - Sputnik. Prezident İlham Əliyev rusiyalı həmkarına “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını deyib.
Bu barədə dövlət başçısı dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib.
Dövlət başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib.
Xatırladaq ki, qəza zamanı təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.