BAKI, 28 dekabr - Sputnik. AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan 13 yaşlı Məhəmmədəli Yeqanovun nəşi Azərbaycana gətirilib.Məhəmmədəlinin cansız bədənini gətirən təyyarə səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.Mərhum uşağın nəşini hava limanına toplanan hər kəs göz yaşları ilə qarşılayıb.Yaxınları Məhəmmədəli ilə Xətai rayonunda yerləşən evlərində vidalaşıblar.Vida mərasimindən sonra mərhum Suraxanı rayonundakı Tatar qəbiristanlığında dəfn edilib.Qeyd edək ki, Məhəmmədəli futbolçu olub. O, “Gənclik” futbol klubunda oynayıb.***Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 13 yaşlı Məhəmmədəli Yeganovla vida mərasimi keçirilir.Ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri onun yaşadığı evin qarşısına toplaşıb, xatirəsini ehtiramla yad edirlər.O, Suraxanıdakı Tatar qəbiristanlığında dəfn olunacaq.26.12.24, 19:00Təyyarə qəzasında ölən yeniyetmə futbolçu imişBakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlər arasında futbolçu da olub.Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıbDünyasını dəyişən 13 yaşlı Məhəmmədəli Eqanov Bakının “Gənclik” klubunda çıxış edib.Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda bir günlük matəm elan edilib.
Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlər arasında futbolçu da olub.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb
Dünyasını dəyişən 13 yaşlı Məhəmmədəli Eqanov Bakının “Gənclik” klubunda çıxış edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda bir günlük matəm elan edilib.