https://sputnik.az/20241229/vladimir-putin-lham-eliyevden-uzr-istedi-469733037.html
İlham Əliyev və Vladimir Putin qəza ilə bağlı məsələlərin müzakirəsini davam etdirib
İlham Əliyev və Vladimir Putin qəza ilə bağlı məsələlərin müzakirəsini davam etdirib
Sputnik Azərbaycan
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 29.12.2024, Sputnik Azərbaycan
2024-12-29T17:32+0400
2024-12-29T17:32+0400
2024-12-29T17:33+0400
siyasət
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
əli əsədov
azal
qazaxıstan
prezident ilham əliyev
aktau
aviaqəza
https://cdnn1.img.sputnik.az/img/07e8/04/16/464100029_0:58:1340:812_1920x0_80_0_0_845a7be0c217cc785ba6d3a2910e665d.jpg
BAKI, 29 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Telefon danışığı zamanı dövlət başçıları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.***Rusiya prezidenti Vladimir Putin İlham Əliyevə zəng edərək təyyarə qəzasına görə üzr istəyib. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub. “Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub” - məlumatda deyilir.Telefon danışığında Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, bir daha həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb. Söhbət zamanı qeyd olunub ki, qrafikə uyğun ciddi şəkildə uçan Azərbaycan sərnişin təyyarəsi dəfələrlə Qroznı hava limanına enməyə cəhd edib. Bu zaman Qroznı, Mozdok və Vladiqafqaz Ukraynanın döyüş pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb və Rusiyanın hava hücumundan müdafiə sistemləri bu hücumları dəf edib.Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda isə deyilir: "Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib".Məlumatda qeyd olunur ki, Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb. Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb. Dövlət başçıları, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/16/464100029_91:0:1250:869_1920x0_80_0_0_8b9b6424f43c07e38322ea11e6253609.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, əli əsədov, azal, qazaxıstan, prezident ilham əliyev, aktau, aviaqəza
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, əli əsədov, azal, qazaxıstan, prezident ilham əliyev, aktau, aviaqəza
İlham Əliyev və Vladimir Putin qəza ilə bağlı məsələlərin müzakirəsini davam etdirib
17:32 29.12.2024 (Yenilənib: 17:33 29.12.2024) Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
BAKI, 29 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı dövlət başçıları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.
Rusiya prezidenti Vladimir Putin İlham Əliyevə zəng edərək təyyarə qəzasına görə üzr istəyib.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
“Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub” - məlumatda deyilir.
Telefon danışığında Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlər ətraflı müzakirə olunub.
Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, bir daha həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.
Söhbət zamanı qeyd olunub ki, qrafikə uyğun ciddi şəkildə uçan Azərbaycan sərnişin təyyarəsi dəfələrlə Qroznı hava limanına enməyə cəhd edib.
Bu zaman Qroznı, Mozdok və Vladiqafqaz Ukraynanın döyüş pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb və Rusiyanın hava hücumundan müdafiə sistemləri bu hücumları dəf edib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda isə deyilir:
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib".
Məlumatda qeyd olunur ki, Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib.
Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.
Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.
Dövlət başçıları, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.