https://sputnik.az/20241227/rusiya-az-qala-intihara-sebeb-ola-bilecek-sehv-edecekdi-469702037.html
Rusiya az qala intihara səbəb ola biləcək səhv edəcəkdi
Rusiya az qala intihara səbəb ola biləcək səhv edəcəkdi
Sputnik Azərbaycan
İttifaq dağıldıqdan sonra hərbi sənayesinin süqutuna qarşı seyredici mövqedə olan Rusiya 2000-ci illərin əvvəlində prosesdən imtina edib hərb məhsulunun... 27.12.2024, Sputnik Azərbaycan
2024-12-27T21:09+0400
2024-12-27T21:09+0400
2024-12-27T21:09+0400
rusiya
yazarlar
amerika
xüsusi hərbi əməliyyat
silahlı qüvvələr
nato
raket
https://cdnn1.img.sputnik.az/img/07e8/09/11/467468880_0:49:3150:1820_1920x0_80_0_0_5629d9bb90bc745be23f2167bff32a8c.jpg
BAKI, 27 dekabr — Sputnik. Ötən çərşənbə günü Rusiya Hərbi-Sənaye komissiyası kollegiyasının yekun iclası keçirildi və orada ölkə hərbi sənaye kompleksinin 2024-cü ildəki işinin yekunları müzakirə olundu. Baş nazirin müavini Denis Manturovun sədrliyi ilə keçirilən müşavirədə bir çox sahələrdə qrafiklərə ciddi əməl olunduğunu və hətta onları artıqlaması yerinə yetirildiyi qeyd olundu və növbəti iki il üçün planlar açıqlandı. Bu il Rusiya hərbi-sənaye kompleksi üçün inqilabi-tarixi (və ya tarixi-inqilabi) adlandırıla bilsə də, toplantı tam adi gündəlik tədbir şəklində təmtəraqsız keçirildi. Yanacaqdoldurma məntəqəsi adlandırılan ölkə misli görünməmiş sanksiyalar və genişmiqyaslı hərbi əməliyyatlar şəraitində sənaye və ordunun qabaqcıl və super səmərəli kombinasiyasını yaratmağı bacardı. Bununla da çox trilyon dollarlıq kapitallaşmaya malik bütün kollektiv Qərbin hərbi-sənaye kompleksinin acınacaqlı vəziyyətini nümayiş etdirdi. Dövlət katibinin birinci müavini Kurt Kempbellın bir ay əvvəl dediyi kimi, "Ağ Ev administrasiyası ordunun və Rusiya hərbi-sənaye kompleksinin işinin artmasına" və "Rusiya silahlı qüvvələrinin belə sürətlə və qətiyyəti şəkildə yenidən qurulmasına heyran qaldı". İş o yerə çatdı ki, Rusiyanın hərbi-sənaye kompleksinə baxan amerikalılar təcili olaraq hərbi-sənaye kompleksini "canlandırmaq" planını yazmağa başladılar. Amma nəticədə etiraf etdilər ki, müəyyən irəliləyişi yalnız beş ildən sonra gözləmək olar. Amerikalıların və NATO-nun digər üzvlərinin niyə çabaladığı tamamilə başa düşüləndir: Rusiya, demək olar ki, bütün növ hərbi məhsulların istehsalında NATO ölkələrinin cəmindən bir pillə (bəzi sahələrdə - bir neçə dəfə) üstündür və bu, onlarda "qısa qapanmaya" səbəb olur. Keçən il yerli silahların bəzi yüksək səviyyəli təqdimatları isə Qərbdə hətta kütləvi "huşunu itirməyə" səbəb olub. Əsas debütlardən biri universal planlaşdırma və korreksiya modulu ilə (UMPC) təchiz edilmiş FAB-3000 aviabombasının Ukrayna cəbhəsində kütləvi istifadəyə başlanmasıdır. Görmə cihazları və süni intellektlə təmin edilmiş bir ton yarım partlayıcı ilə öldürücü çuqun düşmənin hava hücumundan müdafiə zonasına daxil olmadan onlarla kilometr məsafədəki hədəfləri dəqiq vurmağa və bir bomba ilə düşmənin iki futbol meydançası boyda ərazidə yerləşən istehkamlarını canlı qüvvəsi ilə birgə məhv etməyə imkan verir. Zirehli texnika, artilleriya və hava hücumundan müdafiə vasitələrinin yeni və modernləşdirilmiş növləri gözəl çıxışları ilə yadda qaldı; beşinci nəsil qırıcılar səs - küyə səbəb oldu; yüksək dəqiqlikli tank əleyhinə vasitələr alqış qazandı; 2024-cü ilin yayınadək XHƏ çərçivəsində "Lanset"lərdən istifadə etməklə qeydə aliñan epizodların sayı iki minə çatdı. İstedadlı solistlərin siyahısını hələ çox davam etdirmək olar. Ən səs-küylü təqdimat isə orta mənzilli "Oreshnik" raket sisteminin ilk döyüş istifadəsi idi. Bundan sonra tamaşaçılar bütün dünyada bəyənilən səs-küy saldı, bəzi yoldaşlar isə dərhal barışmaq xülyasına düşdülər. Amma keçən ili XHƏ zonasında dönüş nöqtəsinə çevirən bu gözəlliklər olmaya da bilərdi. Ekspertlərin fikrincə, 2000-ci illərin əvvəllərində Rusiyanın müdafiə-sənaye kompleksi müəssisələrinin Dövlət holdinqlərinə birləşdirməsi haqqında qərar verən prezident Vladimir Putin tərəfindən sözün əsl mənasında xilas edildi. "Amerika yağı üçün silahlar" prinsipi ilə məğlubiyyət mübadiləsi ölkə üçün ən bahalı və intihar xarakterli səhvi ola bilərdi. Amma Qərb üçün təəssüfedici hal oldu ki, Moskva düzgün olaraq əsas inkişaf modeli kimi Rusiyanın gücləndirilməsi və özünün müdafiə qabiliyyətinin artırılmasını seçdi. Hazırda Rusiyanın hərbi-sənaye kompleksi başgicəlləndirici sürətlə inkişaf edir (təkcə artilleriya mərmilərinin istehsalı 2022-ci illə müqayisədə 16 dəfə artıb) və Vladimir Putinin sözlərinə görə, ölkə dünyada ən döyüşə hazır vəziyyətdə olan orduya malikdir. Bir müddət əvvəl prezident bəyan etdi ki, Rusiya ordusunun Ukrayna münaqişəsi zonasında əldə etdiyi mühüm uğurlar təkcə ordunun cəsarəti və artan təcrübəsi sayəsində deyil, həm də hərbi sənaye kompleksinin artan imkanlarının göstəricisidir. Qələbə hələ təqvimdə qırmızı markerlə qeyd olunmasa da, Rusiya rəhbərliyi artıq texnoloji üstünlüyə nail olmaq istiqamətini götürərək kollektiv Qərbin qisas almaq istəyəcəyi gələcəyə baxır. Məhz buna görə də Rusiya Hərbi-Sənaye komissiyasının bu ilki kollegiyasının yuxarıda qeyd olunan yekun iclasında bugünkü döyüş təcrübəsi, strateji rəqiblərimizin yenilənmiş doktrinaları da daxil olmaqla, hərbi elmin inkişafı və uzunmüddətli meylləri, habelə təhlükə modelləri nəzərə almalı olan yeni dövlət silah proqramının tezliklə hazırlanmasına xüsusi diqqət yetirilib. Rusiya Ali Baş komandanın qeyd etdiyi kimi, ölkə silahlı qüvvələrin pilotsuz uçuş aparatlarına olan tələbatını tam ödəməli, PUA-ların istehsalını kəskin şəkildə artırmalı və hərbi işlərdə süni intellekt texnologiyalarını fəal şəkildə tətbiq etməlidir. Artıq bu istiqamətdə dinamik hərəkat başlayıb: Müdafiə Nazirliyinin rəhbərliyi silahlı qüvvələrdə ayrıca qoşun növlərinin - pilotsuz sistemlər qoşunlarının formalaşdırılması barədə qərar qəbul edib; ordunun sınaqdan keçirilməsindən Rusiya Silahlı Qüvvələrinin bölmələrinə çatdırılmasına qədər olan vaxtı kökündən azaltmaqla ordunu ən son yeniliklərlə təmin edilməsi istiqaməti müəyyənləşdirilib; daxili hərbi-sənaye kompleksinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb; peyk birləşmələrinin genişləndirilməsi üçün fəal iş aparılır; "Oreşnik"in dünyada analoqu olmayan "qardaş" və "bacı"larının kütləvi istehsalına başlanılıb; süni intellekt texnologiyalarından istifadə edən qabaqcıl robot sistemləri qoşunlara gətirilməyə başlayıb. Eyni zamanda ölkə rəhbərliyi düşünür ki, hərbi-sənaye kompleksinin inqilabi inkişafının təsiri bütün iqtisadiyyata və bütün mülki sahələrə şamil edilməlidir. Bunun üçün XHƏ zamanı mülki sənaye sahələrinin müdafiə kompleksinin işinə cəlb edilməsi təcrübəsi nəzərə alınmaqla hərbi-sənaye kompleksi ilə qeyri-hərbi sənaye sektorlarının yaxınlaşması kursu götürülmüşdür. İndi çətin ki, kimsə ordunu dolandırmırsansa, başqasının ordusunu yedizdirməli olacaqsan tezisinə etiraz etsin. Anlamaq lazımdır ki, daxili hərbi-sənaye kompleksinə qoyulan sərmayələr təkcə təhlükəsizlik və müstəqilliyə deyil, həm də əlkə iqtisadiyyatın, innovasiyaların və məşğulluğun mühərrikidir. Amerikanın "Total Military Insight" resursu bu barədə yazır: "ABŞ hərbi-sənaye kompleksi hər il büdcəyə yüz milyardlarla dollar gəlir gətirən güclü iqtisadi sahəsir. Bu sahəyə ayrılan vəsaitlə biz hərbi-sənaye kompleksinə sərmayə qoymaqla yanaşı, həm də ölkənin hər yerində işləyən ailələr üçün iqtisadi gələcək təmin edirik". Bu o deməkdir ki, məşhur "yağ üçün silah ticarəti" mantrası yanlış seçimdir. Bizim seçimimiz rus toplarıdır, bunun sayəsində hər masada rus yağı (və təkcə bu deyil), başımızın üstündə dinc səma və qarşıda uşaqlarımızın təhlükəsiz gələcəyidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
amerika
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kirill Strelnikov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467498255_0:0:429:430_100x100_80_0_0_2168d3fca5c0147fef459f4778ba7367.jpg
Kirill Strelnikov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467498255_0:0:429:430_100x100_80_0_0_2168d3fca5c0147fef459f4778ba7367.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/11/467468880_130:0:2861:2048_1920x0_80_0_0_e7e37938c7ea92e595e4679d9d7c99bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kirill Strelnikov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467498255_0:0:429:430_100x100_80_0_0_2168d3fca5c0147fef459f4778ba7367.jpg
rusiya, amerika, xüsusi hərbi əməliyyat, silahlı qüvvələr, nato, raket
rusiya, amerika, xüsusi hərbi əməliyyat, silahlı qüvvələr, nato, raket
Rusiya az qala intihara səbəb ola biləcək səhv edəcəkdi
İttifaq dağıldıqdan sonra hərbi sənayesinin süqutuna qarşı seyredici mövqedə olan Rusiya 2000-ci illərin əvvəlində prosesdən imtina edib hərb məhsulunun istehsalını artırmaqla özünü və müttəfiqlərini acınacaqlı məğlubiyyətdən qurtardı.
BAKI, 27 dekabr — Sputnik. Ötən çərşənbə günü Rusiya Hərbi-Sənaye komissiyası kollegiyasının yekun iclası keçirildi və orada ölkə hərbi sənaye kompleksinin 2024-cü ildəki işinin yekunları müzakirə olundu. Baş nazirin müavini Denis Manturovun sədrliyi ilə keçirilən müşavirədə bir çox sahələrdə qrafiklərə ciddi əməl olunduğunu və hətta onları artıqlaması yerinə yetirildiyi qeyd olundu və növbəti iki il üçün planlar açıqlandı.
Bu il Rusiya hərbi-sənaye kompleksi üçün inqilabi-tarixi (və ya tarixi-inqilabi) adlandırıla bilsə də, toplantı tam adi gündəlik tədbir şəklində təmtəraqsız keçirildi.
Yanacaqdoldurma məntəqəsi adlandırılan ölkə misli görünməmiş sanksiyalar və genişmiqyaslı hərbi əməliyyatlar şəraitində sənaye və ordunun qabaqcıl və super səmərəli kombinasiyasını yaratmağı bacardı. Bununla da çox trilyon dollarlıq kapitallaşmaya malik bütün kollektiv Qərbin hərbi-sənaye kompleksinin acınacaqlı vəziyyətini nümayiş etdirdi. Dövlət katibinin birinci müavini Kurt Kempbellın bir ay əvvəl dediyi kimi, "Ağ Ev administrasiyası ordunun və Rusiya hərbi-sənaye kompleksinin işinin artmasına" və "Rusiya silahlı qüvvələrinin belə sürətlə və qətiyyəti şəkildə yenidən qurulmasına heyran qaldı".
İş o yerə çatdı ki, Rusiyanın hərbi-sənaye kompleksinə baxan amerikalılar təcili olaraq hərbi-sənaye kompleksini "canlandırmaq" planını yazmağa başladılar. Amma nəticədə etiraf etdilər ki, müəyyən irəliləyişi yalnız beş ildən sonra gözləmək olar.
Amerikalıların və NATO-nun digər üzvlərinin niyə çabaladığı tamamilə başa düşüləndir: Rusiya, demək olar ki, bütün növ hərbi məhsulların istehsalında NATO ölkələrinin cəmindən bir pillə (bəzi sahələrdə - bir neçə dəfə) üstündür və bu, onlarda "qısa qapanmaya" səbəb olur. Keçən il yerli silahların bəzi yüksək səviyyəli təqdimatları isə Qərbdə hətta kütləvi "huşunu itirməyə" səbəb olub.
Əsas debütlardən biri universal planlaşdırma və korreksiya modulu ilə (UMPC) təchiz edilmiş FAB-3000 aviabombasının Ukrayna cəbhəsində kütləvi istifadəyə başlanmasıdır. Görmə cihazları və süni intellektlə təmin edilmiş bir ton yarım partlayıcı ilə öldürücü çuqun düşmənin hava hücumundan müdafiə zonasına daxil olmadan onlarla kilometr məsafədəki hədəfləri dəqiq vurmağa və bir bomba ilə düşmənin iki futbol meydançası boyda ərazidə yerləşən istehkamlarını canlı qüvvəsi ilə birgə məhv etməyə imkan verir.
Zirehli texnika, artilleriya və hava hücumundan müdafiə vasitələrinin yeni və modernləşdirilmiş növləri gözəl çıxışları ilə yadda qaldı; beşinci nəsil qırıcılar səs - küyə səbəb oldu; yüksək dəqiqlikli tank əleyhinə vasitələr alqış qazandı; 2024-cü ilin yayınadək XHƏ çərçivəsində "Lanset"lərdən istifadə etməklə qeydə aliñan epizodların sayı iki minə çatdı. İstedadlı solistlərin siyahısını hələ çox davam etdirmək olar.
Ən səs-küylü təqdimat isə orta mənzilli "Oreshnik" raket sisteminin ilk döyüş istifadəsi idi. Bundan sonra tamaşaçılar bütün dünyada bəyənilən səs-küy saldı, bəzi yoldaşlar isə dərhal barışmaq xülyasına düşdülər.
Amma keçən ili XHƏ zonasında dönüş nöqtəsinə çevirən bu gözəlliklər olmaya da bilərdi.
Ekspertlərin fikrincə, 2000-ci illərin əvvəllərində Rusiyanın müdafiə-sənaye kompleksi müəssisələrinin Dövlət holdinqlərinə birləşdirməsi haqqında qərar verən prezident Vladimir Putin tərəfindən sözün əsl mənasında xilas edildi. "Amerika yağı üçün silahlar" prinsipi ilə məğlubiyyət mübadiləsi ölkə üçün ən bahalı və intihar xarakterli səhvi ola bilərdi. Amma Qərb üçün təəssüfedici hal oldu ki, Moskva düzgün olaraq əsas inkişaf modeli kimi Rusiyanın gücləndirilməsi və özünün müdafiə qabiliyyətinin artırılmasını seçdi.
Hazırda Rusiyanın hərbi-sənaye kompleksi başgicəlləndirici sürətlə inkişaf edir (təkcə artilleriya mərmilərinin istehsalı 2022-ci illə müqayisədə 16 dəfə artıb) və Vladimir Putinin sözlərinə görə, ölkə dünyada ən döyüşə hazır vəziyyətdə olan orduya malikdir. Bir müddət əvvəl prezident bəyan etdi ki, Rusiya ordusunun Ukrayna münaqişəsi zonasında əldə etdiyi mühüm uğurlar təkcə ordunun cəsarəti və artan təcrübəsi sayəsində deyil, həm də hərbi sənaye kompleksinin artan imkanlarının göstəricisidir.
Qələbə hələ təqvimdə qırmızı markerlə qeyd olunmasa da, Rusiya rəhbərliyi artıq texnoloji üstünlüyə nail olmaq istiqamətini götürərək kollektiv Qərbin qisas almaq istəyəcəyi gələcəyə baxır. Məhz buna görə də Rusiya Hərbi-Sənaye komissiyasının bu ilki kollegiyasının yuxarıda qeyd olunan yekun iclasında bugünkü döyüş təcrübəsi, strateji rəqiblərimizin yenilənmiş doktrinaları da daxil olmaqla, hərbi elmin inkişafı və uzunmüddətli meylləri, habelə təhlükə modelləri nəzərə almalı olan yeni dövlət silah proqramının tezliklə hazırlanmasına xüsusi diqqət yetirilib.
Rusiya Ali Baş komandanın qeyd etdiyi kimi, ölkə silahlı qüvvələrin pilotsuz uçuş aparatlarına olan tələbatını tam ödəməli, PUA-ların istehsalını kəskin şəkildə artırmalı və hərbi işlərdə süni intellekt texnologiyalarını fəal şəkildə tətbiq etməlidir. Artıq bu istiqamətdə dinamik hərəkat başlayıb: Müdafiə Nazirliyinin rəhbərliyi silahlı qüvvələrdə ayrıca qoşun növlərinin - pilotsuz sistemlər qoşunlarının formalaşdırılması barədə qərar qəbul edib; ordunun sınaqdan keçirilməsindən Rusiya Silahlı Qüvvələrinin bölmələrinə çatdırılmasına qədər olan vaxtı kökündən azaltmaqla ordunu ən son yeniliklərlə təmin edilməsi istiqaməti müəyyənləşdirilib; daxili hərbi-sənaye kompleksinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb; peyk birləşmələrinin genişləndirilməsi üçün fəal iş aparılır; "Oreşnik"in dünyada analoqu olmayan "qardaş" və "bacı"larının kütləvi istehsalına başlanılıb; süni intellekt texnologiyalarından istifadə edən qabaqcıl robot sistemləri qoşunlara gətirilməyə başlayıb.
Eyni zamanda ölkə rəhbərliyi düşünür ki, hərbi-sənaye kompleksinin inqilabi inkişafının təsiri bütün iqtisadiyyata və bütün mülki sahələrə şamil edilməlidir. Bunun üçün XHƏ zamanı mülki sənaye sahələrinin müdafiə kompleksinin işinə cəlb edilməsi təcrübəsi nəzərə alınmaqla hərbi-sənaye kompleksi ilə qeyri-hərbi sənaye sektorlarının yaxınlaşması kursu götürülmüşdür.
İndi çətin ki, kimsə ordunu dolandırmırsansa, başqasının ordusunu yedizdirməli olacaqsan tezisinə etiraz etsin. Anlamaq lazımdır ki, daxili hərbi-sənaye kompleksinə qoyulan sərmayələr təkcə təhlükəsizlik və müstəqilliyə deyil, həm də əlkə iqtisadiyyatın, innovasiyaların və məşğulluğun mühərrikidir. Amerikanın "Total Military Insight" resursu bu barədə yazır: "ABŞ hərbi-sənaye kompleksi hər il büdcəyə yüz milyardlarla dollar gəlir gətirən güclü iqtisadi sahəsir. Bu sahəyə ayrılan vəsaitlə biz hərbi-sənaye kompleksinə sərmayə qoymaqla yanaşı, həm də ölkənin hər yerində işləyən ailələr üçün iqtisadi gələcək təmin edirik".
Bu o deməkdir ki, məşhur "yağ üçün silah ticarəti" mantrası yanlış seçimdir. Bizim seçimimiz rus toplarıdır, bunun sayəsində hər masada rus yağı (və təkcə bu deyil), başımızın üstündə dinc səma və qarşıda uşaqlarımızın təhlükəsiz gələcəyidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.