Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Azərbaycan FHN-nin psixoloq, həkim və xilasediciləri Aktau şəhərindədir

© Getty Images / AnadoluEmbraer 190
Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Abunə olmaq
Bu barədə FHN-dən məlumat verilib.
BAKI, 26 dekabr - Sputnik. “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.
Bu barədə FHN-dən məlumat verilib.
Qarşıda qoyulmuş tapşırıqlara uyğun olaraq, nazirliyin psixoloqları tərəfindən zərərçəkmişlərə təcili psixoloji yardım göstərilir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir. Həmçinin, qəza baş vermiş ərazidə nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür. Əlavə məlumat veriləcək.
Baş nazir Əli Əsədovun sədrliyi ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib
 - Sputnik Azərbaycan, 1920, 25.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Əli Əsədovun sədrliyi ilə qəza ilə bağlı yaradılmış Komissiyanın iclası keçirilib
Xəbər lenti
0