https://sputnik.az/20241225/eli-esedovun-sedrliyi-ile-qeza-ile-bagli-yaradilmis-komissiyanin-iclasi-kecirilib-469641931.html
Əli Əsədovun sədrliyi ilə qəza ilə bağlı yaradılmış Komissiyanın iclası keçirilib
Əli Əsədovun sədrliyi ilə qəza ilə bağlı yaradılmış Komissiyanın iclası keçirilib
Sputnik Azərbaycan
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. 25.12.2024, Sputnik Azərbaycan
2024-12-25T20:20+0400
2024-12-25T20:20+0400
2024-12-26T22:07+0400
qəza
qəza
qəza
təyyarə qəzası
təyyarə qəzası
təyyarə qəzası
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/19/469656102_0:0:1491:839_1920x0_80_0_0_a72a02cf5bac6bb2bc8ae82aba2c7076.jpg
BAKI, 25 dekabr — Sputnik. Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirilib.Komissiyanın sədri Əli Əsədov Prezident İlham Əliyevin hadisə ilə bağlı araşdırmanı şəxsi nəzarətə götürdüyünü bildirib.Dövlət Komissiyası bir sıra vacib və təxirəsalınmaz məsələləri, o cümlədən qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı işləri nəzərdən keçirib. Həmin şəxslərə Qazaxıstan tərəfi ilə birlikdə tibbi yardım göstərilməsi üçün səhiyyə naziri Teymur Musayevə müvafiq tapşırıqlar verilib.Qəza nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlərin aparıldığı qeyd olundu. Xəsarət almış şəxslərin ailələri və yaxınları ilə zəruri işlərin aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılmış “Qaynar xətt” vasitəsilə qəzaya uğramış təyyarənin sərnişinlərinin ailə üzvləri və yaxınları müvafiq qaydada məlumatlandırılaraq, onlara psixoloji və digər zəruri dəstək göstərildiyi qeyd edilib.Azərbaycan Respublikası Baş Prokurorluğunun qazaxıstanlı həmkarlarla birlikdə hadisənin baş vermə səbəblərini araşdırdığı və cinayət işi üzrə istintaq apardığı bildirildi. İstintaqın gedişi haqqında ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıq verilib.Qəza nəticəsində xəsarət almış və hazırda Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında ölkəmizə evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlərin görüldüyü bildirilib. Xəsarət almış şəxslərə zəruri yardım göstərilməsi və bundan irəli gələn digər məsələlərin həlli ilə bağlı qazaxıstanlı həmkarlarla hökumət üzvləri səviyyəsində daimi sıx təmasların və birgə səylərin həyata keçirildiyi vurğulanıb. Komissiya üzvlərinə səlahiyyətləri üzrə müvafiq işlərin aparılması ilə bağlı tapşırıqlar verilib.Aktauda AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. Bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev bildirib. Ölkənin FHN verdiyi məlumata görə, göyərtədəkilərdən 29 nəfər xəstəxanaya çatdırılıb, 11-nin vəziyyəti ağırdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/19/469656102_134:0:1377:932_1920x0_80_0_0_d75ed953b644b0c7db75ab13baf0ab37.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəza, qəza, qəza, təyyarə qəzası, təyyarə qəzası, təyyarə qəzası
qəza, qəza, qəza, təyyarə qəzası, təyyarə qəzası, təyyarə qəzası
Əli Əsədovun sədrliyi ilə qəza ilə bağlı yaradılmış Komissiyanın iclası keçirilib
20:20 25.12.2024 (Yenilənib: 22:07 26.12.2024) Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.
BAKI, 25 dekabr — Sputnik. Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirilib.
Komissiyanın sədri Əli Əsədov Prezident İlham Əliyevin hadisə ilə bağlı araşdırmanı şəxsi nəzarətə götürdüyünü bildirib.
Dövlət Komissiyası bir sıra vacib və təxirəsalınmaz məsələləri, o cümlədən qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı işləri nəzərdən keçirib. Həmin şəxslərə Qazaxıstan tərəfi ilə birlikdə tibbi yardım göstərilməsi üçün səhiyyə naziri Teymur Musayevə müvafiq tapşırıqlar verilib.
Qəza nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlərin aparıldığı qeyd olundu. Xəsarət almış şəxslərin ailələri və yaxınları ilə zəruri işlərin aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılmış “Qaynar xətt” vasitəsilə qəzaya uğramış təyyarənin sərnişinlərinin ailə üzvləri və yaxınları müvafiq qaydada məlumatlandırılaraq, onlara psixoloji və digər zəruri dəstək göstərildiyi qeyd edilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun qazaxıstanlı həmkarlarla birlikdə hadisənin baş vermə səbəblərini araşdırdığı və cinayət işi üzrə istintaq apardığı bildirildi. İstintaqın gedişi haqqında ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıq verilib.
Qəza nəticəsində xəsarət almış və hazırda Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında ölkəmizə evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlərin görüldüyü bildirilib.
Xəsarət almış şəxslərə zəruri yardım göstərilməsi və bundan irəli gələn digər məsələlərin həlli ilə bağlı qazaxıstanlı həmkarlarla hökumət üzvləri səviyyəsində daimi sıx təmasların və birgə səylərin həyata keçirildiyi vurğulanıb. Komissiya üzvlərinə səlahiyyətləri üzrə müvafiq işlərin aparılması ilə bağlı tapşırıqlar verilib.
Aktauda AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. Bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev bildirib. Ölkənin FHN verdiyi məlumata görə, göyərtədəkilərdən 29 nəfər xəstəxanaya çatdırılıb, 11-nin vəziyyəti ağırdır.