Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Təyyarədə qəzaya düşənlərdən biri yeni ailə qurubmuş-Rəsmi açıqlama

© Sputnik / Ministry of Emergency Situations of the Republic of KazakhstanAzərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması
Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması - Sputnik Azərbaycan, 1920, 25.12.2024
Abunə olmaq
Qurbaçov Həmzət həmişə iş üçün Mahaçqalaya gedirmiş.
BAKI, 25 dekabr — Sputnik. AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olduğu bildirilən sakinlərdən ikisi Balakənin Xalatala kənd sakinləri Qurbaçov Həmzət Muhuma oğlu, Xalayeva Hafisat Hüseyn qızıdır. Bu barədə Sputnik Azərbaycan-a Xalatala kənd bələdiyyə başçısı Osif Zalxayev məlumat verib. O, bildirib ki, Qurbaçov Həmzət həmişə iş üçün Mahaçkalaya gedirmiş.
" Hadisə zamanı öldüyü bildirilənlərin hər ikisi cavan ailələrdir.Qurbaçov Həmzətin 32 yaşı vardı. Xalayeva Hafisat isə 21 yaşındadır. O, yoldaşını görmək üçün gedirmi. Onlar 5-6 ay idi ki, ailə qurmuşdular. Gənc ailə idilər. Yoldaşı Rusiyada işlədiyindən Hafisat Yeni ili onunla keçirməyə gedirdi. Ailələrinə hələki öldükləri barədə dəqiq məlumat verilməyib. Hamımız onlarla bağlı möcüzə olacağını gözləyirik", deyə Osif Zalxayev bildirib.
Qeyd edək ki, AZAL-ın qəzaya uğrayan təyyarəsində olanlardan 10 nəfəri Balakən rayon sakinləridir. Balakən Rayon icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ələkbərova Aynurə Sputnik Azərbaycan-a açıqlamasındahəlak olduğu bildirilənlərin Balakən rayonu Qullar kənd sakini Tütünçüyev Mahmud Muhuma oğlu, Meşəşambul kənd sakini Anqubazova Məleykə Murtuzəli qızı, Şərif kənd sakinləri Qıstarov İbrahim Abbas oğlu, Qıstarov Rəşid Abbas oğlu, Xalatala kənd sakinləri Qurbaçov Həmzət Muhuma oğlu, Xalayeva Hafisat Hüseyn qızı, Mahamalar kənd sakini Ömərova Leyla Vaqif qızı olduğunu söyləyib.
Bildirib ki, xəsariət alanlar isə Dervişov Amir Tofiq oğlu, Dervişov Tofiq Ramazan oğlu, Şabanova Vəfa Cuma qızıdır.
Təyyarə qəzası - Sputnik Azərbaycan, 1920, 25.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Təyyarədə "ölənlərdən" birinin sağ olduğu bildirilir-8 sakini qəzaya uğrayan kənddən
Xəbər lenti
0