https://sputnik.az/20241225/teyyarede-olenlerden-birinin-sag-oldugu-bildirilir-8-sakini-qezaya-ugrayan-kendden-469649191.html
Təyyarədə "ölənlərdən" birinin sağ olduğu bildirilir-8 sakini qəzaya uğrayan kənddən
Təyyarədə "ölənlərdən" birinin sağ olduğu bildirilir-8 sakini qəzaya uğrayan kənddən
Sputnik Azərbaycan
Hadisə zamanı ölənlərdən üç nəfər- Carayev Arif, Carayev Mahir, Carayev Hacı əmiuşaqlarıdır. 25.12.2024, Sputnik Azərbaycan
2024-12-25T17:17+0400
2024-12-25T17:17+0400
2024-12-26T22:08+0400
təyyarə
təyyarə qəzası
təyyarə qəzası
təyyarə qəzası
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/19/469641366_0:0:1280:720_1920x0_80_0_0_073b88b6795a35cd681a6ae7d6f1f032.jpg
BAKI, 25 dekabr — Sputnik. "Zaqatalanın Danaçı kəndində 8 nəfərin Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsində qəzaya uğradığı bildirilir. Onların çoxunun ailəsinə hələki bir məlumat verilməyib. Hadisə zamanı ölənlərdən üç nəfər- Carayev Arif, Carayev Mahir, Carayev Hacı əmiuşaqlarıdır. Əvvəl Arifin öldüyü bildirilsə də, indi zəng gəldi ki, o komadadır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Danaçı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin sədri Məhəmməd Vaşiyev bildirib. O, deyib ki, indiyədək yaralılardan biri-Cəlilov Nizami ilə əlaqə saxlayıb: "Onunla danışdım. Səhhətində ciddi problem olmadığını söylədi. Sonra telefonun enerjisi bitdi, söhbətimizi davam etdirə bilmədik. Öldüyü bildirilənlərin ailələrinə məlumat verməmişik. Çünki, hələ onların hadisə zamanı öldüyü tam təsdiqlənməyib. Bu dəqiqələrdə Carayev Arifin komada olduğu məlumatı gəldi. Onun 47-48 yaşı var. Hamısı orta yaşlı insanlardır. Onların çoxu iş üçün gedirdilər. Bəziləri isə orada olan övladlarını görməyə gedənlərdir". Qeyd edək ki, AZAL-ın qəzaya uğrayan təyyarəsində Zaqataladan 8 nəfər olub. Sputnik Azərbaycan-ın Lent.az-a istinadən məlumatına görə, onlardan 6-sı həlak olub, 2-si yaralanıb. Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər. Həlak olanlar: Carayev Arif Carayev Mahir Carayev Hacı Ceerov Xizri Ceerova G. Siracova Müslümət Yaralılar: Siracov Nurulla Cəlilov Nizami Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.
https://sputnik.az/20241225/azerbaycanin-aktaudaki-bas-konsullugunun-numayendeleri-qeza-bas-veren-erazidedirler-469634513.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/19/469641366_160:0:1120:720_1920x0_80_0_0_425cb3e9a73b309bdd73af51d1e472ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
təyyarə, təyyarə qəzası, təyyarə qəzası, təyyarə qəzası
təyyarə, təyyarə qəzası, təyyarə qəzası, təyyarə qəzası
Təyyarədə "ölənlərdən" birinin sağ olduğu bildirilir-8 sakini qəzaya uğrayan kənddən
17:17 25.12.2024 (Yenilənib: 22:08 26.12.2024) Hadisə zamanı ölənlərdən üç nəfər- Carayev Arif, Carayev Mahir, Carayev Hacı əmiuşaqlarıdır.
BAKI, 25 dekabr — Sputnik. "Zaqatalanın Danaçı kəndində 8 nəfərin Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsində qəzaya uğradığı bildirilir. Onların çoxunun ailəsinə hələki bir məlumat verilməyib. Hadisə zamanı ölənlərdən üç nəfər- Carayev Arif, Carayev Mahir, Carayev Hacı əmiuşaqlarıdır. Əvvəl Arifin öldüyü bildirilsə də, indi zəng gəldi ki, o komadadır".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Danaçı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin sədri Məhəmməd Vaşiyev bildirib. O, deyib ki, indiyədək yaralılardan biri-Cəlilov Nizami ilə əlaqə saxlayıb: "Onunla danışdım. Səhhətində ciddi problem olmadığını söylədi. Sonra telefonun enerjisi bitdi, söhbətimizi davam etdirə bilmədik. Öldüyü bildirilənlərin ailələrinə məlumat verməmişik. Çünki, hələ onların hadisə zamanı öldüyü tam təsdiqlənməyib. Bu dəqiqələrdə Carayev Arifin komada olduğu məlumatı gəldi. Onun 47-48 yaşı var. Hamısı orta yaşlı insanlardır. Onların çoxu iş üçün gedirdilər. Bəziləri isə orada olan övladlarını görməyə gedənlərdir".
Qeyd edək ki, AZAL-ın qəzaya uğrayan təyyarəsində Zaqataladan 8 nəfər olub. Sputnik Azərbaycan-ın Lent.az-a istinadən məlumatına görə, onlardan 6-sı həlak olub, 2-si yaralanıb.
Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.