DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kobaxidze Aİ-nin Gürcüstanla bağlı qərarını tənqid etdi

© Sputnik / Alexander ImedashviliGürcüstanın baş naziri İrakli Kobaxidze
Gürcüstanın baş naziri İrakli Kobaxidze  - Sputnik Azərbaycan, 1920, 19.12.2024
Abunə olmaq
Gürcüstanın Baş nazirinin fikrincə, məhz bu cür qərarların nəticəsidir ki, Avropa strukturları Gürcüstan cəmiyyətini qavramağın daimi devalvasiyasından əziyyət çəkir.
BAKI, 19 dekabr — Sputnik. Avropa İttifaqının Gürcüstanın diplomatik və xidməti pasportlarının sahibləri üçün vizasız rejimin dayandırılması proseduruna başlamaq qərarı anti-gürcüdür. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"Bu, gürcü cəmiyyətinin dərk edilməsində Avropa strukturlarının nüfuzuna xələl gətirən açıq-aşkar anti-gürcü addımı kimi qiymətləndirilməlidir. Məhz bu cür qərarların nəticəsidir ki, Avropa strukturları Gürcüstan cəmiyyətini qavramağın daimi devalvasiyasından əziyyət çəkir və bu problemdir", baş nazir brifinqdə bildirib.
Bir gün əvvəl Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaya Kallas Avropa İttifaqının Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız rejimin dayandırılması proseduruna başlamağı qərara aldığını açıqlamışdı.
Avropa Şurasının prezidenti Çarlz Mişel - Sputnik Azərbaycan, 1920, 27.10.2024
DÜNYA XƏBƏRLƏRİ
Gürcüstanın məsələsinə Avropa Şurasının iclasında baxılacaq - Mişel
Xəbər lenti
0