https://sputnik.az/20241027/gurcustanin-meselesine-avropa-surasinin-iclasinda-baxilacaq---misel--468340065.html
Gürcüstanın məsələsinə Avropa Şurasının iclasında baxılacaq - Mişel
Gürcüstanın məsələsinə Avropa Şurasının iclasında baxılacaq - Mişel
Sputnik Azərbaycan
Mişelin sözlərinə görə, noyabr görüşündə Avropa Şurası mövcud vəziyyəti qiymətləndirəcək və Gürcüstanla münasibətlərdə gələcək addımları müəyyən edəcək. 27.10.2024, Sputnik Azərbaycan
2024-10-27T23:09+0400
2024-10-27T23:09+0400
2024-10-28T09:28+0400
dünya xəbərləri
şarl mişel
gürcüstan
gürcüstan parlamenti
parlament seçkiləri
avropa şurası
"gürcü arzusu"
https://cdnn1.img.sputnik.az/img/07e6/04/17/441368112_0:0:3072:1728_1920x0_80_0_0_d0bfbf6fe0d8860ecd09a700263d4608.jpg
BAKI, 27 oktyabr - Sputnik. Gürcüstan məsələsi noyabrda Budapeştdə keçirilməsi planlaşdırılan Avropa Şurasının qeyri-rəsmi iclasının gündəliyinə daxildir. Buu Avropa Şurasının prezidenti Çarlz Mişel X sosial şəbəkəsindəki hesabında yazıb.Mərkəzi Seçki Komissiyasının seçki məntəqələrinin 99,97 faizinin məlumatlarını emal etməsi nəticəsində “Gürcü arzusu” 53,92 faiz səs toplayıb. Bu nəticələri parlamentə daxil olan hər dörd müxalifət qüvvəsi tanımaqdan imtina edib. Bundan əlavə, onları dəstəkləyən QHT-lər seçkiləri saxtalaşdırmaq üçün kompleks sxem elan ediblər.“Gürcüstanda keçirilən parlament seçkilərindən sonra mən Gürcüstan məsələsini Avropa Şurasının Budapeştdə planlaşdırılan qeyri-rəsmi iclasının gündəliyinə daxil etmək qərarına gəldim” - Mişel bildirib.Avropalı siyasətçinin yazdığına görə, Gürcüstandakı seçki pozuntuları tez, şəffaf və müstəqil şəkildə ciddi araşdırılmalıdır. Çarlz Mişelin bəyanatının əsas məqamları bunlardır:- Avropa Şurası ATƏT/DTİHB müşahidə missiyası tərəfindən seçkilərin ilkin qiymətləndirilməsi; - Avropa Şurası Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və digər qurumları bütün pozuntuları və bununla bağlı ittihamları operativ şəkildə araşdırmağa çağırır. - Aİ Gürcüstan rəhbərliyini Avropa Şurasının iyun və oktyabr aylarında keçirilmiş iclaslarının yekunlarına uyğun olaraq Avropa kursuna sadiqliyini təsdiqləməyə çağırır.Mişelin sözlərinə görə, noyabr görüşündə Avropa Şurası mövcud vəziyyəti qiymətləndirəcək və Gürcüstanla münasibətlərdə gələcək addımları müəyyən edəcək. Mişelin vurğuladığı kimi, indiki mərhələdə bütün siyasi qüvvələr arasında konstruktiv və inklüziv dialoq xüsusilə vacibdir. ATƏT DTİHB, ATƏT PA, AŞPA, NATO PA və Avropa Parlamentinin birgə missiyasının qənaətinə görə, Gürcüstan parlamentinə seçkilərin proseduru yaxşı təşkil olunub. Kimə səs vermək üçün geniş seçim var. Bununla belə, bir çox beynəlxalq müşahidəçinin ümumi rəyinə görə, partiyaların maliyyələşdirilməsində balanssızlıq, dövlət məmurlarına təzyiq və çox sayda seçici qorxutma halları var.Seçkinin yekun nəticələri belədir: “Gürcü arzusu” (“Gürcü arzusu”, “Xalqın gücü”) – 53,92%; “Dəyişiklik üçün Koalisiya” (“Axali”, “Girçi – daha çox azadlıq”, “Droa”) - 11,037%; “Birlik - milli hərəkat” (“Vahid Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) – 10,164%; “Güclü Gürcüstan” (“Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq Meydanı”, “Vətəndaşlar”) - 8,814%; “Gürcüstan üçün” – 7,771%. Gürcüstanda ilk dəfə parlament seçkiləri yalnız proporsional sistem üzrə (partiya siyahıları əsasında) və geniş miqyasda elektron texnologiyalardan - səslərin yoxlanılması və hesablanması aparatından istifadə etməklə keçirilib.
https://sputnik.az/20241027/gurcustan-prezidenti-parlament-seckilerini-tanimaqdan-imtina-edib-468339395.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/17/441368112_341:0:3072:2048_1920x0_80_0_0_4d21175a15c0a7cedd35b703891eff57.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şarl mişel, gürcüstan, gürcüstan parlamenti, parlament seçkiləri, avropa şurası, "gürcü arzusu"
şarl mişel, gürcüstan, gürcüstan parlamenti, parlament seçkiləri, avropa şurası, "gürcü arzusu"
Gürcüstanın məsələsinə Avropa Şurasının iclasında baxılacaq - Mişel
23:09 27.10.2024 (Yenilənib: 09:28 28.10.2024) Mişelin sözlərinə görə, noyabr görüşündə Avropa Şurası mövcud vəziyyəti qiymətləndirəcək və Gürcüstanla münasibətlərdə gələcək addımları müəyyən edəcək.
BAKI, 27 oktyabr - Sputnik. Gürcüstan məsələsi noyabrda Budapeştdə keçirilməsi planlaşdırılan Avropa Şurasının qeyri-rəsmi iclasının gündəliyinə daxildir.
Buu Avropa Şurasının prezidenti Çarlz Mişel X sosial şəbəkəsindəki hesabında yazıb.
Mərkəzi Seçki Komissiyasının seçki məntəqələrinin 99,97 faizinin məlumatlarını emal etməsi nəticəsində “Gürcü arzusu” 53,92 faiz səs toplayıb.
Bu nəticələri parlamentə daxil olan hər dörd müxalifət qüvvəsi tanımaqdan imtina edib. Bundan əlavə, onları dəstəkləyən QHT-lər seçkiləri saxtalaşdırmaq üçün kompleks sxem elan ediblər.
“Gürcüstanda keçirilən parlament seçkilərindən sonra mən Gürcüstan məsələsini Avropa Şurasının Budapeştdə planlaşdırılan qeyri-rəsmi iclasının gündəliyinə daxil etmək qərarına gəldim” - Mişel bildirib.
Avropalı siyasətçinin yazdığına görə, Gürcüstandakı seçki pozuntuları tez, şəffaf və müstəqil şəkildə ciddi araşdırılmalıdır.
Çarlz Mişelin bəyanatının əsas məqamları bunlardır:
- Avropa Şurası ATƏT/DTİHB müşahidə missiyası tərəfindən seçkilərin ilkin qiymətləndirilməsi;
- Avropa Şurası Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və digər qurumları bütün pozuntuları və bununla bağlı ittihamları operativ şəkildə araşdırmağa çağırır.
- Aİ Gürcüstan rəhbərliyini Avropa Şurasının iyun və oktyabr aylarında keçirilmiş iclaslarının yekunlarına uyğun olaraq Avropa kursuna sadiqliyini təsdiqləməyə çağırır.
Mişelin sözlərinə görə, noyabr görüşündə Avropa Şurası mövcud vəziyyəti qiymətləndirəcək və Gürcüstanla münasibətlərdə gələcək addımları müəyyən edəcək.
Mişelin vurğuladığı kimi, indiki mərhələdə bütün siyasi qüvvələr arasında konstruktiv və inklüziv dialoq xüsusilə vacibdir. ATƏT DTİHB, ATƏT PA, AŞPA, NATO PA və Avropa Parlamentinin birgə missiyasının qənaətinə görə, Gürcüstan parlamentinə seçkilərin proseduru yaxşı təşkil olunub. Kimə səs vermək üçün geniş seçim var. Bununla belə, bir çox beynəlxalq müşahidəçinin ümumi rəyinə görə, partiyaların maliyyələşdirilməsində balanssızlıq, dövlət məmurlarına təzyiq və çox sayda seçici qorxutma halları var.
Seçkinin yekun nəticələri belədir:
“Gürcü arzusu” (“Gürcü arzusu”, “Xalqın gücü”) – 53,92%;
“Dəyişiklik üçün Koalisiya” (“Axali”, “Girçi – daha çox azadlıq”, “Droa”) - 11,037%;
“Birlik - milli hərəkat” (“Vahid Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) – 10,164%;
“Güclü Gürcüstan” (“Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq Meydanı”, “Vətəndaşlar”) - 8,814%;
“Gürcüstan üçün” – 7,771%.
Gürcüstanda ilk dəfə parlament seçkiləri yalnız proporsional sistem üzrə (partiya siyahıları əsasında) və geniş miqyasda elektron texnologiyalardan - səslərin yoxlanılması və hesablanması aparatından istifadə etməklə keçirilib.