Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidDopinq yoxlanışı, arxiv
Dopinq yoxlanışı, arxiv - Sputnik Azərbaycan, 1920, 19.12.2024
Abunə olmaq
Hər üç idmançının cəzalandırılmasına səbəb nümunələrində qadağan edilmiş maddələrin aşkarlanması olub.
BAKI, 19 dekabr — Sputnik. Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb.
Səidə Əliyeva (taekvondo), Günel Vəliyeva (ağırlıqqaldırma) və Rövşən Xəlilov (pauerliftinq) yarışlardan diskvalifikasiya olunub.
Hər üç idmançının cəzalandırılmasına səbəb nümunələrində qadağan edilmiş maddələrin aşkarlanması olub. S.Əliyevada "furosemid", G.Vəliyevada "methyltrienolon", R.Xəlilovda isə "metandienone" aşkarlanıb.
S.Əliyeva yarışlardan iki, digər idmançılar isə dörd il müddətinə uzaqlaşdırılıb. Taekvondoçu ilə bağlı sanksiya başlama tarixi bu il fevralın 16-sı göstərilib.
Dörd illik cəzalandırılan G.Vəliyeva ilə bağlı sanksiyanın isə 2023-cü il sentyabrın 7-dən etibarən başladığı təsdiqlənib.
Pauerliftinqçi R.Xəlilovun cəzası isə 2021-ci il noyabrın 18-dən qüvvəyə minib.
Xəbər lenti
0