https://sputnik.az/20241218/pentaqonun-bazalari-uzerinde-ucan-pilotsuz-teyyareler-ran-cin-rusiya-yoxsa-uno-469475666.html
Pentaqonun bazaları üzərində uçan pilotsuz təyyarələr: İran, Çin, Rusiya, yoxsa UNO?
Pentaqonun bazaları üzərində uçan pilotsuz təyyarələr: İran, Çin, Rusiya, yoxsa UNO?
Sputnik Azərbaycan
Müasir ABŞ reallıqları: ölkənin hərbi obyektləri UNO tərəfindən tədqiq edilir, hökumət isə başqa dünyadan gələnlərlə əməkdaşlığını əhalisindən gizlədir. 18.12.2024, Sputnik Azərbaycan
2024-12-18T23:10+0400
2024-12-18T23:10+0400
2024-12-18T23:10+0400
pentaqon
yazarlar
nato
uçan naməlum obyekt
çin
iran
abş
ştat
şimali amerika
avropa
https://cdnn1.img.sputnik.az/img/41560/92/415609233_0:49:3678:2118_1920x0_80_0_0_b2d3e395e34589f7d7640c81a5d5396c.jpg
BAKI, 18 dekabr — Sputnik. Vaşinqton bütün dünyanı idarə etməyə çalışır, lakin öz səmasında asayişi bərpa edə bilmir. ABŞ ordusu və Hərbi Dəniz Qüvvələrinin Şimali Amerika və Avropa bazaları üzərində mənşəyi məlum olmayan yüzlərlə dron bir neçə həftədir ki, texnoloji cəhətdən "hegemonu" aşağılayır və yerli əhalini narahat edir. Pentaqon, FTB və digər xüsusi xidmət orqanlarının ekspertləri etiraf etdilər ki, dronları kimin göndərdiyini və Amerika və Avropa səmasında nə etdiklərini bilmirlər. Naməlum uçan aparatlar dekabrın 13-14-də Ohayo ştatındakı Rayt-Patterson Hərbi Hava Qüvvələri bazasını "yoxlayıb". Müxtəlif ölçülü və konfiqurasiyalı dronların ortaya çıxması səbəbindən, cümə günü axşamından şənbə səhərinə qədər hava məkanının bağlanılması haqqında təyyarəçilərə (NOTAM) bildiriş göndərilib. Bu, noyabrın son həftələrində və dekabrda ABŞ-ın gizli obyektlərı və hərbi bazaları üzərində uçan pilotsuz aparatlarla müşahidələrin (UNO) ən sonuncusudur. Yeri gəlmişkən, Wright-Patterson Pentaqonun mühüm obyektlərindəndir. Burada Hərbi Hava Qüvvələrinin Tədqiqat laboratoriyası, Hərbi Hava Qüvvələrinin Maddi təminat komandanlığı, 655-ci Kəşfiyyat, müşahidə və yoxlama qanadı, Milli Hava və Kosmik kəşfiyyat mərkəzi, 445-ci Hava hərəkəti qanadı və 88-ci Hava bazasının qanadı yerləşir. Nyu-Cersidən 500 km şərqdə "dronların karnavalı" və "UNO"ların fəaliyyəti və naməlum məqsədləri ilə bağlı narahat olan minlərlə mülki şahidin telefon zəngləri da Pentaqonun narahatlığına səbəb olub. Erl hərbi-dəniz bazası və Pikatinni arsenalı məhz burada yerləşir. ABŞ Sahil mühafizəsi dekabrın 11-də Nyu-Cersi sahillərində gəmilərindən birinin 30-a qədər naməlum alçaqdan uçan aparat tərəfindən təqib edildiyi insident barədə məlumat verib. Pilotsuz təyyarələrin "İranın üzən bazasından" buraxıldığı versiyası gündəmə gəlsə də, tezliklə ABŞ Şimal komandanlığı (NORTHCOM) tərəfindən təkzib edildi. Nyu Cersi ştatının qubernatoru Fil Mörfi dekabrın 9-da jurnalistlərə deyib ki, o, Ağ Ev rəsmilərini ştat üzərində "çox mürəkkəb" pilotsuz təyyarələr barədə məlumatlandırıb. "Obyektləri görən kimi onlar qaralmağa başlayırlar... Bu, son dərəcə ciddi qəbul etdiyimiz bir şeydir". ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edir ki, Ağ Evin səlahiyyət müddəti başa çatan administrasiyası pilotsuz təyyarələrlə bağlı məlumatları gizlədir və dekabrın 14-də "naməlum obyektləri" vurmağa çağırıb. Kabusların reallaşması Altı ştatda davamlı UNO fəaliyyəti qeydə alınıb: Nyu Cersi, Nyu York, Konnektikut, Pensilvaniya, Massaçusets və Virciniya. Şənbə günü, dekabrın 14-də ABŞ Ordusunun Birgə Qərargah rəisləri komitəsinin sözçüsü deyib: "Bizim bazalarımız uzun müddətdir ki, pilotsuz təyyarələrin təcavüzünə məruz qalır... Biz operatorları və ya onların buraxılış nöqtələrini aşkar edə bilməmişik... Onların məqsədlərini bilmirik". Həmin gün amerikalı jurnalistlər Nyu Cersi üzərində səmada parlayan (enerji) topu lentə alıb və faktı "Bizim bunun nə olduğu barədə heç bir fikrimiz yoxdur" sözləri ilə şərh ediblər. Qeyri-müəyyənlik Amerika ictimaiyyətini qıcıqlandırır. ABŞ administrasiyası sadə insanları inandırmağa çalışır ki, naməlum qurğular kritik infrastruktur obyektləri olan su anbarları, elektrik xətləri, dəmiryol stansiyaları, hərbi obyektlər, polis idarələri üzərində çoxdan uçur və pis heç nə baş verməyib. Amma UNO problemi Konqresi o qədər narahat edib ki, dekabrın 10-da məsələ ilə bağlı dinləmələr keçirilib. Amma həqiqət hardasa kənarda qaldı. FTB sözçüsü Robert Uiler bildirib ki, büro 18 noyabrda Picatinny üzərindən başlayan və bütün Nyu Cersiyə yayılan müdaxilələr haqqında çox məhdud məlumata malikdir. Bu arada ABŞ Hərbi Hava Qüvvələri dekabrın 13-də Almaniyada Ramşteyn aviabazasının və kritik infrastrukturun üzərində naməlum dronların göründüyünü təsdiqləyib. Müntəzəm olaraq, "UNO"lar ABŞ Hərbi Hava Qüvvələrinin Böyük Britaniyadakı bazalarına - Lakeheath, Mildenhall, Feltwell, Fairforda da baş çəkirlər. Amerika və Avropada Çin, İran və ya Rusiya izlərinin axtarışı faktiki olaraq nəticəsiz qalıb. Noyabr ayında çin soyadlı ABŞ vətəndaşı olan Çjounun Vandenberq Kosmik Qüvvələri bazası yaxınlığında saxlanılması sirli pilotsuz təyyarələrin dekabr fəallığına heç bir təsir göstərməyib. Kosmik yadplanetlilərlə bağlı versiya işlək olaraq qalmaqdadır. araşdırma davam edir (https://inosmi.ru/20241213/bpla-271164276.html). Qərbdə məşhur öncə görən Athos Salome 757 "UNO" epizodunu təhlil edərək belə bir nəticəyə gəlib ki, Pentaqon və ABŞ hökuməti başqa dünyadan gələnlərlə işləyir, amma həqiqəti gizlədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
şimali amerika
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41560/92/415609233_395:0:3283:2166_1920x0_80_0_0_80d3bd1bfa113de942b4c25b18771cb3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
pentaqon, nato, uçan naməlum obyekt, çin, iran, abş, ştat, şimali amerika, avropa
pentaqon, nato, uçan naməlum obyekt, çin, iran, abş, ştat, şimali amerika, avropa
Pentaqonun bazaları üzərində uçan pilotsuz təyyarələr: İran, Çin, Rusiya, yoxsa UNO?
Müasir ABŞ reallıqları: ölkənin hərbi obyektləri UNO tərəfindən tədqiq edilir, hökumət isə başqa dünyadan gələnlərlə əməkdaşlığını əhalisindən gizlədir.
BAKI, 18 dekabr — Sputnik. Vaşinqton bütün dünyanı idarə etməyə çalışır, lakin öz səmasında asayişi bərpa edə bilmir. ABŞ ordusu və Hərbi Dəniz Qüvvələrinin Şimali Amerika və Avropa bazaları üzərində mənşəyi məlum olmayan yüzlərlə dron bir neçə həftədir ki, texnoloji cəhətdən "hegemonu" aşağılayır və yerli əhalini narahat edir. Pentaqon, FTB və digər xüsusi xidmət orqanlarının ekspertləri etiraf etdilər ki, dronları kimin göndərdiyini və Amerika və Avropa səmasında nə etdiklərini bilmirlər.
Naməlum uçan aparatlar dekabrın 13-14-də Ohayo ştatındakı Rayt-Patterson Hərbi Hava Qüvvələri bazasını "yoxlayıb". Müxtəlif ölçülü və konfiqurasiyalı dronların ortaya çıxması səbəbindən, cümə günü axşamından şənbə səhərinə qədər hava məkanının bağlanılması haqqında təyyarəçilərə (NOTAM) bildiriş göndərilib. Bu, noyabrın son həftələrində və dekabrda ABŞ-ın gizli obyektlərı və hərbi bazaları üzərində uçan pilotsuz aparatlarla müşahidələrin (UNO) ən sonuncusudur. Yeri gəlmişkən, Wright-Patterson Pentaqonun mühüm obyektlərindəndir. Burada Hərbi Hava Qüvvələrinin Tədqiqat laboratoriyası, Hərbi Hava Qüvvələrinin Maddi təminat komandanlığı, 655-ci Kəşfiyyat, müşahidə və yoxlama qanadı, Milli Hava və Kosmik kəşfiyyat mərkəzi, 445-ci Hava hərəkəti qanadı və 88-ci Hava bazasının qanadı yerləşir.
Nyu-Cersidən 500 km şərqdə "dronların karnavalı" və "UNO"ların fəaliyyəti və naməlum məqsədləri ilə bağlı narahat olan minlərlə mülki şahidin telefon zəngləri da Pentaqonun narahatlığına səbəb olub. Erl hərbi-dəniz bazası və Pikatinni arsenalı məhz burada yerləşir.
ABŞ Sahil mühafizəsi dekabrın 11-də Nyu-Cersi sahillərində gəmilərindən birinin 30-a qədər naməlum alçaqdan uçan aparat tərəfindən təqib edildiyi insident barədə məlumat verib. Pilotsuz təyyarələrin "İranın üzən bazasından" buraxıldığı versiyası gündəmə gəlsə də, tezliklə ABŞ Şimal komandanlığı (NORTHCOM) tərəfindən təkzib edildi.
Nyu Cersi ştatının qubernatoru Fil Mörfi dekabrın 9-da jurnalistlərə deyib ki, o, Ağ Ev rəsmilərini ştat üzərində "çox mürəkkəb" pilotsuz təyyarələr barədə məlumatlandırıb. "Obyektləri görən kimi onlar qaralmağa başlayırlar... Bu, son dərəcə ciddi qəbul etdiyimiz bir şeydir". ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edir ki, Ağ Evin səlahiyyət müddəti başa çatan administrasiyası pilotsuz təyyarələrlə bağlı məlumatları gizlədir və dekabrın 14-də "naməlum obyektləri" vurmağa çağırıb.
Altı ştatda davamlı UNO fəaliyyəti qeydə alınıb: Nyu Cersi, Nyu York, Konnektikut, Pensilvaniya, Massaçusets və Virciniya.
Şənbə günü, dekabrın 14-də ABŞ Ordusunun Birgə Qərargah rəisləri komitəsinin sözçüsü deyib: "Bizim bazalarımız uzun müddətdir ki, pilotsuz təyyarələrin təcavüzünə məruz qalır... Biz operatorları və ya onların buraxılış nöqtələrini aşkar edə bilməmişik... Onların məqsədlərini bilmirik". Həmin gün amerikalı jurnalistlər Nyu Cersi üzərində səmada parlayan (enerji) topu lentə alıb və faktı "Bizim bunun nə olduğu barədə heç bir fikrimiz yoxdur" sözləri ilə şərh ediblər. Qeyri-müəyyənlik Amerika ictimaiyyətini qıcıqlandırır.
ABŞ administrasiyası sadə insanları inandırmağa çalışır ki, naməlum qurğular kritik infrastruktur obyektləri olan su anbarları, elektrik xətləri, dəmiryol stansiyaları, hərbi obyektlər, polis idarələri üzərində çoxdan uçur və pis heç nə baş verməyib. Amma UNO problemi Konqresi o qədər narahat edib ki, dekabrın 10-da məsələ ilə bağlı dinləmələr keçirilib. Amma həqiqət hardasa kənarda qaldı. FTB sözçüsü Robert Uiler bildirib ki, büro 18 noyabrda Picatinny üzərindən başlayan və bütün Nyu Cersiyə yayılan müdaxilələr haqqında çox məhdud məlumata malikdir.
Bu arada ABŞ Hərbi Hava Qüvvələri dekabrın 13-də Almaniyada Ramşteyn aviabazasının və kritik infrastrukturun üzərində naməlum dronların göründüyünü təsdiqləyib. Müntəzəm olaraq, "UNO"lar ABŞ Hərbi Hava Qüvvələrinin Böyük Britaniyadakı bazalarına - Lakeheath, Mildenhall, Feltwell, Fairforda da baş çəkirlər.
Amerika və Avropada Çin, İran və ya Rusiya izlərinin axtarışı faktiki olaraq nəticəsiz qalıb. Noyabr ayında çin soyadlı ABŞ vətəndaşı olan Çjounun Vandenberq Kosmik Qüvvələri bazası yaxınlığında saxlanılması sirli pilotsuz təyyarələrin dekabr fəallığına heç bir təsir göstərməyib.
Kosmik yadplanetlilərlə bağlı versiya işlək olaraq qalmaqdadır. araşdırma davam edir (https://inosmi.ru/20241213/bpla-271164276.html). Qərbdə məşhur öncə görən Athos Salome 757 "UNO" epizodunu təhlil edərək belə bir nəticəyə gəlib ki, Pentaqon və ABŞ hökuməti başqa dünyadan gələnlərlə işləyir, amma həqiqəti gizlədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.