Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Özünüz istədiniz: Kiyev elitasının məhv edilməsi ilə bağlı qadağa aradan qaldırıldı

© Getty Images / Artem HvozdkovKiyevə mənzərə, arxiv
Kiyevə mənzərə, arxiv - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Abunə olmaq
Rusiyalı general İqor Kirillova qarşı törədilən terror aktı ilə Ukrayna rəhbərliyi özünü qanuni hərbi hədəfə çevirib. İndi zərbə növbəsi Rusiyadadır.
Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının (RCBQ) rəisi general-leytenant İqor Kirillov və onun köməkçisinin qətli Ukraynadakı münaqişəsində konkret kiminlə uğraşdığımız mövzusunda müzakirələrə birdəfəlik aydınlıq gətirir.
Rusiya ordusunun ən yüksək rütbəli zabitlərindən birinə qarşı terror aktı (Rusiya İstintaq Komitəsi məhz terror aktı ilə bağlı araşdırmaya başlayıb) nəhayət, düşmən düşərgəsində hədəf seçimimizdə prioritetləri müəyyənləşdirir və onun ilhamvericiləri və kuratorlarının kim olduğunu tamamilə açıq və birmənalı şəkildə göstərir.
Bir kiloqram plastik partlayıcı ilə doldurulmuş park edilmiş skuterin partlaması və iki zabitin ölümü ilə bağlı xəbərdən dərhal sonra Qərb mediası eyni vaxtda tamamilə eyni materiallar dərc etdi. Əsas tezislər belədir: qətlin arxasında Ukrayna Təhlükəsizlik Xidməti (UTX) dayanır ki, onun nümayəndəsi də bunu birbaşa təsdiqləyib; General Kirillov Rusiya Silahlı Qüvvələri tərəfindən çoxsaylı kimyəvi silahdan istifadə halları ilə bağlı ittiham olunan hərbi cinayətkardır və buna görə də Ukrayna üçün qanuni hədəfdir.
Ukrayna Baş Prokurorluğu bir gün əvvəl general Kirillova qarşı qiyabi ittiham aktı qəbul edib. Digər versiyalara görə, şübhə UTX tərəfindən elan edilib. Bundan əvvəl isə Böyük Britaniya və Kanada da daxil olmaqla bir sıra Qərb ölkələri tərəfindən ona qarşı şəxsi sanksiyaların tətbiq edildiyini nəzərə alsaq, iki gedişli kombinasiya özünü aşkar göstərir: birincisi, informasiya sahəsində "ədalətli cəza" kontekstində baza yaradılır, terror aktından sonra isə qətlin hqq və ədalət naminə törədildiyi bildirilir.
Beləliklə, qətli sifariş edənlərin planlarına görə, Rusiyanın müharibə dövründə bütün beynəlxalq konvensiyaların pozulması və Ukrayna tərəfindən dövlət terrorizmi ilə bağlı arqumentləri bəri başdan zərərsizləşdirilmiş olur. Bundan əlavə, Kirillovun Ukraynanın qadağan olunmuş maddələrdən və silah növlərindən istifadəsini, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin Donetsk, Xarkov və Xerson istiqamətlərində kimyəvi silahdan istifadəsini ifşa edən bütün çoxsaylı brifinqləri və bəyanatları qüvvədən düşür.
© Sputnik / Совет Федерации РФ / Mediabanka keçidİqor Kirillov, arxiv
Заседание комиссии по расследованию деятельности биолабораторий США на Украине  - Sputnik Azərbaycan, 1920, 18.12.2024
İqor Kirillov, arxiv
Bəzi ekspertlər Kirillovun "əl çatan" təsadüfi hədəf olduğu qənaətindədirlər. Amma daha çox ehtimal olunan versiya onun məqsədyönlü terror hücumunun qurbanı olmasıdır və bunda şəxsi qisas elementi də var. Fakt budur ki, Rusiya Silahlı Qüvvələrinin RCBQ rəhbəri Qərb ölkələrinin kimyəvi və bioloji silahların hazırlanmasında, Ukrayna ərazisində Amerika bioloji laboratoriyalarının aktiv fəaliyyətində (o cümlədən, prezident Baydenin oğlu Hunter tərəfindən maliyyələşdirilən Metabiota şirkəti), həmçinin ABŞ Müdafiə Nazirliyinin tərkibində olan dövlət DARPA Qabaqcıl tədqiqat layihələri agentliyi tərəfindən bioloji silahların hazırlanması və sınaqlarında birbaşa iştirakı haqqında məlumatları ardıcıl olaraq toplayıb və sənədləşdirib.
Müştərilərin "quyruqlarına" gəlincə, onlar aşkar görünür. Qərbdə Kirillovun qətli ilə bağlı dərhal şərh verən yeganə rəsmi şəxs Böyük Britaniyanın baş naziri Keir Starmer olub: "Əlbəttə, biz qanunsuz işğalda fəal iştirak edən və Ukrayna xalqına iztirab və ölüm gətirən şəxsin ölümünə yas tutmayacağıq". Terror aktından sonra "Ukraynanın Rusiya tərəfindən qeyri-qanuni müharibəyə qarşı özünü müdafiə etmək hüququ var" tezisini ilk irəli sürən Starmer oldu.
Qeyd edək ki, bu tezis Ukraynanın döyüş meydanında vəziyyətinin pisləşməsi fonunda XHƏ-dən xeyli əvvəl başlayan Rusiyaya öz ərazisində "ağrı vermək" zərurəti konsepsiyasının məntiqi davamıdır. Media başlıqlarına nəzər saldıqda, bu istiqamətdə aparılan işlərin yenidən fəallaşdığını duymaq çətin deyil.
Məsələ ilə bağlı BBC bildirir ki, "Moskvada bir rus generalının öldürülməsi bu müharibənin real olduğuna və evə çox yaxın olduğuna işarədir";
Reuters - "Rusiya müharibəsi Ukrayna üçün ekzistensial təhlükə yaradır və buna görə də belə məqsədyönlü qətllərin qanuni alət olduğu göz qabağındadır";
CBS - "Müharibə cinayətlərinə görə qisas qaçılmazdır."
The New York Times terror hücumunu əsaslandırılan və məqbul bir şeyə çevirmək missiyasında yeni bir termin icad edib: "hərbi səyləri tamamlayan qeyri-ənənəvi hərəkətlər".
Amma bütün bunların heç bir əhəmiyyəti yoxdur, çünki istənilən ifadələrdən asılı olmayaraq, terror aktının mahiyyəti dəyişmir və onu törədənlər və sifarişçilərinin aqibəti törətdiklərinə uyğun olacaq.
30 may 2023-cü il tarixində Ukrayna Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin Rıbalsk adasındakı binası X-35U qanadlı raketi ilə vuruldu, bundan sonra Baş Kəşfiyyat İdarəsinin rəisi Budanov qəflətən radarlardan itdi və uzun müddət görünmədi. Mütəxəssislər hesab edirlər ki, bu zərbə Rusiya tərəfindən mübadilə üçün vətənlərinə göndərilən ukraynalı hərbi əsirləri aparan təyyarənin vurulması da daxil olmaqla, bu strukturun arxasında durduğu bir sıra terror hücumlarına "cavab" idi. Budanov ölümdən qurtulsa da, siqnal tamamilə aydın şəkildə göndərildi.
İndi, Rusiya və ABŞ arasında Ukrayna üçün tez və əlverişsiz razılaşmanın qorxusundan gözü tutulan Kiyev elitası və onların kuratorları sülh danışıqları üçün istənilən şansı sabotaj etmək və Birləşmiş Ştatlar və NATO-nu münaqişəyə daha sıx cəlb etmək məqsədi ilə gələni edir. Nədənsə, güclü gizli əməliyyatlar strateqləri hesab edirlər ki, Putin elə ilk fürsətdə Trampın qucağına atılaraq, onun təklif etdiyi hər şeylə razılaşacaq.
Amma reallıq budur ki, Vladimir Putin Rusiyanın şərtlərimizi artıq açıqlayıb, onların dəyişdirilməsi müzakirə olunmur. Üstəlik, qoşunların sürətlə irəliləməsi fonunda bu şərtlər indi əhəmiyyətsizləşir və Trampa ani məhəbbət indi Moskva üçün tamamilə faydasız və lazımsızdır. Rusiya rəhbərliyinin qeyd etdiyi kimi, Kiyev danışıqlardan imtina etdiyi üçün XHƏ nəticəsi yerdə bizim tam və yekun qələbəmizə qədər həll olunacaq.
Bu o deməkdir ki, Zelenski və onun ağaları terror aktları və qətllər vasitəsilə heç bir məqsədlərinə nail olmayacaqlar. Onlar yalnız bir şeyə nail olublar: vaxtı keçmiş Ukrayna diktatoru və onun dəstəsi Ryazanski prospektdə partlayış baş verən andan qanuni hərbi hədəflərə çevriliblər – bu isə o deməkdir ki, gec-tez onlar öz sonlarını rus silahından və ya naməlum səbəbdən gəbərməklə tapacaqlar.
Dünən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev rəsmi mövqeyimizi səsləndirib: "Kiyevdə olan sifarişçiləri məhv etmək üçün hər şey edilməlidir. Sifarişçilər məlumdur. Bunlar, Ukraynanın hərbi-siyasi rəhbərliyidir".
Rusiyanı sınamaq üçün terror oyunu oynamaq qərarına gəlmisiniz? Olsun! Geri sayım başladı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0