https://sputnik.az/20241218/avropa-niye-dayanmir-469498208.html
Avropa niyə dayanmır?
Avropa niyə dayanmır?
Sputnik Azərbaycan
Analitik hesab edir ki, Avropanın iqtisadi sistemi hələ də qüvvədədir və Rusiya onlar üçün hələ də lazımlıdır. 18.12.2024, Sputnik Azərbaycan
2024-12-18T22:05+0400
2024-12-18T22:05+0400
2024-12-18T22:05+0400
avropa
yazarlar
ukrayna
rusiya
iqtisadi
sistem
i pyotr
şərqi avropa
lissabon
vladivostok
https://cdnn1.img.sputnik.az/img/42435/74/424357440_0:0:3072:1728_1920x0_80_0_0_da50b116ad41f7330289b5f6ce0b27e4.jpg
BAKI, 18 dekabr - Sputnik, Aleksandr Nosoviç. Hazırda hamı dünya tarixində qeyri-adi olmayan, lakin hələ də nadir hesab olunacaq bir vəziyyəti müşahidə edirlər. Bu ondan ibarətdir ki, böyük müharibənin başa çatması və dinc həyata qayıtmaq perspektivi bu müharibənin baş verdiyi qitənin mərkəzində inilti və diş qıcırtısına səbəb olur. Trampın andiçmə mərasimindən dərhal sonra Ukrayna münaqişəsini dinc istiqamətə çevirmək vədləri ABŞ-da vəd kimi, Avropada isə təhlükə kimi qəbul olunur. Köhnə Dünya lap əvvəldən Ukraynada Rusiya ilə proksi müharibəyə emosional olaraq Yeni Dünya ilə müqayisədə daha çox cəlb olunub. Məhz Avropa 2022-ci il fevralın 24-dən dərhal sonra Ukraynanı hələ mövcud olarkən Aİ-yə qəbul etmək, Ukraynanın səmasını bağlamaq, NATO qoşunlarını ora göndərmək, Ukrayna aviasiyasını Avropa aerodromları ilə təmin etmək ideyaları ilə dolub-daşırdı. Amerika isə Moskva ilə münasibətdə hətta Bayden dönəmində də daha rasional və soyuqqanlı idi. Ukrayna oyunu son mərhələyə qədəm qoyduğu bu gün də vəziyyət eynidir. Tramp komandası kifayət qədər sakit və həyasızcasına Ukrayna yükünün və Rusiyaya qarşı mübarizənin bütün yükünü Amerikanın boynundan atılıb Avropanın üzərinə yüklənməsinin nə qədər faydalı olacağını müzakirə edir. Avropada bu, acı göz yaşlarına səbəb olur. Lakin onların Rusiya ilə vuruşmalı olacaqlarına görə deyil, bunu ABŞ-ın köməyi olmadan həyata keçirməli olacaqlarına görə. Brüsseldə, Londonda, Parisdə, Berlində Rusiya ilə döyüşməmək, onu suveren ölkə kimi qəbul etmək, bərabər şərtlərlə əməkdaşlıq etməklə bağlı məsələlər əsla qəbul edilməz görünür. Rusiyanı diz üstə sındırmaq arzusu ümumavropa elitasının birgə istəyidir. Niyə? Cavabı tapmaq üçün Rusiyaya rus gözü ilə yox, onların gözü ilə baxın. Ola bilsin ki, bizim siyasi, elmi, diplomatik ictimaiyyətimizin əsas səhvi odur ki, bunu etməyib və ona görə də onilliklər boyu avropalılar tərəfindən aşkar yalan kimi qəbul olunan "Böyük Avropa – Lissabondan Vladivostokadək" ideyasını irəli sürüb. Paradoks: liberal avropapərəst ideya, onun rus yaradıcılarının vətənpərvərlik motivasiyasına görə əsassız oldu. Bu, istəyirsizsə, elə böyük dövlət şovinizmidir. Onlar bunu özləri üçün mütləq həqiqət kimi qəbul etdikləri, Rusiyanın böyük dövlət olması ilə əsaslandırırdılar. Və düşünürdülər ki, bu əsasla Avropanın digər böyük dövlətləri ilə sabit beynəlxalq struktur yarada biləcəklər. Amma Avropanın özü baxımından Rusiya böyük dövlət deyil. Rusiya Avropanın tarixi periferiyasıdır. O, xammal əlavəsidir. Əsrlər boyu o, Qərbə xammal - xəzdən tutmuş neft və qaza qədər - göndərir və bunun müqabilində texnologiya, dəbdəbəli mallar, ideyalar, təhsil alırdı. "Londonun böyük şıltaqlıq üçün alver etdiyi və Baltik dalğaları boyunca ağac və donuz yağı əvəzinə bizə daşıdığı hər şey". Çoxəsrlik Qərbi Avropa təcrübəsi nöqteyi-nəzərindən, Rusiya - üzərində siyasi nəzarətin olmaması səbəbindən dönə-dönə böyük bəlalara səbəb olan yarımmüstəmləkədir. Böyük Pyotr Rusiyanı Yeni dövrün kapitalizminə, Birləşmiş Avropanın iqtisadi sisteminə daxil etsə də, onun müdafiə qabiliyyətini, suverenliyi və müstəqilliyini qorudu və daha da möhkəmləndirdi. Bu isə bəladır. Söhbət məhz Qərbi - Köhnə Avropa elitasının düşüncəsindən gedir. Şərqi Avropanın nəzərində Rusiya sadəcə olaraq hər yüz ildən bir onu yeyən qaniçən bir imperiyadır. Ancaq İngiltərə və ya Fransa üçün Rusiya Şərqi Avropadır. Uğursuz sosialist layihəsinin həyatda qalan ən böyük fraqmenti, indi isə soyuq müharibəni də uduzub tarixi inkişafda dalana dirənmiş bir hissəsi. Hazırda onlar dinləyib susmalı, susmalı və dinləməlidir. Bunlar elə Polşa bir tayıdırlar. Yalnız ruslarla daha çox problem yaşanır. Çünki onlar daha çox torpaq, təbii ehtiyat və silaha sahibdirlər. Və Brüsseldə düşünürlər ki, Polşa ilə nə qədər əziyyət çəksələr də, onları nəzarətdə saxlaya bilirlər. Elə isə rusları da gec-tez cilovlamaq mümkün olacaq. Dünyanın belə mənzərəsində Rusiya ilə bərabər şərtlərlə danışıb razılığa gəlməyin mümkünlüyü belə prinsipcə qəbuledilməzdir. Bununla belə, avropalı siyasətçilər amerikalılardan fərqli olaraq Rusiyadan əl çəkə bilmirlər. Pyotrun ölkəsini birləşdirdiyi Avropanın iqtisadi sistemi hələ də qüvvədədir və Rusiya onlar üçün hələ də lazımdır. Avropa isteblişmentinin həm Rusiyanı, həm onun resurslarını tamamilə unutması, həm də ona münasibətinə yenidən baxması eyni dərəcədə mümkünsüzdür. Ona görə də onlar Rusiyanı diz üstündən sındıracaq. Ta ki, özləri sınana qədər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
şərqi avropa
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42435/74/424357440_341:0:3072:2048_1920x0_80_0_0_ac63262b189eca07ea5ef4cf0c2f86ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
avropa, ukrayna, rusiya, iqtisadi, sistem, i pyotr, şərqi avropa, lissabon, vladivostok
avropa, ukrayna, rusiya, iqtisadi, sistem, i pyotr, şərqi avropa, lissabon, vladivostok
Avropa niyə dayanmır?
Analitik hesab edir ki, Avropanın iqtisadi sistemi hələ də qüvvədədir və Rusiya onlar üçün hələ də lazımlıdır.
BAKI, 18 dekabr - Sputnik, Aleksandr Nosoviç. Hazırda hamı dünya tarixində qeyri-adi olmayan, lakin hələ də nadir hesab olunacaq bir vəziyyəti müşahidə edirlər. Bu ondan ibarətdir ki, böyük müharibənin başa çatması və dinc həyata qayıtmaq perspektivi bu müharibənin baş verdiyi qitənin mərkəzində inilti və diş qıcırtısına səbəb olur. Trampın andiçmə mərasimindən dərhal sonra Ukrayna münaqişəsini dinc istiqamətə çevirmək vədləri ABŞ-da vəd kimi, Avropada isə təhlükə kimi qəbul olunur.
Köhnə Dünya lap əvvəldən Ukraynada Rusiya ilə proksi müharibəyə emosional olaraq Yeni Dünya ilə müqayisədə daha çox cəlb olunub. Məhz Avropa 2022-ci il fevralın 24-dən dərhal sonra Ukraynanı hələ mövcud olarkən Aİ-yə qəbul etmək, Ukraynanın səmasını bağlamaq, NATO qoşunlarını ora göndərmək, Ukrayna aviasiyasını Avropa aerodromları ilə təmin etmək ideyaları ilə dolub-daşırdı. Amerika isə Moskva ilə münasibətdə hətta Bayden dönəmində də daha rasional və soyuqqanlı idi.
Ukrayna oyunu son mərhələyə qədəm qoyduğu bu gün də vəziyyət eynidir. Tramp komandası kifayət qədər sakit və həyasızcasına Ukrayna yükünün və Rusiyaya qarşı mübarizənin bütün yükünü Amerikanın boynundan atılıb Avropanın üzərinə yüklənməsinin nə qədər faydalı olacağını müzakirə edir. Avropada bu, acı göz yaşlarına səbəb olur. Lakin onların Rusiya ilə vuruşmalı olacaqlarına görə deyil, bunu ABŞ-ın köməyi olmadan həyata keçirməli olacaqlarına görə. Brüsseldə, Londonda, Parisdə, Berlində Rusiya ilə döyüşməmək, onu suveren ölkə kimi qəbul etmək, bərabər şərtlərlə əməkdaşlıq etməklə bağlı məsələlər əsla qəbul edilməz görünür. Rusiyanı diz üstə sındırmaq arzusu ümumavropa elitasının birgə istəyidir.
Niyə? Cavabı tapmaq üçün Rusiyaya rus gözü ilə yox, onların gözü ilə baxın. Ola bilsin ki, bizim siyasi, elmi, diplomatik ictimaiyyətimizin əsas səhvi odur ki, bunu etməyib və ona görə də onilliklər boyu avropalılar tərəfindən aşkar yalan kimi qəbul olunan "Böyük Avropa – Lissabondan Vladivostokadək" ideyasını irəli sürüb. Paradoks: liberal avropapərəst ideya, onun rus yaradıcılarının vətənpərvərlik motivasiyasına görə əsassız oldu. Bu, istəyirsizsə, elə böyük dövlət şovinizmidir. Onlar bunu özləri üçün mütləq həqiqət kimi qəbul etdikləri, Rusiyanın böyük dövlət olması ilə əsaslandırırdılar. Və düşünürdülər ki, bu əsasla Avropanın digər böyük dövlətləri ilə sabit beynəlxalq struktur yarada biləcəklər.
Amma Avropanın özü baxımından Rusiya böyük dövlət deyil. Rusiya Avropanın tarixi periferiyasıdır. O, xammal əlavəsidir. Əsrlər boyu o, Qərbə xammal - xəzdən tutmuş neft və qaza qədər - göndərir və bunun müqabilində texnologiya, dəbdəbəli mallar, ideyalar, təhsil alırdı. "Londonun böyük şıltaqlıq üçün alver etdiyi və Baltik dalğaları boyunca ağac və donuz yağı əvəzinə bizə daşıdığı hər şey".
Çoxəsrlik Qərbi Avropa təcrübəsi nöqteyi-nəzərindən, Rusiya - üzərində siyasi nəzarətin olmaması səbəbindən dönə-dönə böyük bəlalara səbəb olan yarımmüstəmləkədir. Böyük Pyotr Rusiyanı Yeni dövrün kapitalizminə, Birləşmiş Avropanın iqtisadi sisteminə daxil etsə də, onun müdafiə qabiliyyətini, suverenliyi və müstəqilliyini qorudu və daha da möhkəmləndirdi. Bu isə bəladır.
Söhbət məhz Qərbi - Köhnə Avropa elitasının düşüncəsindən gedir. Şərqi Avropanın nəzərində Rusiya sadəcə olaraq hər yüz ildən bir onu yeyən qaniçən bir imperiyadır. Ancaq İngiltərə və ya Fransa üçün Rusiya Şərqi Avropadır. Uğursuz sosialist layihəsinin həyatda qalan ən böyük fraqmenti, indi isə soyuq müharibəni də uduzub tarixi inkişafda dalana dirənmiş bir hissəsi. Hazırda onlar dinləyib susmalı, susmalı və dinləməlidir. Bunlar elə Polşa bir tayıdırlar. Yalnız ruslarla daha çox problem yaşanır. Çünki onlar daha çox torpaq, təbii ehtiyat və silaha sahibdirlər. Və Brüsseldə düşünürlər ki, Polşa ilə nə qədər əziyyət çəksələr də, onları nəzarətdə saxlaya bilirlər. Elə isə rusları da gec-tez cilovlamaq mümkün olacaq.
Dünyanın belə mənzərəsində Rusiya ilə bərabər şərtlərlə danışıb razılığa gəlməyin mümkünlüyü belə prinsipcə qəbuledilməzdir. Bununla belə, avropalı siyasətçilər amerikalılardan fərqli olaraq Rusiyadan əl çəkə bilmirlər. Pyotrun ölkəsini birləşdirdiyi Avropanın iqtisadi sistemi hələ də qüvvədədir və Rusiya onlar üçün hələ də lazımdır.
Avropa isteblişmentinin həm Rusiyanı, həm onun resurslarını tamamilə unutması, həm də ona münasibətinə yenidən baxması eyni dərəcədə mümkünsüzdür. Ona görə də onlar Rusiyanı diz üstündən sındıracaq. Ta ki, özləri sınana qədər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.