Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya Azərbaycana pul köçürmələrində liderdir

© Sputnik / Murad OrujovRubl və Manat
Rubl və Manat - Sputnik Azərbaycan, 1920, 15.12.2024
Abunə olmaq
Bu ilin yanvar-sentyabr aylarında fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 411 milyon dollar pul köçürülüb.
BAKI, 15 dekabr — Sputnik. Azərbaycana pul köçürmələrində Rusiya liderdir. Yəni ölkəmizə fiziki şəxslər tərəfindən ən çox pul Rusiyadan göndərilir.
Sputnik Azərbaycan Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 411 milyon dollar pul köçürülüb. Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan pul köçürmələri Azərbaycana ümumi pul köçürmələrinin 48,4%-ni təşkil edib.
"Azərbaycana pul köçürmələrində Rusiya lider mövqedədir"
Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov media üçün brifinqdə bildirib ki, cari ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, Azərbaycana pul köçürmələrində Rusiya lider mövqedədir:

"2024-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, Azərbaycana pul köçürmələri üzrə ilk beşliyə Rusiya (411 milyon dollar), Türkiyə (130 milyon dollar), ABŞ (48 milyon dollar), Gürcüstan (27 milyon dollar) və Böyük Britaniya (26 milyon dollar) daxildir".

Samir Nəsirov qeyd edib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 848,5 milyon dollar, Azərbaycandan xaricə isə 408,2 milyon dollar pul köçürülüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə göndərilən pul baratlarının məbləği 33,7 faiz azalıb, ölkədən köçürülən pul baratlarının məbləği isə 1,6 faiz artıb. Nəticədə pul baratları üzrə 440,2 milyon dollar müsbət saldo yaranıb.
© Photo : Social media page of Khalid Kerimliİqtisadçı-ekspert Xalid Kərimli
İqtisadçı-ekspert Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 15.12.2024
İqtisadçı-ekspert Xalid Kərimli
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, Rusiyadan Azərbaycana pul köçürmələri ölkəmizin maliyyə bazarı üçün əhəmiyyətlidir, bankların likvidliyi üçün müsbət baza yaradır:

"Digər tərəfdən, Rusiyada işləyən Azərbaycan vətəndaşlarının öz ailələrinə pul göndərməsi onların sosial vəziyyətinin yaxşılaşmasına dəstək verir".

Xatırladaq ki, 2023-cü ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 1 milyard dollardan çox pul köçürmələri həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Manat - Sputnik Azərbaycan, 1920, 25.11.2024
İQTİSADİYYAT
Nazir: Manatın məzənnəsi 1 dollar üçün 1,7 manat səviyyəsində qəbul edilib
Xəbər lenti
0