https://sputnik.az/20241125/nazir-manatin-mezennesi-1-dollar-ucun-17-manat-seviyyesinde-qebul-edilib-468992337.html
Nazir: Manatın məzənnəsi 1 dollar üçün 1,7 manat səviyyəsində qəbul edilib
Nazir: Manatın məzənnəsi 1 dollar üçün 1,7 manat səviyyəsində qəbul edilib
Sputnik Azərbaycan
Qeyd olunub ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, ordu quruculuğunun daha da müasirləşdirilməsinin... 25.11.2024, Sputnik Azərbaycan
2024-11-25T14:08+0400
2024-11-25T14:08+0400
2024-11-25T14:17+0400
manat
iqtisadiyyat
məzənnə
məzənnə
dollar
dollar
dövlət büdcəsi
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294966_0:102:2000:1227_1920x0_80_0_0_8ad65c9be8834edca58f27d90abdd702.jpg
BAKI, 25 noyabr— Sputnik. "2025-ci ilin dövlət və icmal büdcələrinin tərtibi zamanı İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsas götürülərək, ölkədə ümumi daxili məhsulun (ÜDM) artım tempi 3,5 faiz, qeyri-neft-qaz üzrə ÜDM-in artım tempi 4,9 faiz, orta illik inflyasiya 4,6 faiz, təbii qazın min kubmetr ixrac qiyməti 242 ABŞ dolları, manatın məzənnəsi 1 dollar üçün 1,7 manat səviyyəsində qəbul edilib". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, 2025-ci və sonrakı üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Belə ki, növbəti dövrdə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, qeyri-neft sektorundan əldə olunan gəlirlərin ümumi büdcə gəlirlərində payının artırılması və bir sıra digər çağırışlar aktual olaraq qalır. Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41,3 milyard manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1,6 milyard manat və ya 4,1 faiz çoxdur. Qeyd olunub ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, ordu quruculuğunun daha da müasirləşdirilməsinin vacibliyi nəzərə alınaraq, bu istiqamətdə xərclərin artırılması labüd hesab edilib. Buna əsasən, müdafiə və milli təhlükəsizliklə bağlı xərclərə 8,3 milyard manat məbləğində vəsait nəzərdə tutulub. Bu, cari ilin proqnozuna nisbətən 1,2 milyard manat çoxdur. Bununla yanaşı, layihədə silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması məsələləri də diqqətdə saxlanılıb. Növbəti ilin prioritet xərclərində xüsusi önəm verilən işğaldan azal olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub. Diqqətə çatdırılıb ki, vətəndaşların rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi də növbəti ildə prioritet məsələlər olaraq nəzərdə saxlanılır: "Belə ki, 2025-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 2024-cü illə müqayisədə 1,3 milyard manat və ya 8,8 faiz artırılaraq 16,9 milyard manata çatdırılır. Əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sosial müdafiə və sosial təminat xərcləri üçün 4,8 milyard manat vəsaitin ayrılması planlaşdırılır. Bir sıra təqaüdlərin maliyyələşdirilməsi üçün 1,9 milyard manat, ünvanlı dövlət sosial yardımların verilməsi üçün 457 milyon manat, Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2022-2025-ci illər üzrə tədbirlərin planının icrası çərçivəsində 200 milyon manat vəsait proqnozlaşdırılır". Bildirilib ki, büdcə layihəsində təhsil xərcləri 4,9 milyard manat proqnozlaşdırılır və bu, 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz çoxdur. Elmin maliyyələşdirilməsi üçün 244,4 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 8,3 milyon manat və ya 3,5 faiz çoxdur. Səhiyyə xərcləri üçün 1,9 milyard manat vəsait nəzərdə tutulur ki, bu, 2024-cü illə müqayisədə 133 milyon manat və ya 7,1 faiz çoxdur. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz olmaqla 635,3 milyon manat təşkil edəcək. "Layihəyə əsasən, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 1,9 milyard manat və yaxud 5,3 faiz çoxdur. Gəlirlərin 49 faizi neft-qaz sektorunun, 51 faizi qeyri-neft-qaz sektorunun payına düşür. 2025-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi 2,4 faiz təşkil edəcək", - nazir əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294966_114:0:1887:1330_1920x0_80_0_0_4a6c3679b3e8f5f64a014c6a17deb21d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
manat, məzənnə, məzənnə, dollar, dollar, dövlət büdcəsi
manat, məzənnə, məzənnə, dollar, dollar, dövlət büdcəsi
Nazir: Manatın məzənnəsi 1 dollar üçün 1,7 manat səviyyəsində qəbul edilib
14:08 25.11.2024 (Yenilənib: 14:17 25.11.2024) Qeyd olunub ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, ordu quruculuğunun daha da müasirləşdirilməsinin vacibliyi nəzərə alınaraq, bu istiqamətdə xərclərin artırılması labüd hesab edilib.
BAKI, 25 noyabr— Sputnik. "2025-ci ilin dövlət və icmal büdcələrinin tərtibi zamanı İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsas götürülərək, ölkədə ümumi daxili məhsulun (ÜDM) artım tempi 3,5 faiz, qeyri-neft-qaz üzrə ÜDM-in artım tempi 4,9 faiz, orta illik inflyasiya 4,6 faiz, təbii qazın min kubmetr ixrac qiyməti 242 ABŞ dolları, manatın məzənnəsi 1 dollar üçün 1,7 manat səviyyəsində qəbul edilib".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, 2025-ci və sonrakı üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Belə ki, növbəti dövrdə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, qeyri-neft sektorundan əldə olunan gəlirlərin ümumi büdcə gəlirlərində payının artırılması və bir sıra digər çağırışlar aktual olaraq qalır.
Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41,3 milyard manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1,6 milyard manat və ya 4,1 faiz çoxdur.
Qeyd olunub ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, ordu quruculuğunun daha da müasirləşdirilməsinin vacibliyi nəzərə alınaraq, bu istiqamətdə xərclərin artırılması labüd hesab edilib. Buna əsasən, müdafiə və milli təhlükəsizliklə bağlı xərclərə 8,3 milyard manat məbləğində vəsait nəzərdə tutulub. Bu, cari ilin proqnozuna nisbətən 1,2 milyard manat çoxdur. Bununla yanaşı, layihədə silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması məsələləri də diqqətdə saxlanılıb. Növbəti ilin prioritet xərclərində xüsusi önəm verilən işğaldan azal olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub.
Nazir qeyd edilib ki, digər prioritet istiqamət – Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulmuş sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi üçün 893 milyon manat və investisiyayönümlü layihələr üçün 1,1 milyard manat ayrılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər icrası üçün 150 milyon manat vəsait ayrılacaq.
Diqqətə çatdırılıb ki, vətəndaşların rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi də növbəti ildə prioritet məsələlər olaraq nəzərdə saxlanılır: "Belə ki, 2025-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 2024-cü illə müqayisədə 1,3 milyard manat və ya 8,8 faiz artırılaraq 16,9 milyard manata çatdırılır. Əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sosial müdafiə və sosial təminat xərcləri üçün 4,8 milyard manat vəsaitin ayrılması planlaşdırılır. Bir sıra təqaüdlərin maliyyələşdirilməsi üçün 1,9 milyard manat, ünvanlı dövlət sosial yardımların verilməsi üçün 457 milyon manat, Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2022-2025-ci illər üzrə tədbirlərin planının icrası çərçivəsində 200 milyon manat vəsait proqnozlaşdırılır".
Bildirilib ki, büdcə layihəsində təhsil xərcləri 4,9 milyard manat proqnozlaşdırılır və bu, 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz çoxdur. Elmin maliyyələşdirilməsi üçün 244,4 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 8,3 milyon manat və ya 3,5 faiz çoxdur. Səhiyyə xərcləri üçün 1,9 milyard manat vəsait nəzərdə tutulur ki, bu, 2024-cü illə müqayisədə 133 milyon manat və ya 7,1 faiz çoxdur. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz olmaqla 635,3 milyon manat təşkil edəcək.
Diqqətə çatdırılıb ki, 2025-ci ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Əsas prioritet istiqamətlər olaraq, investisiya mühitinin və sahibkarlıq fəalyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi, vergi və gömrük inzibatçılığı mexanizminin, həmçinin, dövlət rüsumlarının idarəedilməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.
"Layihəyə əsasən, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 1,9 milyard manat və yaxud 5,3 faiz çoxdur. Gəlirlərin 49 faizi neft-qaz sektorunun, 51 faizi qeyri-neft-qaz sektorunun payına düşür. 2025-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi 2,4 faiz təşkil edəcək", - nazir əlavə edib.