https://sputnik.az/20241215/azerbaycan-vatikan-elaqelerinden-danisib--yukselen-xetle-inkisaf-edir---arxiyepiskop--469438349.html
Azərbaycan-Vatikan əlaqələri yüksələn xətlə inkişaf edir - Arxiyepiskop
Azərbaycan-Vatikan əlaqələri yüksələn xətlə inkişaf edir - Arxiyepiskop
Sputnik Azərbaycan
Müqəddəs Taxt-Tacın katibi Azərbaycanda müxtəlif dinlərə qarşı tolerantlıqdan məmnundur. 15.12.2024, Sputnik Azərbaycan
2024-12-15T17:31+0400
2024-12-15T17:31+0400
2024-12-15T17:33+0400
azərbaycan xəbərləri
müqəddəs
taxt-tac
qafqaz müsəlmanları idarəsi
şeyxülislam hacı allahşükür paşazadə
azərbaycan
vatikan
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0f/469438020_0:49:945:581_1920x0_80_0_0_d3ed2385f2bc12e712e01ebb6e381f4d.jpg
BAKI, 15 dekabr - Sputnik. Dekabrın 15-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager ilə görüşüb.AZƏRTAC xəbər verir ki, görüşdə şeyxülislam Azərbaycan-Vatikan əlaqələrindən söz açaraq, əsası Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlərin getdikcə daha da dərinləşdiyini bildirib.Ölkəmizin postmüharibə dövründə dini fəaliyyətini diqqətə çatdıran QMİ sədri düşmən işğalı zamanı dağıdılmış məscidlərin və kilsələrin bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bərpasının davam etdirildiyini bildirib:Sonra Paul Riçard Qallager Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yüksələn xətlə inkişaf edən Azərbaycan-Vatikan əlaqələrindən danışıb, Azərbaycan xalqının müxtəlif dinlərə qarşı tolerantlığından bəhs edərək, bu münasibətlərdən məmnunluğunu ifadə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20241215/bakida-yeni-katolik-kilsesi-tikilecek---foto-469433347.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0f/469438020_53:0:893:630_1920x0_80_0_0_92ec0b28dad98ec5aa2a862d645e6d60.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müqəddəs, taxt-tac, qafqaz müsəlmanları idarəsi, şeyxülislam hacı allahşükür paşazadə, azərbaycan, vatikan, prezident ilham əliyev
müqəddəs, taxt-tac, qafqaz müsəlmanları idarəsi, şeyxülislam hacı allahşükür paşazadə, azərbaycan, vatikan, prezident ilham əliyev
Azərbaycan-Vatikan əlaqələri yüksələn xətlə inkişaf edir - Arxiyepiskop
17:31 15.12.2024 (Yenilənib: 17:33 15.12.2024) Müqəddəs Taxt-Tacın katibi Azərbaycanda müxtəlif dinlərə qarşı tolerantlıqdan məmnundur.
BAKI, 15 dekabr - Sputnik. Dekabrın 15-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə şeyxülislam Azərbaycan-Vatikan əlaqələrindən söz açaraq, əsası Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlərin getdikcə daha da dərinləşdiyini bildirib.
"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri ilə inkişaf etdirilən Azərbaycan-Vatikan əlaqələrinin yüksək səviyyəsi bizi hədsiz məmnun edir. 2016-cı ildə Papa Fransisk həzrətlərinin Azərbaycana həvari səfəri, dini konfessiyalarla Heydər Məscidində səmimi görüşü, 2022-ci ildə bizim Vatikana səfərimiz, Papa həzrətləri tərəfindən qəbul Azərbaycandakı dini konfessiya rəhbərləri üçün də böyük dəyər kəsb edir",- deyə QMİ sədri vurğulayıb.
Ölkəmizin postmüharibə dövründə dini fəaliyyətini diqqətə çatdıran QMİ sədri düşmən işğalı zamanı dağıdılmış məscidlərin və kilsələrin bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bərpasının davam etdirildiyini bildirib:
“Azad Qarabağa səfər imkanınız olsa, kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpa və qorunması yönündə dövlətimiz tərəfindən görülən işlərlə yerində tanış ola bilərsiniz. Misal olaraq, bütün başqa məbədlərlə bərabər, paytaxt Bakının mərkəzi hissəsində, eləcə də Qarabağda, Şuşa şəhərində məscid və başqa məbədlərlə yanaşı, erməni kilsəsinin, həmçinin qədim Alban Apostol kilsələrinin təmir və mühafizəsi dövlətimiz tərəfindən həyata keçirilir".
Sonra Paul Riçard Qallager Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yüksələn xətlə inkişaf edən Azərbaycan-Vatikan əlaqələrindən danışıb, Azərbaycan xalqının müxtəlif dinlərə qarşı tolerantlığından bəhs edərək, bu münasibətlərdən məmnunluğunu ifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.