https://sputnik.az/20241215/bakida-yeni-katolik-kilsesi-tikilecek---foto-469433347.html
Bakıda yeni katolik kilsəsi tikiləcək - FOTO
Bakıda yeni katolik kilsəsi tikiləcək - FOTO
Sputnik Azərbaycan
Ayrılmış ərazinin təqdis mərasimini Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi, arxiyepiskop Pol... 15.12.2024, Sputnik Azərbaycan
2024-12-15T12:33+0400
2024-12-15T12:33+0400
2024-12-15T12:33+0400
paytaxt xəbərləri
katolik
kilsə
bakı
azərbaycan
inşa
müqəddəs
taxt-tac
vatikan
papa
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0f/469430932_0:49:945:581_1920x0_80_0_0_a7bf526bc2b24abdfd6ff9b7d4b0bac2.jpg
BAKI, 15 dekabr - Sputnik. Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin tapşırığı əsasında Heydər Əliyev Fondunun dəstəyi və Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə II İohann Pavelin şərəfinə katolik kilsəsi tikiləcək. Müqəddəs Taxt-Tacın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallaher ölkəyə səfəri zamanı bunun üçün ayrılmış ərazinin müqəddəsləşdirilməsi mərasimi keçirib.Mərasimdə Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Soltan Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov,Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Azərbaycan Respublikasındakı Müqəddəs Taxt-Tacın Apostol nunsisi Marek Solçinski, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, Bakı və Azərbaycan Rus Pravoslav Kilsəsinin yepiskopu Aleksi və digər rəsmi şəxslər iştirak ediblər.Arxiyepiskop Pol Riçard Qallaher kilsə layihəsini nəzərdən keçirib. Sonra Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallaher tərəfindən II İohann Pavelin şərəfinə tikilmiş katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdis olunması münasibətilə ziyafət keçirilib.Tədbirdə çıxış edən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və sıx əməkdaşlığa əsaslanan əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini qeyd edib.O, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müvafiq olaraq 1997 və 2005-ci illərdə Vatikana səfərlərini, həmçinin Roma Papası II İohann Pavelin və Roma Papası Fransiskin 2002 və 2016-cı illərdə Azərbaycana səfərlərini xatırladıb. R.Rzayevin sözlərinə görə, bu səfərlər iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsinə çatmağa böyük təkan verib.Arxiyepiskop Pol Riçard Qallaher də öz növbəsində Katolik Kilsəsinin tikintisi üçün ərazi ayrılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib, həmçinin Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.Tədbirin eyni zamanda Azərbaycanın zəngin dini və mədəni müxtəlifliyini əks etdirdiyini qeyd edən Pol Qallaher Azərbaycanın dərin multikulturalizm ənənələrinə sadiq ölkə kimi bütün dinlərlə, o cümlədən Katolik Kilsəsi ilə dialoqa həmişə açıq olduğunu vurğulayıb.“Müqəddəs Taxt Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə, xüsusilə də sülh və ədalət kimi mənəvi dəyərlərin təbliğində əməkdaşlığa sadiqdir”, - din xadimi deyib.Xatırladaq ki, yeni məbədin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Katolik Kilsəsinin istifadəsinə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, giriş 722 ünvanında 0,17 hektar torpaq sahəsi verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0f/469430932_53:0:893:630_1920x0_80_0_0_c84a4cc4f04f07836bdab14dd9506192.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
katolik, kilsə, bakı, azərbaycan, inşa, müqəddəs, taxt-tac, vatikan, papa, prezident ilham əliyev, yasamal, bakı şəhər icra hakimiyyəti
katolik, kilsə, bakı, azərbaycan, inşa, müqəddəs, taxt-tac, vatikan, papa, prezident ilham əliyev, yasamal, bakı şəhər icra hakimiyyəti
Bakıda yeni katolik kilsəsi tikiləcək - FOTO
Ayrılmış ərazinin təqdis mərasimini Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallaher aparıb.
BAKI, 15 dekabr - Sputnik. Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin tapşırığı əsasında Heydər Əliyev Fondunun dəstəyi və Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə II İohann Pavelin şərəfinə katolik kilsəsi tikiləcək. Müqəddəs Taxt-Tacın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallaher ölkəyə səfəri zamanı bunun üçün ayrılmış ərazinin müqəddəsləşdirilməsi mərasimi keçirib.
Mərasimdə Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Soltan Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov,Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Azərbaycan Respublikasındakı Müqəddəs Taxt-Tacın Apostol nunsisi Marek Solçinski, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, Bakı və Azərbaycan Rus Pravoslav Kilsəsinin yepiskopu Aleksi və digər rəsmi şəxslər iştirak ediblər.
Arxiyepiskop Pol Riçard Qallaher kilsə layihəsini nəzərdən keçirib. Sonra Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallaher tərəfindən II İohann Pavelin şərəfinə tikilmiş katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdis olunması münasibətilə ziyafət keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və sıx əməkdaşlığa əsaslanan əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini qeyd edib.
O, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müvafiq olaraq 1997 və 2005-ci illərdə Vatikana səfərlərini, həmçinin Roma Papası II İohann Pavelin və Roma Papası Fransiskin 2002 və 2016-cı illərdə Azərbaycana səfərlərini xatırladıb. R.Rzayevin sözlərinə görə, bu səfərlər iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsinə çatmağa böyük təkan verib.
“Biz mədəniyyətlər və dinlər arasında dialoq dəyərlərinin qorunması sahəsində fəal, səmərəli əməkdaşlığa xüsusi əhəmiyyət veririk. Azərbaycanda əsrlər boyu müxtəlif dinlərə və inanclara etiqad edən insanlar sülh və qarşılıqlı hörmət şəraitində yaşayıblar. Heydər Əliyev Fondunun Vatikanda tarixi yerlərin bərpasında iştirakı əməkdaşlığımızı daha da inkişaf etdirir və qlobal mədəni irsin qorunub saxlanmasına, mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir”, - deyə nazir müavini bildirib.
Arxiyepiskop Pol Riçard Qallaher də öz növbəsində Katolik Kilsəsinin tikintisi üçün ərazi ayrılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib, həmçinin Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
“Bakının mərkəzində bu kilsəni tikmək imkanına görə xeyirxah insanlara minnətdaram. 2002-ci ildə bu ecazkar ölkəyə səfər etmiş Roma Papası II İohann Pavelin şərəfinə tikiləcək kilsə Müqəddəs Taxt-Tacla Azərbaycan arasında əbədi dostluğun əbədi simvoluna çevriləcək”, - Arxiyepiskop deyib.
Tədbirin eyni zamanda Azərbaycanın zəngin dini və mədəni müxtəlifliyini əks etdirdiyini qeyd edən Pol Qallaher Azərbaycanın dərin multikulturalizm ənənələrinə sadiq ölkə kimi bütün dinlərlə, o cümlədən Katolik Kilsəsi ilə dialoqa həmişə açıq olduğunu vurğulayıb.
“Müqəddəs Taxt Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə, xüsusilə də sülh və ədalət kimi mənəvi dəyərlərin təbliğində əməkdaşlığa sadiqdir”, - din xadimi deyib.
Xatırladaq ki, yeni məbədin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Katolik Kilsəsinin istifadəsinə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, giriş 722 ünvanında 0,17 hektar torpaq sahəsi verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.