https://sputnik.az/20241215/azerbaycan-filmi-merakesde-xususi-mukafata-layiq-gorulub-469436812.html
Azərbaycan filmi Mərakeşdə xüsusi mükafata layiq görülüb
Azərbaycan filmi Mərakeşdə xüsusi mükafata layiq görülüb
Sputnik Azərbaycan
Ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. 15.12.2024, Sputnik Azərbaycan
2024-12-15T15:53+0400
2024-12-15T15:53+0400
2024-12-15T15:53+0400
mədəniyyət
mərmər
soyuq
film
mərakeş
festival
mükafat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439485305_24:0:1432:792_1920x0_80_0_0_61a4c32124bfd57a88b1c000ae157f4d.png
BAKI, 15 dekabr - Sputnik. Mərakeşin Zakura şəhərində keçirilən XVIII Beynəlxalq Transsəhra Kinofestivalı yekunlaşıb. Festival çərçivəsində təşkil olunan müsabiqələr üzrə qaliblər elan olunub.Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, qazaxıstanlı rejissor Dinyar Salamatın “Talaq” filmi tammetrajlı film kateqoriyasında qalib elan olunub.Azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi isə eyni kateqoriyada xüsusi mükafata layiq görülüb. Bundan başqa, Qurban İsmayılov bu filmdəki roluna görə ən yaxşı aktyor nominasiyasında mükafat alıb.Ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.Film Tallin “Black Nights” film festivalı daxil olmaqla, bir sıra festivallarda iştirak edib və mükafatlara layiq görülüb.Filmdə rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natəvan Abbaslı ifa edirlər.Festivalın fəxri qonağı Rusiya olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230630/mermer-soyugu-filmi-qran-priye-layiq-gorulub-456392069.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439485305_200:0:1256:792_1920x0_80_0_0_ed9fd33dcee2377c149274a356ff23b5.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mərmər, soyuq, film, mərakeş, festival, mükafat, azərbaycan
mərmər, soyuq, film, mərakeş, festival, mükafat, azərbaycan
Azərbaycan filmi Mərakeşdə xüsusi mükafata layiq görülüb
Ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir.
BAKI, 15 dekabr - Sputnik. Mərakeşin Zakura şəhərində keçirilən XVIII Beynəlxalq Transsəhra Kinofestivalı yekunlaşıb. Festival çərçivəsində təşkil olunan müsabiqələr üzrə qaliblər elan olunub.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, qazaxıstanlı rejissor Dinyar Salamatın “Talaq” filmi tammetrajlı film kateqoriyasında qalib elan olunub.
Azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi isə eyni kateqoriyada xüsusi mükafata layiq görülüb. Bundan başqa, Qurban İsmayılov bu filmdəki roluna görə ən yaxşı aktyor nominasiyasında mükafat alıb.
Ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.
Film Tallin “Black Nights” film festivalı daxil olmaqla, bir sıra festivallarda iştirak edib və mükafatlara layiq görülüb.
Filmdə rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natəvan Abbaslı ifa edirlər.
Festivalın fəxri qonağı Rusiya olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.