Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Mərmər soyuğu” filmi “Qran-Pri”yə layiq görülüb

© AFP 2024 / CLEMENT MAHOUDEAUПустой кинозал, фото из архива
Пустой кинозал, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.06.2023
Abunə olmaq
Film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.
BAKI, 30 iyun - Sputnik. “Mərmər soyuğu” filmi “Qran-Pri”yə layiq görülüb.
Azərbaycanfilm-dən APA-ya verilən xəbərə görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi 25-29 iyun 2023-cü il tarixlərində Yunanstanın Kimolos şəhərində keçirilən 5-ci Beynəlxalq Kimolos Film Festivalının əsas mükafatına – “Qızıl ağac”a (“Qran-Pri”) layiq görülüb.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər. Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.
Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib. “Mərmər soyuğu” Tallin Qara Gecələr Film Festivalının “Ən yaxşı aktyor” (Qurban İsmayılov), 16-cı Avrasiya Beynəlxalq Film Festivalının “Ən yaxşı rejissor” (Asif Rüstəmov) mükafatlarına layiq görülüb.
Filmin festival linki: https://kiff.gr/films-23/
Xəbər lenti
0