https://sputnik.az/20241213/elektromobiller-ucun-enerji-doldurucularinin-yerlesdirilmesine-icaze-teleb-edilmeyecek-469381786.html
Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək
Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək
Sputnik Azərbaycan
Mövcud tikinti obyektinin torpaq sahəsində, yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən... 13.12.2024, Sputnik Azərbaycan
2024-12-13T20:08+0400
2024-12-13T20:08+0400
2024-12-13T20:08+0400
tikinti
cəmiyyət
elektromobil
muxtar babayev
ekologiya və təbii sərvətlər naziri muxtar bahadur oğlu babayev
tikinti məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/08/467934076_0:160:3072:1888_1920x0_80_0_0_62eefd4986a975e294bf5368230241e1.jpg
BAKI, 13 dekabr— Sputnik. Azərbaycanda tikinti obyektlərinin və fərdi yaşayış evlərinin torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək. Bu barədə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təklif olunub. Layihə Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirə olunub. Dəyişikliyə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucuları üçün icazə tələb olunmayacaq. Sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Qeyd edək ki, Məcəllənin 79-cu maddəsi "Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri" adlanır. Onu da əlavə edək ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılıb. Bununla bağlı Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, 2019-cu ildən Azərbaycanda mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, enerji doldurucularına vergi güzəştləri tətbiq olunandan sonra ölkəyə elektromobillərin idxalında artım müşahidə olunur. O, qeyd edib ki, 2023-cü ildə Azərbaycana 2021-ci illə müqayisədə 20 dəfə çox elektromobil idxal olunub.
https://sputnik.az/20241213/tikinti-sirketleri-insaat-zamani-tesdiqlenmis-layiheleri-deyisirler---deputatdan-sos-469391214.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/08/467934076_171:0:2902:2048_1920x0_80_0_0_3e57241a7097772fea12bafa03d88525.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
tikinti, elektromobil, muxtar babayev, ekologiya və təbii sərvətlər naziri muxtar bahadur oğlu babayev, tikinti məcəlləsi
tikinti, elektromobil, muxtar babayev, ekologiya və təbii sərvətlər naziri muxtar bahadur oğlu babayev, tikinti məcəlləsi
Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək
Mövcud tikinti obyektinin torpaq sahəsində, yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucuları üçün icazə tələb olunmayacaq.
BAKI, 13 dekabr— Sputnik. Azərbaycanda tikinti obyektlərinin və fərdi yaşayış evlərinin torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək.
Bu barədə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təklif olunub.
Layihə Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirə olunub.
Dəyişikliyə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucuları üçün icazə tələb olunmayacaq.
Sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Məcəllənin 79-cu maddəsi "Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri" adlanır.
Onu da əlavə edək ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılıb. Bununla bağlı Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, 2019-cu ildən Azərbaycanda mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, enerji doldurucularına vergi güzəştləri tətbiq olunandan sonra ölkəyə elektromobillərin idxalında artım müşahidə olunur.
O, qeyd edib ki, 2023-cü ildə Azərbaycana 2021-ci illə müqayisədə 20 dəfə çox elektromobil idxal olunub.